Nobel mükafatı texnologiyalar sahəsinə də aid ediləcək?

10-10-2017 / 10:50

Məlum olduğu kimi, oktyabr ayının əvvəllərində 2017-ci il üzrə Nobel mükafatı laureatlarının adları açıqlanıb.

Xeberler.az xarici mediaya istinadən yazır ki, dünya ictimaiyyətinin bütün diqqətinin Nobel mükafatı laureatlarına yönəldiyi bir vaxtda Quartz nəşri dünyanın ən nüfuzlu mükafatının texnologiyalar sahəsinə də aid edilməsinin vacibliyini gündəmə gətirib.

Xatırladaq ki, İsveç ixtiraçısı Alfred Nobel yüz ildən çoxdur ki, mükafatı təsis edib. O, bütün sərvətinin mükafatın yaradılması üçün sərf olunmasını vəsiyyət edib. “İnvestisiyalardan gələn gəlir, onu hər il, əvvəlki il ərzində bəşəriyyətə daha böyük fayda gətirənlər arasında mükafat şəklində paylayacaq fonda aid olmalıdır”, – deyə Nobel öz vəsiyyətində yazmışdı. Alim mükafatın verilməli olduğu kateqoriyaları da qeyd etmişdi: fizika, kimya, ədəbiyyat, fiziologiya və ya tibb, həmçinin sülh mükafatı. 1968-ci ildə bu siyahıya iqtisadiyyat da əlavə edildi.

Lakin Nobelin ölümündən sonra, 118 il ərzində dünya tamamilə dəyişdi. Sənaye dövrü başa çatdı və informasiyalaşdırma erası başladı. Dünya əhalisinin yarısı şəhərlərə köçdü, parnik effekti yüksək səviyyəyə nail oldu, mobil telefonlar isə dünyada ən məşhur texnologiya oldu. Hazırda 4 milyard insanın İnternetə çıxışı var, informasiya axını isə iqtisadiyyatın inkişafına sənaye mallarından daha güclü təsir edir. Bütün bu dəyişikliklər texnologiyalar sayəsində baş versə də, hələ də bu sahə üzrə Nobel mükafatı verilmir. Nikola Tesla və Tomas Edison kimi bəşəriyyətin inkişaf vektorunu həmişəlik dəyişdirən dahilərə belə bu mükafat təqdim edilməyib.

İxtiraçılar yalnız fizika kateqoriyasında Nobel mükafatı laureatı olmağa müvəffəq ola biliblər. Məsələn, radioötürücü ixtirasına görə Qulyelmo Markoni (1909), həmçinin tranzistorlar (1956), lazer (1964), yarımkeçiricilər (2000) və işıq diodları (2014) ixtiraçıları. Nobel mükafatının 881 laureatından cəmi 28-i mühəndis və ya texnoloqdur.

Bu nüfuzlu mükafata riyaziyyatçılar da layiqdir. Çünki riyaziyyat ən universal dil, bütün dəqiq elmlərin əsasıdır. Deyilənlərə görə, A.Nobelin fin riyaziyyatçısı Rolf Nevanlinna ilə münasibətləri yaxşı olmayıb və onun mükafatın ilk laureatı olacağını bildiyi üçün riyaziyyatı ümumiyyətlə siyahıdan çıxarmağa qərar verib. Alimin riyaziyyatı tətbiqi elm kimi qəbul edərək, onu sərbəst fənn hesab etməməsi variantı da mövcuddur. Lakin bu fikir XX əsrin böyük kəşfləri (məsələn, Eynşteynin nisbilik nəzəriyyəsi) ilə təkzib edilib.

Bütün bunlara baxmayaraq, Nobel Komitəsi mövcud olan siyahıya yeni kateqoriyalar əlavə etməməyə qərar verib. Qeyd etmək lazımdır ki, mühəndislər, texnoloqlar, riyaziyyatçılar və informasiya texnologiyaları üzrə mütəxəssislərin də nüfuzlu mükafatları vardır. Lakin onlar Nobel mükafatı qədər diqqəti cəlb etmirlər.

Quartz nəşri öz kəşfi ilə Yer kürəsində hər bir insanın həyatını daha da yaxşılaşdıran alimlərin şərəfinə, Nobel mükafatı almayan, lakin onun meyarlarına tamamilə uyğun olan mühəndis və ixtiraçıların siyahısını tərtib edib. 

nanonewsnet.ru saytı siyahını təqdim edib:

Uillis Kerrier – kondisioner, 1902

Orvil və Nevil Rayt – aeroplan, 1903

Alva C.Fişer – paltaryuyan maşın, 1908

Henri Ford –  konveyer, 1909

Tomas E.Mürrey – elektrostansiya, 1910

Fred Volf – soyuducu, 1913

Con Louqi Berd – televizor, 1928

Tomas Kerol – avtomatik hərəkət edən kombayn, 1937

Ketrin Blocet – işığı əks etdirməyən şüşə, 1938

Qreys Hopper – COBOL proqramlaşdırma dili, 1950

Deril Çapin, Kelvin Fuller və Cerald Pirson – fotoelektrik günəş panelləri, 1954

Frenk Rozenblat – süni neyron şəbəkələr, 1958

Robert Qoddart – raket texnikası, 1961

Malkolm MakLeyn – gəmi-konteyner sistemi, 1964

Rey Tomlinson  – elektron poçt, 1972

Marti Kuper – mobil telefon, 1973

Rocer İston, İvan Qettinq və Bredford Parkinson –  GPS, 1974

Stenli Uittingem və Con Qudenaf – ion-litium batareyaları, 1980

Tim Berners-Li – İnternet, 1991

Stiv Cobs – iPhone, 2007

Satoşi Nakamoto – bitkoin, 2008

Tsuomi Miyusaka, Nam-Quy Park və Henri Sneyt – perovskit günəş elementləri, 2009

Cenifer Dudna və Emanuel Şarpentye – CRISPR-Cas9 genlərin redaktə edilməsi texnologiyası, 2012

 Xeberler.az


ŞƏRHLƏR






sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə