Previous Next
Bağla

“Lütfi Zadənin dünya iqtisadiyyatı və elminin inkişafına töhfələri” mövzusunda konfrans keçirilib

12-04-2021 16:27
“Lütfi Zadənin dünya iqtisadiyyatı və elminin inkişafına töhfələri” mövzusunda  konfrans keçirilib

İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzi ADA Universiteti ilə birlikdə görkəmli alim Lütfi Zadənin anadan olmasının 100 illiyinə həsr olunan “Lütfi Zadənin dünya iqtisadiyyatı və elminin inkişafına töhfələri” mövzusunda konfrans keçirib. Konfransda görkəmli alimin elm sahəsindəki nəzəriyyələrinin sənayenin inkişafına, texnologiyanın tərəqqisinə, ümumilikdə, dünya elminə və iqtisadiyyatına verdiyi töhfələr barədə müzakirə və çıxışlar edilib.

Xeberler.az bildirir ki, virtual formatda keçirilən konfransda dövlət, özəl, vətəndaş cəmiyyəti institutlarının və akademik dairələrin nümayəndələri iştirak edib. Konfransı giriş sözü ilə açan İİTKM-in icraçı direktoru, i.e.d. Vüsal Qasımlı Lütfi Zadə irsinin iqtisadiyyatın inkişaf etdirilməsində potensial imkanlarından, iqtisadi artımın Lütfi Zadə nəzəriyyərələrinə uyğun inkişaf perspektivləri barədə çıxış edib. Konfransda salamlama nitqi ilə çıxış edən Azərbaycan Respublikasının Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin (KOBİA) İdarə Heyətinin sədri Orxan Məmmədov “Müasir sənaye, dayanıqlı iqtisadiyyat və innovativ cəmiyyət quruculuğunda Lütfi Zadə irsinin rolu” barədə söhbət açıb, ölkədə KOB-ların inkişaf trendləri barədə məlumat verib. Həmçinin, “Lütfi Zadə irsi və süni intellekt" assosiasiyasının prezidenti, professor Rafiq Əliyevin Lütfi Zadənin Z ədədlər nəzəriyyəsinin təfsilatlı izahı, "İqtisadiyyatda qeyri-səlis modellər" kitabının müəllifi, i.e.d Qorxmaz İmanov isə çıxışında dahi alimin qeyri-səlis iqtisadiyyatın inkişaf etdirilməsindəki rolundan bəhs edib. Lütfi Zadənin elm, elektronika və İKT sahəsindəki rolundan Azərbaycan-Yaponiya Dostluq Mərkəzinin sədri Xəlil Kələntər, ADA Universitetinin IT və mühəndislik fakültəsinin dekanı Araz Yusubov, Azərbaycan Respublikası Təhsil Nazirliyinin Elm ali və orta ixtisas təhsili şöbəsinin müdiri Nicat Məmmədli çıxışlar edib.

Qeyd edək ki, Lütfi Zadə elm və texnologiyanın inkişafında, eləcə də mədəniyyətlərarası dialoqun qurulmasında misilsiz xidmətlərinə görə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev tərəfindən ölkənin ali mükafatlarından
olan “Dostluq” ordeninə layiq görülüb. Həmçinin, ölkə başçısının Sərəncamı ilə görkəmli elm xadimi Lütfi Zadənin 100-cü ildönümünün qeyd edilməsi haqqında tədbirlər planının hazırlanıb həyata keçirilməsi tapşırılıb.

Tarixi şəxsiyyətlərdən olan dünya şöhrətli alim Lütfi Zadə öz nəzəriyyələri ilə elm tarixində mühüm dəyişikliklərə yol açıb. Hər daim azərbaycanlı olduğunu fəxrlə bildirən alim öz nəzəriyyələri ilə elm sahələrinə yeni yanaşmalar gətirərək elmin müasir mərhələdə inkişaf etdirilməsinə töhfə verib. Dünya miqyasında yazılarına ən çox istinad edilən alimlərdən biri olan Lütfi Zadə bir çox elmi məktəblər və laboratoriyaların qurulmasına səbəb olub. Azərbaycanın və dünyanın görkəmli alimlərindən biri olan Lütfi Zadə həyatını elmin inkişafına həsr edərək dünya elminə bir neçə fundamental elmi nəzəriyyə təklif edib. Bu nəzəriyyələrin içində əsas və geniş yayılmış nəzəriyyə qeyri-səlis məntiq nəzəriyyəsi olub. Həmçinin, Lütfi Zadənin "Sistemlər nəzəriyyəsi", "Optimal süzgəclər nəzəriyyəsi", "Sözlə işləyən kompüter nəzəriyyəsi", "Təəssüratlar nəzəriyyəsi" kimi elmi işləri dünya elminin inkişaf etdirilməsində əvəzedilməz rol oynayıb.

ŞƏRHLƏR
OXŞAR XƏBƏRLƏR

NRYTN-nin əməkdaşları görkəmli alim Lütfi Zadəni yad ediblər

04-02-2021

NRYTN Lütfi Zadənin 100 illiyinə həsr olunmuş konfrans keçirib

25-06-2021

Lütfi Zadənin xatirəsinə həsr olunmuş elmi seminar keçirilib

30-11-2017

Lütfi Zadə “İnformasiya texnologiyaları problemləri” jurnalının fəxri baş redaktoru seçilib

23-06-2015

Lütfi Zadənin 100 illiyinə həsr edilən “Tətbiqi Elm Həftəsi”nin açılışı olub

03-02-2021

“Ağıllı qurğuların əsasında Lütfi Zadə nəzəriyyəsi dayanır”

03-10-2017

Nizami Gəncəvi adına Qızıl Medal Lütfi Zadəyə təqdim edilib

09-09-2016

Azərbaycanlı alim Lütfi Zadənin vəfatından 8 il ötür

06-09-2025

Lütfi Zadənin 100 illiyinə həsr olunan poçt markası dövriyyəyə buraxılacaq

04-02-2021

Dünya şöhrətli alim Lütfi Zadənin anadan olmasından 105 il keçir

04-02-2026

Lütfi Zadənin 95 yaşı tamam olur

04-02-2016

Dünya şöhrətli azərbaycanlı alim vəfat edib

07-09-2017

Dünya şöhrətli alim Lütfi Zadənin doğum günüdür

04-02-2018

Lütfi Zadə I Fəxri xiyabanda dəfn edilib

29-09-2017

Bu gün dünya şöhrətli alim Lütfi Zadənin anım günüdür

06-09-2019

Dünya şöhrətli alim Lütfi Zadə RYTN-nə məktub göndərib

04-06-2016

Rasim Əliquliyev: “Azərbaycan Soft Computing sahəsində tədqiqat mərkəzlərindən biridir”

03-02-2022

Lütfi Zadə ilə vida mərasimi keçiriləcək

27-09-2017

Lütfi Zadənin 100 illiyinə həsr olunmuş beynəlxalq nəşr təqdim edilib

08-03-2021

Dünya səviyyəli ekspertlər ölkəmizə gəlir – Qlobal texnologiya tədbirlərindən biri ilk dəfə Bakıda!

22-09-2024

Dünya şöhrətli azərbaycanlı alim Lütfi Zadə Bakıya təşrif buyurub

10-11-2008

Azercell ADA Universitetinin təqaüd proqramına dəstək olur

26-02-2020

Bakıda AICT 2019 adlı beynəlxalq konfrans təşkil olunub

23-10-2019

“Rəqəmsal idarəetmədə süni intellekt” mövzusunda beynəlxalq konfrans davam edir

27-04-2021





sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə