Amerika Birləşmiş Ştatlarında müdirlərin ictimai şəbəkələrlə nə dərəcədə ünsiyyətdə olması ilə bağlı maraqlı araşdırmalar aparılıb. Nəticələrə görə, ölkə daxilində olan ofis rəhbərlərinin (Chief Executive Officer) böyük bir qisiminin Twitter, ya da Facebook kimi ictimai platformalarda qeydiyyatı yoxdur.
Xeberler.az bildirir ki, UberCEO.com saytı apardığı bu maraqlı və təəccüblü araşdırmanı keçən həftə ictimaiyyətlə paylaşıb. Məlumata görə, Fortune jurnalında iştirak edən şirkətlərin sıralamasında ilk 100-ə girən şirkətlərin rəhbərlərindən ikisinin Twitter hesabı var, Facebook hesabı əldə edən ofis rəhbərlərinin sayı isə 19-dur.
UberCEO.com saytının redaktorlarından biri olan Sharon Barclay bu araşdırmanın nəticələrini belə qiymətləndirib: “Bu onu göstərir ki, müdirlər müştəriləri ilə elə də çox maraqlanmırlar, onlarla soyuq münasibətdədirlər. Facebook və Twitter kimi ictimai platformalardan uzaq dayanan müdirlər, əslində müştərilərinə maraqsız görünən bir müdir imici təsiri bağışlayır”.
Xeberler.az
Televiziyaların reytinqini kim ölçür, necə ölçür və nəticələr ağlabatan olacaqmı?
Nazirlik inkubasiya mərkəzlərini niyə topladı? –Şərh
Windows 10-u necə sürətləndirmək olar?
Bizi idarə edən güc: Netokratiya
Tor: şəbəkənin nəzarətindən azad olmaq imkanı
Facebook müəmması
4G mobil texnologiyası niyə ləngiyir?
Rəqəmli yayım: mərkəzdən kənarda yaşayanlar nə etsin?
“Asan imzanı belə gördüm”- Azər Həsrət
Azərbaycanda e-hökumətin inkişafinda yeni sosial tələbləri nəzərə alan xidmətlərin genişləndirilməsi perspektivləri