Previous Next
Bağla

Ordumuzu “Kabinetim” tətbiqindən dəstəkləmək imkanı

13-10-2020 16:28
Ordumuzu “Kabinetim” tətbiqindən dəstəkləmək imkanı

Bütün vətəndaşlarımızın ürəyinin Qarabağda döyündüyü indiki dönəmdə hər bir Azərbaycanlı rəşadətli

Xeberler.az bildirir ki, ordumuza yardım etmək arzusu ilə yaşayır. Azərbaycan dövləti tərəfindən Silahlı Qüvvələrin təchizatı yüksək səviyyədə təmin olunsa da, Orduya dəstək məqsədilə Silahlı Qüvvələrə Yardım Fonduna ianə köçürənlərin sayı durmadan artır. İşindən və peşəsindən, fəaliyyət sahəsindən asılı olmayaraq hər kəs cəbhədə döyüşən qəhrəman əsgərlərimizlə həmrəyliyini nümayiş etdirir.

Azercell şirkəti də öz abunəçilərinə Silahlı Qüvvələrə Yardım Fonduna daha rahat və sürətli formada ianə köçürmək imkanını yaradır. Azercell-in “Kabinetim” tətbiqi üzərindən günün istənilən saatında, istənilən yerdən, 24/7 rejimində Fonda vəsait köçürmək mümkündür. Bunun üçün sadəcə “Kabinetim” tətbiqini işə salmaq və ”Mobil Ödəmə” bölməsindən “Orduya ianə” əməliyyatını seçməklə ödəmə aparmaq kifayətdir.

Mobil tətbiq vasitəsilə ianə etmək üçün kredit kartına ehtiyac yoxdur, nömrə balansında minimum 3 AZN olması yetərlidir. Birdəfəlik maksimal ianə məbləği 50 AZN, aylıq limit isə 500 AZN təşkil edir.

Qeyd edək ki, abunəçilərin gündəlik iş və məişət proseslərini daha rahat etmək və onlara ən yaxşı müştəri təcrübəsi bəxş etmək məqsədilə yaradılmış “Kabinetim” mobil tətbiqi müəyyən ödəmələr aparmaqla yanaşı, nömrəyə tam nəzarət etmək imkanını verir. Bu tətbiq balansı nəzarətdə saxlayıb artırmaq, internet paketləri və rominq internet paketlərini aktivləşdirmək, tarif paketini dəyişmək, eləcə də, məişət və kommunal ödənişlərini həyata keçirmək kimi imkanlar təqdim edir. Azərbaycan, rus və ingilis dillərini dəstəkləyən "Kabinetim” mobil tətbiqinin önəmli xüsusiyyətlərindən biri də odur ki, tətbiqdən istifadə zamanı meqabaytlar xərclənmir.

Həm iOS, həm də Android əməliyyat sistemlərində çalışan çoxfunksional "Kabinetim” tətbiqini App Store, PlayStore və ya Huawei AppGallery-dən ödənişsiz olaraq yükləmək mümkündür. Əgər tətbiq avtomatik yenilənməyibsə, yükləmə üçün bit.ly/Kabinetim keçidindən istifadə etmək olar.

Xatırladaq ki, Azercell şirkətinin özü də ölkəmizin tarixi üçün taleyüklü bu dövrdə Milli Ordumuza dəstəyini əsirgəməyib. Belə ki, işğal altında olan torpaqlarımızın azad olunması uğrunda mübarizə aparan Azərbaycan Ordusuna dəstək məqsədilə şirkət tərəfindən Silahlı Qüvvələrə Yardım Fonduna 1 milyon manat həcmində vəsait köçürülüb.

Bundan əlavə, ölkənin əsas rabitə təminatçısı “Azercell Telekom” döyüş bölgəsində  olan, informasiya müharibəsində savaşan media təmsilçilərini də unutmayıb. Belə ki, hazırda cəbhə bölgələrinə ezam olunmuş bütün jurnalist və çəkiliş qrupları üzvlərinin balansına Azercell tərəfindən 100 AZN köçürülüb.Azercell şanlı Azərbaycan Ordusunun zəfər yürüşünün böyük və möhtəşəm qələbə ilə başa çatacağına əmindir.

Qarabağ Azərbaycandır!

ŞƏRHLƏR
OXŞAR XƏBƏRLƏR

Azercell “Kabinetim” mobil tətbiqinin yeni versiyasını təqdim edib

14-05-2020

"Azercell" Qələbə münasibətilə abunəçilərinə internet hədiyyə edib

11-12-2020

Mobil Ödəmə xidməti indi Azercell Fakturalı Xətt abunəçiləri üçün də mümkün oldu

20-11-2020

Azercell-in Kabinetim tətbiqi ilə nömrənizə nəzarət etmək artıq daha asandır

09-07-2019

“Kabinetim” ilə yeniliklərdən ilk sən xəbərdar ol

11-08-2021

Azercell-dən hərbi jurnalistlərə rabitə dəstəyi

07-10-2020

Azercell-in Kabinetim mobil tətbiqi yenilənib

23-10-2019

"Azercell" mobil ödəmə xidmətini fakturalı xətt abunəçiləri üçün aktivləşdirib

21-11-2020

“Bakcell” Silahlı Qüvvələrə növbəti dəfə ianə edib

05-10-2020

"Azercell" mobil tətbiqləri artıq “Kabinetim”də!

19-08-2020

ƏDV-ni “Kabinetim”də topla!

17-02-2022

UNEC Silahlı Qüvvələrə Yardım Fonduna 100 min manat köçürüb

09-10-2020

Hesab.az "Silahlı Qüvvələrə dəstək" sosial layihəsinə başlayıb

10-10-2020

"İrşad Electronics" Silahlı Qüvvələrə Yardım Fonduna 50 000 manat köçürdü

29-09-2020

"Azercell" abunəçilərə Koronavirusla Mübarizəyə Dəstək Fonduna ianə etmək imkanı yaradıb

24-03-2020

Azercell-dən Gəncədə olan abunəçilərə dəstək

17-10-2020

Hesab.az “Silahlı Qüvvələrə Yardım Fondu”-na ianə edib

04-11-2020

ENGİNET şirkəti Silahlı Qüvvələrə Yardım Fonduna 10.000 manat vəsait ayırıb

30-09-2020

"Azercell" Ağdamda keçirilən ilk beynəlxalq elmi-praktik konfransı internet xidmətləri ilə təmin edib

20-09-2021

Azercell-dən Ukraynadakı abunəçilərinə dəstək!

24-02-2022

Bu həlledici günlərdə Azercell də ön cəbhəyə dəstək olur

01-10-2020

NRYTN Silahlı Qüvvələrə Yardım Fonduna dəstək olub

03-10-2020

“Bakcell”dən Azərbaycan Respublikasının Silahlı Qüvvələrinə dəstək

02-10-2020

"Ailə TV”dən Silahlı Qüvvələrə Yardım Fonduna dəstək

09-10-2020





sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə