Previous Next
Bağla

İnternetin yaradıcısı nüfuzlu mükafata layiq görülüb

05-04-2017 18:17
İnternetin yaradıcısı nüfuzlu mükafata layiq görülüb

Ümumdünya hörümçək torunun yaradıcılarından biri, britaniyalı alim Tim Berners-Li informatika və informasiya texnologiyaları sahəsində ən nüfuzlu mükafata layiq görülüb. Bu haqda Hesablama Texnikası Assosiasiyası açıqlama verib.

Xeberler.az ict.az-a istinadən məlumat verir ki, kompüter və hesablama texnologiyaları sahəsində ən böyük beynəlxalq təşkilat olan assosiasiyadan bildirilib ki, mükafat Berners-Liyə “ilk veb-brauzer olan “World Wide Web” sisteminin və İnternetin yayılmasına təsir etmiş əsas protokollar və alqoritmlərin ixtirasına görə” verilir.

61 yaşlı Berners-Li Associated Press agentliyinə verdiyi müsahibədə mükafata görə assosiasiyaya minnətdarlığını bildirib.

“Mən hesab edirəm ki, bu mükafat ilk növbədə Ümumdünya hörümçək torunun yaradılması layihəsinə, həmçinin qlobal beynəlxalq əməkdaşlığa və bütün mənə kömək edənlərə verilib”, – deyə alim qeyd edib.

Berners-Li HTTP, HTML və URL daxil olmaqla, bir sıra əsas İnternet protokolları və proqramlaşdırma dillərinin ixtiraçısıdır. O, belçikalı alim Robert Kayo ilə birgə İnternet şəbəkəsinə qoşulmuş müxtəlif kompüterlərdə, öz aralarında əlaqəli olan fayllara çıxışı təmin edən “World Wide Web” sistemini yaradıb.

2004-cü ildə Böyük Britaniyanın kraliçası II Yelizaveta Berners-Lini komandor rütbəsi ilə təltif edib, Amerikanın “Time” jurnalı onu XX əsrin 100 ən görkəmli insanı siyahısına daxil edib.

Qeyd edək ki, Türinq mükafatını informatika aləminin Nobel mükafatı adlandırırlar. Kompüter elminin banilərindən biri, ingilis alim Alan Metison Türinqin adını daşıyan bu mükafat 1966-cı ildən etibarən hər il verilir. Mükafatın sponsoru Google korporasiyasıdır, onun dəyəri 1 milyon ABŞ dolları təşkil edir.

Xeberler.az

 

ŞƏRHLƏR
OXŞAR XƏBƏRLƏR

Dünyanın ilk veb saytının 25 yaşı oldu

21-12-2015

Dünyada ilk internet sayt

17-11-2010

“İnternet vahid dünya olacaq”

15-03-2016

www 20 yaşını qeyd edir!!!

15-03-2009

Internet ixtiraçısı Internet Explorer-in nöqsanlarını açııqladı

12-09-2008

“Facebook internetin gələcəyinə təhlükə yaradır”

01-12-2010

“Kompüter Nobeli”nin sahibi bəlli oldu

11-03-2011

«İnternet pulsuz olmalıdır»

18-09-2010

"İnternetin atası” şəbəkə konstitusiyasını qəbul etməyi təklif edib

12-03-2014

Nobel mükafatı texnologiyalar sahəsinə də aid ediləcək?

10-10-2017

İnternetin yaranmasından 40 il ötür

02-09-2009

“Aztelekom” 2 beynəlxalq mükafata layiq görülüb

28-10-2025

İnternet yaradıcısı yeni struktur icad edib

03-10-2018

“Aztelekom” daha bir nüfuzlu beynəlxalq mükafata layiq görülüb

30-05-2025

Interneti əvəzsiz edən 6 şəxs

27-09-2010

Azərbaycanda Nobelə alternativ mükafatın təsis edilməsi təklif edilib

04-04-2023

Bakcell-in baş texniki direktoru mükafata layiq görülüb

27-11-2015

Bu gün dünya şöhrətli alim Lütfi Zadənin anım günüdür

06-09-2019

Lütfi Zadənin 95 yaşı tamam olur

04-02-2016

Dünya şöhrətli alim Lütfi Zadənin doğum günüdür

04-02-2018

İİTKM ali mükafata layiq görülüb

17-06-2025

Azercell beynəlxalq mükafata layiq görülüb

27-08-2015

Alibaba şirkəti kompüter hazırlamağa başlayıb

03-08-2015

“Aztelekom” beynəlxalq mükafatla təltif edilib

17-03-2025





sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə