Previous Next
Bağla

Gömrük Komitəsi yenidən elektron ticarəti məhdudlaşdırmaq istəyir

29-01-2016 15:08
Gömrük Komitəsi yenidən  elektron ticarəti məhdudlaşdırmaq istəyir

Dövlət Gömrük Komitəsi (DGK) beynəlxalq poçt göndərişləri vasitəsilə malların rüsumsuz idxalı üzrə limiti azaltmağı təklif edir. Məlumdur ki, hazırda  vətəndaşlar  1000 $-lıq malı  e-ticarət yolu ilə  gömrük rüsumsuz ölkəyə gətirə bilir.  

Xatırladaq ki, ötən il yanvar ayında da  DGK  bu limiti 150 manata endirməklə bağlı Nazirlər Kabinetinə müraciət etmişdi.  Lakin bu təklif ciddi ictimai müqavimətlə qarşılaşdığı və aidiyyatı dövlət qurumları tərəfindən dəstəklənmədiyi üçün DGK-nin bu istəyi uğursuzluqla nəticələnmişdi. 

Xeberler.az-ın məlumatına görə bu gün DGK-nın sədri Aydın Əliyev mətbuat konfransında  yenidən bu məsələni gündəmə gətirib:

"Fiziki şəxslər tərəfindən istehsal və kommersiya məqsədləri üçün nəzərdə tutulmayan malların gömrük sərhədi vasitəsilə güzəştli və sadələşdirilmiş keçirilməsi haqqında" qaydalara əsasən, əgər 30 gün ərzində eyni fiziki şəxsin adına beynəlxalq poçt bildiriş və ya nəqliyyat şirkəti vasitislə min dollardan baha olmayan mal daxil olursa, gömrük rüsumunun ödənişi nəzərdə tutulmur.

Aydın Əliyev qeyd edib ki, bu, poçt göndərişləri üçün olduqca yüksək məbləğdir: "Ötən ilin ilk 9 ayında poçt göndərişləri vasitəsilə Azərbaycana təqribən 2,5 min ton mal göndərilib. Onun cəmi 2,4 tonu bəyan edilib. Bu, dövlət büdcəsinə gömrük daxil olmalarına real zərərdir".

O əlavə edib ki, idxal edilən malların böyük hissəsi mobil telefonların payına düşür: "Ötən il ölkəyə idxal edilmiş hər 10 telefondan biri telefon tədarükçüləri tərəfindən gətirilib. Nəticədə hər il böyük zərərlə üzləşirik".

Bir daha xatırladırıq ki, əvvəllər də DGK bununla bağlı təşəbbüs irəli sürmüşdü, lakin qurumun bu fəaliyyəti uğursuzluqla nəticələnmişdi.

Xeberler.az

 

ŞƏRHLƏR
OXŞAR XƏBƏRLƏR

Azərbaycana mobil telefonların gətirilməsi qaydası sərtləşdirilib

23-09-2020

Ölkəyə gətirilən mobil telefonların gömrük rüsumunun hesablanma qaydası açıqlanıb

02-02-2026

Gömrük Komitəsi iPhone gətirənlərdən nə istəyir ?

07-10-2015

Azərbaycanda İnternet vasitəsilə Gömrük Komitəsinin rəhbərliyinə birbaşa müraciət etmək mümkündür

10-12-2010

Ekspert: DGK və Azərpoçt e-ticarət üçün normal bir sistem qura bilmir

22-05-2019

Hökumətin verdiyi qərar e-ticarəti məhdudlaşdırmağa yönəlib

24-08-2020

DGK məmuru sənədləri necə saxtalaşdıra bilib?

30-08-2023

Telekommunikasiya vasitələrinin sertifikatlaşdırılması Qaydaları dəyişilib

19-03-2024

Ekspert : DGK Azərpoçtu günahlandırmışdı, problem özlərindəymiş

08-01-2019

Azərbaycana mobil telefon idxalı azalıb

12-04-2015

Azərbaycana maşın gətirmək istəyənlərin nəzərinə- Qaydalar

24-04-2019

DGK vətəndaşların suallarını onlayn cavablandıracaq

04-03-2019

10 min dollar məbləğində malı gömrük rüsumsuz ölkəyə gətirə biləcəksiniz

22-10-2015

Elektron ticarət vasitəsilə ölkəyə gətirilən mallara vergi güzəştləri tətbiq edilib

27-01-2014

Gömrük qaydaları sərtləşdirildi: Xaricdən məhsul sifarişi limiti endirildi

24-08-2020

Mobil telefon gətirənlərə qarşı müharibə

23-01-2019

DGK sədri sənəd dövriyyəsinin tamamilə elektronlaşdırıldığını bildirdi

12-01-2019

Elektron ticarət edənlərə güzəştlər edildi

12-12-2013

Xaricdən telefon sifariş verənlər niyə növbə gözləyir? – RƏSMİ AÇIQLAMA

12-09-2018

Gömrük Komitəsinin elektron xidmətlərindən istifadə sayı 11 milyona çatıb

23-12-2021

Onlayn sifariş verilən mobil telefonlar ölkəyə buraxılmır

05-07-2018

Dövlət Gömrük Komitəsi qalmaqallı qərarla bağlı açıqlama verib

24-08-2020

Azərbaycan elektromobil idxalını 9 dəfədən çox artırıb

15-02-2023

DGK: Süni intellektdən geniş istifadə edəcəyik

18-04-2025





sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə