Previous Next
Bağla

Onlayn sifariş verilən mobil telefonlar ölkəyə buraxılmır

05-07-2018 17:36
Onlayn sifariş verilən mobil telefonlar ölkəyə buraxılmır
Xeberler.az bildirir ki, xaricdən internet vasitəsilə alınan mobil telefonların gömrükdən ölkəyə buraxılmır. Telefon sifarişçilərinə bankdan çıxarış gətirməyəcəyi təqdirdə bağlamalarının verilməyəcəyi bildirilir.
 
Dövlət Gömrük Komitəsi (DGK) tərəfindən xarici ölkələrdən sifariş edilən mobil telefonlarla bağlı aparılan araşdırma nəticəsində mövcud gömrük və vergi qanunvericiliyinin ciddi şəkildə pozulması halları müəyyən edilib. Asan yolla qazanc əldə etmək istəyən bəzi şəxslər xarici ölkələrdə təsis etdikləri onlayn ticarət portalları vasitəsilə Azərbaycan Respublikası vətəndaşlarının adına mobil telefonlar göndərir və ölkə ərazisinə gətirilən həmin telefonların daha sonra topdan və ya pərakəndə satışını təşkil edirlər:“Aparılan araşdırma zamanı o da müəyyən edilib ki, bir çox hallarda sənədlərdə adı çəkilən şəxslər faktiki olaraq sifarişlərdən xəbərsizdir. Üstəlik gömrük orqanlarına təqdim olunan bəyannamələrdəki rəqəmlərin sifarişçinin bank hesabındakı rəqəmlərdən dəfələrlə aşağı olduğu aşkar edilib ki, bunun da məqsədi gömrük vergi və rüsumlarından yayınmaqdır. Digər tərəfdən, gömrük orqanına təqdim olunan bəyannamələrdə malların tərkibi də düzgün göstərilmir.”
 
Komitədən həmçinin bildirdilər ki, son bir ayda poçt göndərişləri vasitəsilə ölkə ərazisinə 30 minə qədər mobil telefon gətirilib ki, bunun da 25 mini Birləşmiş Ərəb Əmirliklərinin Dubay şəhərindən göndərilib. Əksər hallarda isə gömrük rəsmiləşdirilməsi üçün saxta invoyslar təqdim edilir. Poçt göndərişləri ilə bağlı yuxarıda sadalanan problemlərin aradan qaldırılması üçün aparılan araşdırmalar isə bəzi hallarda onlayn ticarətdən qanuni yollarla istifadə edən şəxslərin sifarişlərinin yubanmasına, vaxtında sahibinə təhvil verilməməsinə səbəb olur: “Sifarişlərin çatdırılmasında baş verən geçikmələrin əsas səbəblərindən biri də Azərpoçt MMC tərəfindən yüklər barədə məlumatların əvvəlcədən elektron qaydada gömrük orqanlarına təqdim edilməməsidir. Bu da ölkəyə gətirilən yüklərin gömrük yoxlaması və rəsmiləşdirilməsi prosesini xeyli ləngidir. Belə ki, bu məlumatlar olmadığı üçün daxil olan yüklərin çeşidlənməsi, sifarişlərin mütəmadiliyinin yoxlanılması məqsədilə gömrük əməkdaşları bütün malların hər birinə tək-tək baxış keçirməli, daha sonra isə həmin məlumatları sistemə daxil etməlidir”.
 
Komitədən bildirilib ki, hazırda gömrük orqanları tərəfindən aparılan araşdırmalar davam etdirilir və araşdırmaların sonunda gömrük qanunvericiliyinin tələblərinin kobud surətdə pozan hüquqi və fiziki şəxslərin məsuliyyətə cəlb edilməsi ilə bağlı aidiyyatı dövlət qurumlarına müraciət olunacaq. (Virtualaz)
ŞƏRHLƏR
OXŞAR XƏBƏRLƏR
Xaricdən telefon sifariş verənlər niyə növbə gözləyir? – RƏSMİ AÇIQLAMA

Xaricdən telefon sifariş verənlər niyə növbə gözləyir? – RƏSMİ AÇIQLAMA

12-09-2018
DGK xaricdən sifariş edilən poçt bağlamalarının uzun müddət gecikdirilməsinə aydınlıq gətirib

DGK xaricdən sifariş edilən poçt bağlamalarının uzun müddət gecikdirilməsinə aydınlıq gətirib

22-01-2021
Azərbaycana mobil telefonların gətirilməsi qaydası sərtləşdirilib

Azərbaycana mobil telefonların gətirilməsi qaydası sərtləşdirilib

23-09-2020
Ölkəyə gətirilən mobil telefonların gömrük rüsumunun hesablanma qaydası açıqlanıb

Ölkəyə gətirilən mobil telefonların gömrük rüsumunun hesablanma qaydası açıqlanıb

02-02-2026
"Trendyol"dan sifariş verilən məhsulların gecikməsinə aydınlıq gətiriLİb

"Trendyol"dan sifariş verilən məhsulların gecikməsinə aydınlıq gətiriLİb

10-01-2024
Gömrük Komitəsi iPhone gətirənlərdən nə istəyir ?

Gömrük Komitəsi iPhone gətirənlərdən nə istəyir ?

07-10-2015
Azərbaycana gətirilən telefonların rəsmiləşdirilməsi ilə bağlı qoyulan tələb nələri dəyişəcək?

Azərbaycana gətirilən telefonların rəsmiləşdirilməsi ilə bağlı qoyulan tələb nələri dəyişəcək?

06-02-2023
Mobil telefon gətirənlərə qarşı müharibə

Mobil telefon gətirənlərə qarşı müharibə

23-01-2019
Bu məhsulların ölkəyə gətirilməsi qadağan olunub

Bu məhsulların ölkəyə gətirilməsi qadağan olunub

11-01-2019
Dövlət Gömrük Komitəsi qalmaqallı qərarla bağlı açıqlama verib

Dövlət Gömrük Komitəsi qalmaqallı qərarla bağlı açıqlama verib

24-08-2020
"Smart Customs" mobil tətbiqi ilə məcburi bəyanetmə müvəqqəti dayandırılıb

"Smart Customs" mobil tətbiqi ilə məcburi bəyanetmə müvəqqəti dayandırılıb

30-09-2020
Gömrük Komitəsi yenidən  elektron ticarəti məhdudlaşdırmaq istəyir

Gömrük Komitəsi yenidən elektron ticarəti məhdudlaşdırmaq istəyir

29-01-2016
Mobil telefon cihazları bazarında fəaliyyət göstərən şirkətlərlə əlaqədar qərar qəbul olunub

Mobil telefon cihazları bazarında fəaliyyət göstərən şirkətlərlə əlaqədar qərar qəbul olunub

07-07-2022
Ölkəyə gətirilən birdən artıq mobil cihazın qeydiyyatı üçün rüsum alınacaq

Ölkəyə gətirilən birdən artıq mobil cihazın qeydiyyatı üçün rüsum alınacaq

06-11-2025
Azərbaycana gətirilən birdən artıq mobil cihazın qeydiyyatı üçün rüsum alınacaq

Azərbaycana gətirilən birdən artıq mobil cihazın qeydiyyatı üçün rüsum alınacaq

21-11-2025
Mobil telefonlar ölkəyə necə gətirilir və necə qeydə alınır ?

Mobil telefonlar ölkəyə necə gətirilir və necə qeydə alınır ?

06-09-2018
Azərbaycana gətirilən 1 ədəddən artıq cihazın qeydiyyatı üçün rüsum alınacaq

Azərbaycana gətirilən 1 ədəddən artıq cihazın qeydiyyatı üçün rüsum alınacaq

01-01-2026
Ekspert : DGK Azərpoçtu günahlandırmışdı, problem özlərindəymiş

Ekspert : DGK Azərpoçtu günahlandırmışdı, problem özlərindəymiş

08-01-2019
“ABC-TELECOM” MMC ilə bağlı qərar qəbul olunub

“ABC-TELECOM” MMC ilə bağlı qərar qəbul olunub

07-06-2022
Elektron ticarət qaydasında xaricə ödənilən məbləğlərə ƏDV-nin tətbiqi barədə

Elektron ticarət qaydasında xaricə ödənilən məbləğlərə ƏDV-nin tətbiqi barədə

16-04-2021
Mobil telefonun onlayn idxalının qadağasına reaksiyalar

Mobil telefonun onlayn idxalının qadağasına reaksiyalar

29-01-2015
Elektron qaimə-faktura verəcək şəxslər məlum oldu

Elektron qaimə-faktura verəcək şəxslər məlum oldu

28-01-2019
DİQQƏT! 3 nömrəli telefonlar gəlir

DİQQƏT! 3 nömrəli telefonlar gəlir

27-09-2010
Mobil telefon cihazları bazarında araşdırmalar davam etdirilir

Mobil telefon cihazları bazarında araşdırmalar davam etdirilir

21-06-2022





sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə