“Nvidia” “Siemens” şirkəti ilə əməkdaşlıq edəcək

07-01-2026 / 14:01

ABŞ-ın “Nvidia” korporasiyası Almaniyanın “Siemens” şirkəti ilə sənaye tətbiqləri üçün süni intellekt sahəsində əməkdaşlığı genişləndirir.

Xeberler.az bildirir ki, əməkdaşlıq çərçivəsində “Nvidia” çip dizayn prosesini sürətləndirmək üçün “Siemens”in elektron dizayn avtomatlaşdırması (EDA) proqram təminatının qrafik proses modulu (GPU) ilə işləməsinə kömək edəcək. İki şirkət çip inkişaf prosesini sürətləndirməklə yanaşı, çiplərin bütün proseslərini - istehsaldan əvvəl funksionallığını sınaqdan keçirmək üçün çiplərin rəqəmsal nüsxələrini yaratmağı hədəfləyirlər.

“Nvidia”nın baş icraçı direktoru Yensen Huanq deyib ki, korporasiya bu əməkdaşlıq sayəsində fiziki süni intellekt vizyonunu sənaye sektoruna yönəldir. O, həmçinin kompüter sənayesinin hər 10-15 ildən bir böyük dəyişiklik yaşadığını, generativ süni intellektin və sürətləndirilmiş hesablamanın yeni bir sənaye inqilabını “alovlandırdığını” bildirib.

Qeyd edək ki, hazırda bütün kompüter çipləri EDA alətlərindən istifadə etməklə hazırlanır. Çip spesifikasiyaları kiçildikcə və tranzistorlar artdıqca proses daha çox hesablama intensivliyinə çevrilir.


ŞƏRHLƏR






sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə