Previous Next
Bağla

Növbəti 5 il ərzində həyatımıza daxil olacaq texnologiyalar

18-01-2017 15:55
Növbəti 5 il ərzində həyatımıza daxil olacaq  texnologiyalar

 Son 5 il ərzində IBM şirkəti nümayəndələri beş futuristik texnologiya və texnoloji yeniliklərin yer aldığı “5in5” proqnozunu hazırlayır və dərc edirlər.

Şirkət nümayəndələrinin fikrincə, bu texnologiyalar sonrakı beş il boyunca bizim həyatımıza daxil olacaq və onun bəzi aspektlərinə mühüm təsir edə biləcək.

Xeberler.az ict.az-a istinadən  bu texnologiyaları təqdim edir:

Süni intellekt tibbi diaqnostika vasitəsi kimi

Dərin maşın təlimi və özünütədris funksiyaları ilə təchiz edilmiş süni intellekt sistemlərinə malik kompüterlər pasiyentin nitqini, onun yazdığı sözləri sintaksis, punktuasiya və digər parametrlərin xüsusiyyətlərində nəzərə çarpan bəzi nəzarət indikatorlarının axtarışında analiz edə biləcək.

Toplanmış məlumatlarla əlaqələndirilən analizin nəticələri həkimlərə insanın psixikası da daxil olmaqla, onun sağlamlıq vəziyyətinə dair daha ətraflı məlumat əldə etməyə imkan verəcək. Bu isə, öz növbəsində, Parkinson, Alzaymer, Hantinqton və autizm xəstəliyinin ən erkən mərhələlərində diaqnoz qoymağa kömək edəcək.

 Supergörmə

Təsvir və süni intellektin formalaşması hipertexnologiyasından istifadə edən yeni qurğular insanlara daha geniş diapazonu əhatə edən görməni əldə etməyə imkan verəcək.

Elektromaqnit spektrin bir neçə bölməsinin kombinasiyası insanlara bir çox potensial təhlükələri aşkar etməyə imkan verəcək. Bu yeni qurğular portativ və əlçatan olacaq. Daha əvvəl yalnız bəzi elmi-fantastik filmlərdən super qəhrəmanların sahib olduğu supergörməni istənilən şəxs əldə edə biləcək.

İnsanlardan əlavə, supergörmənin yeni texnologiyaları robotlar, avtomobil-robotlar və digər avtomatlaşdırılmış qurğular üçün də çox faydalı olacaq.

Bizi əhatə edən aləmi müqayisəolunmaz detallaşdırma səviyyəsində öyrənməyə imkan verən makroskopiya texnologiyaları

Dərin maşın təlimi və digər proqram vasitələrinin alqoritmlərindən istifadə bizi əhatə edən ətraf mühit haqqında bütün mövcud informasiyanı nizamlamağa kömək edəcək. Bu informasiya bizim görmə diapazonumuz və qavrama imkanlarımızdan kənara çıxan həssaslıq sahələrinə malik milyardlarla qurğuların köməyilə toplanacaq. Bütün bunları “makroskopiya” termini adlandırmaq olar. Belə ki, yalnız kiçik obyektləri görən mikroskopdan və ya uzaq obyektləri görən teleskopdan fərqli olaraq, makroskopiya texnologiyası bizi əhatə edən hər şeyi görəcək.

Çipdə yerləşən tibbi laboratoriyalar

Qeyd olunan yeniliklərlə yanaşı, tibbi təyinatlı çipdə yerləşdirilmiş laboratoriyalar da əlçatan olacaq. Onların köməyilə hər bir insan mayelərin ekspress analizini müstəqil edərək narahatlıq aşkar olunduqda həkimə müraciət edə bilər. Diaqnostika sahəsində bu qurğuların imkanları tibbi laboratoriyaların imkanları ilə müqayisə olunacaq.

Ekoloji vəziyyət və ətraf mühitə nəzarət edən ağıllı tənzimləyici şəbəkələr

Beş il sonra müxtəlif məqsədlərə xidmət edən yüksək dəqiqlikli simsiz tənzimləyicilərin bir neçə şəbəkəsi yaradılacaq. Bu tənzimləyicilər vasitəsilə toplanmış informasiya real vaxt rejimində zəhərli və ya radioaktiv maddələrin ən zəif axınlarını belə aşkar etməyə imkan verir ki, bu da əvvəlcədən bütün lazımi tədbirləri görməyə və genişmiqyaslı ekoloji qəzalardan yayınmağa şərait yaradacaq.

Xeberler.az

ŞƏRHLƏR
OXŞAR XƏBƏRLƏR

Xəstəliyi foto ilə tanımaq mümkün olacaq

22-11-2017

IBM kibertəhlükəsizlik problemlərini süni intellektlə həll edəcək

18-10-2018

Pilotsuz mobil poliklinika

27-06-2017

Süni intellekt intiharların qarşısını alacaq

02-11-2017

IBM gələcək beş ilin əsas texnologiyalarını müəyyən edib

19-12-2010

İnfraqırmızı eynək görmə əngəli olan insanlara kömək edəcək

03-05-2015

Süni intellekt ürək xəstəliklərinin diaqnozunda inqilabi rol oynayacaq

06-02-2025

Robot ölkəyə rəhbərlik edəcək

20-06-2017

Uzaq Qalaktikanı çəkə bilən kamera hazırlanıb

07-09-2015

Facebook-dan yenilik

06-04-2016

Əşyaların İnternetinin məlumat birjası yaradılacaq

25-05-2017

2016-cı ilin əsas innovativ texnologiyaları

28-12-2016

İnternet istifadəçiləri 2018-də hansı təhlükə ilə üzləşəcək? –Proqnoz

21-12-2017

Tarixdə ilk-İnsan beyni birbaşa İnternetə qoşulub

15-09-2017

Ağıllı fənər təqdim olunub

01-08-2019

Bütün qurğular emosiyaları tanıyacaq

17-06-2017

İnsan səsindən hipertoniyanı aşkar etmək mümkün olacaq

12-09-2024

Bakıda təcili tibbi yardım xidməti sistemində yenilik edilir

08-09-2016

Süni intellekt ürək xəstələrinin ömrünü uzadacaq

27-10-2024

CeBIT 2017-də təqdim olunacaq texnologiyalar

14-02-2017

Məşhur robot vəsait toplayır-Səbəb

30-11-2017

“mygov”da tibbi məlumatlara çıxış imkanları genişlənib

30-05-2025

Qurğunu distant idarə edən ağıllı örtük təqdim olunub

13-08-2015

Xəstələri robot müalicə edəcək

23-09-2015





sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə