Previous Next
Bağla

“Nöqsanlara yol verənlər işindən uzaqlaşdırılacaq”

18-12-2015 16:38
“Nöqsanlara yol verənlər işindən uzaqlaşdırılacaq”

“Hazırda Rabitə və Yüksək Texnologiyalar Nazirliyində ciddi islahatlar aparılır. Bu islahatlar nazirlikdə aşkara çıxarılan qüsurlar tam aradan qaldırılanadək davam etdiriləcək”.

Xeberler.az Trendə istinadən məlumat verir ki, bunu yeni təyin olunan rabitə və yüksək texnologiyalar nazirinin birinci müavini, nazir səlahiyyətlərini icra edən Ramin Quluzadə  bildirib.

Qeyd edək ki, Rabitə və Yüksək Texnologiyalar Nazirliyində son vaxtlar aparılan kadr dəyişiklikləri və islahatlar diqqət mərkəzindədir. Baş Prokurorluqda aparılan ilkin istintaq zamanı nazirlikdə rüşvətxorluq, korrupsiya, dövlət əmlakının mənimsənilməsi, vəzifədən sui-istifadə kimi ciddi nöqsanlar, maliyyə yeyintilərinin olduğu üzə çıxarılıb. Nazir Əli Abbasovla yanaşı, nazirliyin bir sıra struktur bölmə rəhbərləri işdən uzaqlaşdırılıblar.

Trend-in məlumatına görə, rabitə və yüksək texnologiyalar nazirinin səlahiyyətlərini icra edən Ramin Quluzadə bu gün Bakı Telefon Rabitəsi İstehsalat Birliyinin baş ofisində idarənin fəaliyyəti ilə tanış olub və işdəki nöqsanların aradan qaldırılması ilə bağlı müvafiq tapşırıqlar verib.

Ötən gün isə Azərpoçt MMC-də nazirlik tərəfindən gözlənilməz reyd keçirilib. Verilən məlumata görə, rabitə və yüksək texnologiyalar nazirinin səlahiyyətlərini icra edən Ramin Quluzadə qurumun fəaliyyətini yoxlamaq məqsədilə heç bir xəbər vermədən iş saatında Azərpoçt-a baş çəkib və yerində bir sıra məsələlər üzrə yoxlamalar aparıb.

Açıqlamasında Ramin Quluzadə hazırda nazirlikdə bütün sahələr üzrə ciddi araşdırmalar aparıldığını deyib:

“Nazirlikdə yeni struktur dəyişiklikləri edilir. Aparılan islahatlar nəticəsində qeyri-peşəkarlar və nöqsanlara yol verənlər işindən uzaqlaşdırılacaq və yeni kadrlarla əvəz olunacaq. Hazırda yeni struktur dəyişiklikləri ilə bağlı nazirliyin bölmələrinə müvafiq tapşırıqlar verilib. Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin hər bir əməkdaşı ölkə vətəndaşlarına və Azərbaycan Respublikasının Prezidentinə xidmət etməlidir”.

Xeberler.az

ŞƏRHLƏR
OXŞAR XƏBƏRLƏR

Ramin Quluzadə nazir vəzifəsini müvəqqəti icra edəcək

25-11-2015

Elmir Vəlizadə nazirlikdə baş verənlərdən danışdı

01-12-2015

RYTN-nə yeni nazir təyin olundu-Sərəncam

15-01-2016

Nazirliyin qəzeti bağlanır? - Rəsmi açıqlama

19-12-2015

Prezident Ramin Quluzadəyə yeni müavin təyin etdi

21-04-2017

Nazir Ramin Quluzadə Böyük Britaniyanın ölkəmizdəki səfiri ilə görüşüb

01-12-2020

Nazirlikdə yeni şəbəkə mərkəzləri yaradılır

25-10-2016

Dövlət qurumlarındakı proqram təminatları lisenziyalaşdırılacaq

18-12-2015

RYTN-də kütləvi ixtisarlara səbəb nə olub?

23-05-2016

Ramin Quluzadə və müavininin növbəti vətəndaş qəbulları baş tutub

11-10-2019

Nazirlikdə yeni təyinat olub

02-02-2018

Azərpoçt-un 3 filialının rəhbəri işdən çıxarılıb

19-12-2015

Ramin Quluzadə Lənkəranda vətəndaşları qəbul edib

15-11-2019

Nazir Ramin Quluzadə Dell şirkətinin nümayəndələri ilə görüşüb

22-02-2019

Hökumət RYTN-in kollegiyasının tərkibini təsdiqləyib-Siyahı

22-07-2016

Ramin Quluzadə İKT sahəsində çalışanları təbrik etdi

31-12-2015

Ramin Quluzadə Fransanın Azərbaycana təyin olunmuş səfiri ilə görüşüb

02-10-2019

Nazir rabitə qurumlarına yeni tapşırıqlar verib

30-09-2016

İltimas Məmmədovun vəzifədən azad edilməsi təsdiqləndi

05-02-2018

Nazir Ramin Quluzadə növbəti dəfə vətəndaşları qəbul edib

21-12-2019

Ramin Quluzadə nazir vəzifəsindən azad edildi

26-01-2021

Nazirliyin rəhbərliyi Şamaxı və Ağsu rayonlarında vətəndaşlarla görüşüb

04-05-2019

Ramin Quluzadə Salyanda vətəndaşlarla görüşüb

15-12-2017

Ramin Quluzadə Özbəkistanın İnvestisiyalar və Xarici Ticarət naziri ilə görüşüb

15-10-2019





sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə