Previous Next
Bağla

Dünya şöhrətli azərbaycanlı alim vəfat edib

07-09-2017 09:07
Dünya şöhrətli azərbaycanlı alim vəfat edib

Dünya şöhrətli azərbaycanlı alim, qeyri-səlis çoxluqlar nəzəriyyəsinin və qeyri-səlis məntiqin banisi, Kaliforniya Universitetinin professoru Lütfi Zadə sentyabrın 6-da 96 yaşında vəfat edib.

Xeberler.az xatırladır ki, Lütfi Rəhim oğlu Ələsgərzadə 1921-ci il fevralın 4-də Bakıda anadan olmuş, ibtidai təhsilini 16 saylı orta məktəbdə başa vurub. 1932-ci ildə Ələsgərzadələr ailəsi ata-baba yurdu Cənubi Azərbaycana köçmək məcburiyyətində qalıb.

Burada orta təhsilini başa vuran Lütfi Zadə Tehran Universitetinin Elektrik mühəndisliyi fakültəsinə daxil olmuş, bu təhsil ocağını müvəffəqiyyətlə bitirdikdən sonra isə o, 23 yaşında Amerika Birləşmiş Ştatlarına gələrək, təhsilini Massaçusets Texnologiya İnstitutunda davam etdirmişdir. Onun dünya elminə məlum olan 6 mühüm nəzəriyyəsinin bünövrəsi də elə burada qoyulub.

L.Zadə 1944-cü ildən 1959-cu ilə qədər Massaçusets Texnologiya İnstitutunda və Kolumbiya Universitetində magistr, doktorluq elmi dərəcələrini almışdır. 1959-cu ildən Berkli Universitetində professor, 1963-cü ildən isə "Elektrik mühəndisliyi və kompüter elmləri" kafedrasına rəhbərlik edib.

L.Zadə həmin universitetdə ömürlük professor və Soft Computing İnstitutunun direktoru kimi fəaliyyət göstərib.

Azərbaycanlı alimə dünyada şöhrət qazandıran və istehsalatda geniş tətbiq edilən, eyni zamanda, dünya elmində inqilab hesab olunan qeyri-səlis məntiq (Fuzzy Logic) nəzəriyyəsi olub. Bu nəzəriyyə riyaziyyatın əsası olan ikili çoxluq anlayışına yeni ifadə verib: qeyri-səlis çoxluq. Elmdə qeyri-səlis ölçünün daxil edilməsi təbiətdə və cəmiyyətdə gedən proseslərin qeyri-müəyyənliyini daha adekvat nəzərə almağa imkan yaradıb. O, həmçinin “Təəssüratlar nəzəriyyəsi”, “Sistemlər nəzəriyyəsi”, “Sözlə işləyən kompyuter nəzəriyyəsi”, “Optimal süzgəclər nəzəriyyəsi” kimi dünya elminin inkişafında, onun yeni əsaslar üzərində qurulmasında mühüm rol oynamış elmi kəşflərin müəllifi idi. 

Onun haqqında “Müasir elmin korifeyi”, “Dünya dahilərsiz yaşaya bilmir” adlı kitablar yazılmış, “Uzaq və yaxın Lütfi Zadə” sənədli filmi çəkilmiş, Lütfi Zadə irsi və Süni İntellekt Assosiasiyası, Lütfi Zadə adına Beynəlxalq Müasir Elmlər Akademiyası yaradılıb.

L.Zadənin məşhur vəziyyətlər fəzası, dinamik sistemlərin idarə olunma və müşahidə olunma nəzəriyyələri müasir idarəetmə elminin əsasını təşkil edir. ABŞ-ın Milli Kosmik Tədqiqatlar Mərkəzi (NASA) bu nəzəriyyələr əsasında idarəetmə sistemlərini tədqiq edir, layihələndirir və tətbiq edir. 

Dünya şöhrətli alim sonuncu dəfə Bakıya 2008-ci ilin noyabrında Bakutel beynəlxalq telekommunikasiya və informasiya texnologiyaları sərgi və konfransında iştirak etmək üçün gəlib.

L.Zadə AMEA Rəyasət Heyətində təşkil olunan tədbirdə iştirak etmiş, ona elmdə göstərdiyi xidmətlərə görə AMEA-nın fəxri diplomu təqdim olunub.

Hazırda Yaponiyanın Mitsubishi, Toshiba, Sony, Canon, Sanyo, Nissan, Honda və digər nüfuzlu şirkətləri qeyri-səlis məntiq texnologiyasından foto və videokameralar, paltaryuyan maşınlar, vakuum kimyəvi təmizləyiciləri istehsalında, avtomobillərin, qatarların, sənaye proseslərinin idarə olunmasında geniş istifadə edirlər.

Qeyd edək ki, L.Zadə 1989-cu ildə qeyri-səlis məntiq nəzəriyyəsinin sənayedəki uğurlarına görə Yaponiyanın elm adamlarına verdiyi ən yüksək mükafat - Honda mükafatı ilə təltif olunub.

Lütfi Zadə Berkli Universitetinin ömürlük professoru seçilmiş yeganə şəxs idi. 

O, NASA-nın və NATO-nun aparıcı mütəxəssisi idi. Həmçinin yaşadığı Berkli şəhərində öz adına olan İnstitute Zadeh-ZİFT İnformasiya Texnologiyaları İnstitutuna rəhbərlik edirdi. Məlumat üçün bildirək ki, Lütfi Zadə alman alimi Maks Plankdan sonra dünyada ikinci alimdir ki, sağlığında həm özünün, həm də nəzəriyyəsinin adını daşıyan elmi mərkəz mövcud idi. 

L.Zadə bir çox xarici ölkə akademiyalarının üzvü idi. O, çoxlu sayda mötəbər cəmiyyətlərin və fondların mükafatlarına layiq görülmüş, medallarla təltif edilmişdi. Onlarla xarici dövlət və ictimai təşkilatların fəxri doktoru idi.  Dünya şöhrətli alim, həmçinin ABŞ Milli Mühəndislik Akademiyasının, Rusiya Təbiət Elmləri Akademiyasının üzvü, fəxri akademiki seçilib.

Avqust ayında Lütfi Zadənin Azərbaycanda dəfn edilməsi üçün məsuliyyətli şəxs kimi məhz Şahnaz Şahbazovaya vərəsə məktubu təqdim olunub. Məktubda professorun vəfatından sonra onun nəşinin Azərbaycanda dəfn edilməsi vəsiyyət edilir. Məktubu professor Lütfi Zadənin oğlu Norman Zadə imzalayıb. Məktubda, həmçinin professor Lütfi Zadənin bütün mükafatları, ordenləri, medalları və kitabları professor Şahbazovaya vəsiyyət edilməsi qeyd olunub.

 Xeberler.az

ŞƏRHLƏR
OXŞAR XƏBƏRLƏR
Lütfi Zadənin 95 yaşı tamam olur

Lütfi Zadənin 95 yaşı tamam olur

04-02-2016
Dünya şöhrətli alim Lütfi Zadənin doğum günüdür

Dünya şöhrətli alim Lütfi Zadənin doğum günüdür

04-02-2018
Bu gün dünya şöhrətli alim Lütfi Zadənin anım günüdür

Bu gün dünya şöhrətli alim Lütfi Zadənin anım günüdür

06-09-2019
Dünya şöhrətli alim Lütfi Zadənin anadan olmasından 105 il keçir

Dünya şöhrətli alim Lütfi Zadənin anadan olmasından 105 il keçir

04-02-2026
Azərbaycanlı alim Lütfi Zadənin vəfatından 8 il ötür

Azərbaycanlı alim Lütfi Zadənin vəfatından 8 il ötür

06-09-2025
Lütfi Zadə “İnformasiya texnologiyaları problemləri” jurnalının fəxri baş redaktoru seçilib

Lütfi Zadə “İnformasiya texnologiyaları problemləri” jurnalının fəxri baş redaktoru seçilib

23-06-2015
Lütfi Zadə I Fəxri xiyabanda dəfn edilib

Lütfi Zadə I Fəxri xiyabanda dəfn edilib

29-09-2017
NRYTN-nin əməkdaşları görkəmli alim Lütfi Zadəni yad ediblər

NRYTN-nin əməkdaşları görkəmli alim Lütfi Zadəni yad ediblər

04-02-2021
Dünya şöhrətli azərbaycanlı alim Lütfi Zadə Bakıya təşrif buyurub

Dünya şöhrətli azərbaycanlı alim Lütfi Zadə Bakıya təşrif buyurub

10-11-2008
Lütfi Zadənin xatirəsinə həsr olunmuş elmi seminar keçirilib

Lütfi Zadənin xatirəsinə həsr olunmuş elmi seminar keçirilib

30-11-2017
Dünya şöhrətli alim Lütfi Zadə RYTN-nə məktub göndərib

Dünya şöhrətli alim Lütfi Zadə RYTN-nə məktub göndərib

04-06-2016
“Ağıllı qurğuların əsasında Lütfi Zadə nəzəriyyəsi dayanır”

“Ağıllı qurğuların əsasında Lütfi Zadə nəzəriyyəsi dayanır”

03-10-2017
“Lütfi Zadənin dünya iqtisadiyyatı və elminin inkişafına töhfələri” mövzusunda  konfrans keçirilib

“Lütfi Zadənin dünya iqtisadiyyatı və elminin inkişafına töhfələri” mövzusunda konfrans keçirilib

12-04-2021
NRYTN Lütfi Zadənin 100 illiyinə həsr olunmuş konfrans keçirib

NRYTN Lütfi Zadənin 100 illiyinə həsr olunmuş konfrans keçirib

25-06-2021
Nizami Gəncəvi adına Qızıl Medal  Lütfi Zadəyə təqdim edilib

Nizami Gəncəvi adına Qızıl Medal Lütfi Zadəyə təqdim edilib

09-09-2016
Lütfi Zadənin 100 illiyinə həsr olunan poçt markası dövriyyəyə buraxılacaq

Lütfi Zadənin 100 illiyinə həsr olunan poçt markası dövriyyəyə buraxılacaq

04-02-2021
Lütfi Zadənin 100 illiyinə həsr edilən “Tətbiqi Elm Həftəsi”nin açılışı olub

Lütfi Zadənin 100 illiyinə həsr edilən “Tətbiqi Elm Həftəsi”nin açılışı olub

03-02-2021
 Lütfi Zadə ilə vida mərasimi keçiriləcək

Lütfi Zadə ilə vida mərasimi keçiriləcək

27-09-2017
Dünya daha bir məşhur alimi itirdi

Dünya daha bir məşhur alimi itirdi

14-03-2018
Rasim Əliquliyev: “Azərbaycan Soft Computing sahəsində tədqiqat mərkəzlərindən biridir”

Rasim Əliquliyev: “Azərbaycan Soft Computing sahəsində tədqiqat mərkəzlərindən biridir”

03-02-2022
Lütfi Zadənin 100 illiyinə həsr olunmuş beynəlxalq nəşr təqdim edilib

Lütfi Zadənin 100 illiyinə həsr olunmuş beynəlxalq nəşr təqdim edilib

08-03-2021
Azercell ADA Universitetinin təqaüd proqramına dəstək olur

Azercell ADA Universitetinin təqaüd proqramına dəstək olur

26-02-2020
Dünya səviyyəli ekspertlər ölkəmizə gəlir – Qlobal texnologiya tədbirlərindən biri ilk dəfə Bakıda!

Dünya səviyyəli ekspertlər ölkəmizə gəlir – Qlobal texnologiya tədbirlərindən biri ilk dəfə Bakıda!

22-09-2024
İİTKM-də qeyri-səlis modelləşdirmə və süni intellekt müzakirə olunub

İİTKM-də qeyri-səlis modelləşdirmə və süni intellekt müzakirə olunub

17-07-2025





sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə