Özbəkistan “Nvidia” ilə əməkdaşlığa başlayır

10-11-2025 / 13:12

Özbəkistan ABŞ-ın Nvidia şirkəti ilə süni intellekt (Sİ) və rəqəmsal infrastrukturun inkişafına yönəlmiş bir neçə layihə həyata keçirəcək.

Xeberler.az bildirir ki, bu barədə ölkənin Rəqəmsal İnkişaf Nazirliyi məlumat yayıb.

Nazir Şerzod Şermatov ötən həftə Nvidia rəhbərliyi ilə görüşərək birgə layihələrin perspektivlərini müzakirə edib. Tərəflər ümumi gücü 1 meqavat olan iki hesablama klasterinin yaradılmasını planlaşdırır. Bu klasterlərdən biri təhsil və elmi tədqiqatlar, digəri isə rəqəmsal hökumət, səhiyyə, bank sektoru və sənaye Sİ layihələri üçün istifadə olunacaq.

İlkin razılaşmalara əsasən, yekun müqavilələrin 2026-cı ildə imzalanması gözlənilir. Müqavilələrin tarixi avadanlıqların mövcudluğundan və ABŞ hökuməti ilə ixrac nəzarətinə dair razılaşmalardan asılı olacaq.

Bundan əlavə, Nvidia texnologiyaları əsasında 3 milyon dollarlıq AI Center of Excellence adlı tədris kompleksi yaradılacaq. Mərkəzdə müəllimlər üçün süni intellekt təlimləri və ixtisasartırma kursları keçiriləcək.

Özbəkistan hökuməti həmçinin ölkənin aparıcı universitetlərində superkompüter Sİ infrastrukturu yaratmaq üçün Nvidia avadanlıqları alacaq. Bu istiqamətdə müqavilənin ilin sonuna qədər imzalanması planlaşdırılır.

Əməkdaşlığın daha bir istiqaməti təcrübə mübadiləsi olacaq. Nvidia, Özbəkistanla süni intellekt layihələrinin idarə edilməsi, iqtisadiyyatda tətbiqi və ekosistemlərin inkişafı üzrə ən yaxşı beynəlxalq təcrübələri bölüşəcək.

 


ŞƏRHLƏR






sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə