Previous Next
Bağla

“İnternet vahid dünya olacaq”

15-03-2016 10:31
“İnternet vahid dünya olacaq”

Tim Berners-Li: “Qlobal konstitusiyanın işlənilməsinə böyük ehtiyac yaranıb” 

Ümumdünya hörümçək torunun ixtiraçısı Tim Berners-Li rəqəmsal əsr üçün interneti hökumətlərin müdaxiləsindən mühafizə edən yeni qaydaların – “Qlobal konstitusiya”nın hazırlanmasının vacibliyini vurğulayıb.

“Hazırda Ümumdünya hörümçək toru üçün qanunvericilik bazasının formalaşdırılması zərurəti yaranıb. Qlobal konstitusiyanın işlənilməsinə böyük ehtiyac var”, – deyə bildirən alim hər kəs üçün əlçatan olan, insan hüquqlarına riayət edilməsinə zəmanət verən və internet istifadəçilərinə öz ideyalarını reallaşdırmağa imkan verən internet mühitin yaradılmasının mümkün olacağına əmindir.

Xeberler.az ict.az-a istinadən məlumat verir ki, alimin sözlərinə görə, internet zamanla sadə informasiya mübadiləsindən elektron ticarətə qədər bir çox imkanlara malik vahid dünya oldu. Lakin hökumətlər və digər strukturlar internetdən insanların şəxsi məlumatlarının toplanılması məqsədilə istifadə edirlər. Bu da insan hüquqları haqqında qanunlara yenidən baxılmasını zəruri edir.

Tim Berners-Linin fikrincə, gələcəkdə bəşəriyyət üç məsələ ətrafında düşünməlidir: planet əhalisinin internetə girişi olmayan üçdə iki hissəsinin Ümumdünya hörümçək toruna qoşulmasının təmin olunması, insanların şəxsi məlumatlarının toplanılması hüququna malik olan şəxslərin və bu məlumatlardan istifadə olunma məqsədlərinin müəyyənləşdirilməsi, yüksək sürətin istənilən qurğuda işləmək qabiliyyətinə malik açıq arxitekturunun yaradılması.

Qeyd edək ki, alimin hələ 1989-cu il martın 12-də Avropa Nüvə Tədqiqatları Mərkəzinin (frans. Conseil Européen pour la Recherche Nucléaire – CERN) müzakirəsinə təqdim etdiyi “İnformasiyanın idarə olunmasına dair təklif” məruzəsində Ümumdünya hörümçək torunun konseptual əsasını təşkil edən Mesh adlı qlobal hipermətn sistemi təsvir edilib.

Xeberler.az

 

ŞƏRHLƏR
OXŞAR XƏBƏRLƏR

www 20 yaşını qeyd edir!!!

15-03-2009

İnternetin yaradıcısı nüfuzlu mükafata layiq görülüb

05-04-2017

"İnternetin atası” şəbəkə konstitusiyasını qəbul etməyi təklif edib

12-03-2014

Dünyada ilk internet sayt

17-11-2010

“Facebook internetin gələcəyinə təhlükə yaradır”

01-12-2010

Internet ixtiraçısı Internet Explorer-in nöqsanlarını açııqladı

12-09-2008

26 Noyabr - Ümumdünya İnformasiya Günüdür

26-11-2024

Dünyanın ilk veb saytının 25 yaşı oldu

21-12-2015

«İnternet pulsuz olmalıdır»

18-09-2010

9 oktyabr - Ümumdünya Poçt Günüdür

09-10-2020

Zavazava: Bakı Bəyannaməsi qlobal rəqəmsal inkişaf üçün strateji yol xəritəsi olacaq

17-11-2025

20 Fevral Ümumdünya İnformasiya İdarəetmə Günüdür

20-02-2025

Prezident: Bakı həm də beynəlxalq rəqəmsal əməkdaşlıq məkanıdır

17-11-2025

“ASAN İmza” Ümumdünya Görüşü-2021 mükafatına namizəd olub

18-03-2021

Sabah Ümumdünya Telekommunikasiya və İnformasiya Cəmiyyəti Günü qeyd ediləcək

16-05-2015

2016-cı ilin əsas innovativ texnologiyaları

28-12-2016

Azərbaycan Ümumdünya Poçt Konvensiyası və “Poçt ödəniş xidmətləri haqqında Saziş”ə qoşulacaq

02-10-2023

Ümumdünya İnformasiya Cəmiyyəti Günü qeyd edilir

17-05-2017

İnternet yaradıcısı yeni struktur icad edib

03-10-2018

ITU rəqəmsal inkişaf üzrə qlobal öhdəlikləri yerinə yetirməyə çağırır

17-11-2025

BMT rəsmisi: "Əşyaların interneti bir çox yeni problemlər də gətirib"

19-05-2026

Uber taksi xidmətindən istifadə edirsiniz? -Sorğu

22-09-2017

Yeni informasiya texnologiyaları dövründə poçtun rolu müzakirə edilir

14-04-2015

Gələcəkdə qurğular sahiblərinin fikirlərini oxuya biləcək

25-01-2016





sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə