“Onlayn Azərbaycan” layihəsinin iştirakçıları üçün səyyar təlimlərə start verilib

22-12-2023 / 19:01

“Aztelekom” MMC-nin “Onlayn Azərbaycan” layihəsində iştirak edən əməkdaşlarının və podratçı şirkət əməkdaşlarının təhlükəsizlik texnikası sahəsində maarifləndirilməsi və təkmilləşdirilməsi məqsədilə səyyar təlimlərə başlanılıb.

Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyindən Xeberler.az -a bildirilib ki, 5 regional filialın (Şimal-Şərq Regional Filialı, Dağlıq Şirvan Regional Filialı, Şimal-Qərb Regional Filialı, Aran Regional Filialı, Mərkəzi Aran Regional Filialı) mərkəzi şöbələrində keçirilən təlimlərə 400 nəfər əməkdaş cəlb olunub. Xüsusilə elektrik təhlükəsizliyi məsələlərinin geniş yer ayrıldığı təlimlərə ümumilikdə 3500 nəfər əməkdaşın cəlb olunması nəzərdə tutulub.

Qeyd edək ki, 2023-cü ilin 11 ayı ərzində Azərbaycanda 888 minə yaxın ev təsərrüfatının genişzolaqlı internetə çıxış imkanı yaradılıb. Ümumilikdə 1,7 milyona yaxın ev təsərrüfatı genişzolaqlı internetlə əhatə olunub. Bu, ölkədə mövcud ev təsərrüfatlarının 58 faizini təşkil edir və cari ilin sonuna kimi 60 faizədək çatdırılması hədəflənib. Sözügedən layihə çərçivəsində görülən işlərin 2024-cü ilin sonuna kimi yekunlaşacağı planlaşdırılır.


ŞƏRHLƏR






sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə