Previous Next
Bağla

Osman Gündüz: Azərbaycanda ilk -kriptovalyuta müsadirə olundu

27-08-2025 16:26
Osman Gündüz: Azərbaycanda ilk -kriptovalyuta müsadirə olundu
"Əvvəllər cinayət məsuliyyətinə cəlb olunanlardan qızıl-gümüş, əmlak, avtomobil və s. fiziki formada mövcud olanlar müsadirə olunardı.  İndi isə dövran dəyişib. DTX açıqlayıb ki, cinayət predmeti olan kriptovalyuta üzərinə həbs qoyulub. Və məhkəmə qərarı ilə icra olunması üçün beynəlxalq virtual aktiv xidməti təminatçılarına yönəldirilib".
 
Xeberler.az bildirir ki, bunu Azərbaycan İnternet Formunun Prezidenti, ekspert Osman Gündüz deyib.
 
Ekspertin sözlərinə görə, hansı kriptovalyuta və hansı qlobal birja olması açıqlanmasa da, güman ki, söhbət Bitcoin və ya Ethereumdan, həmçinin də ölkəmizdə populyar olan Binance və ya BitGet birjalarından gedir:
 
"Qlobal birjalar da adətən məhkəmə qərarı ilə gələn sorğuları dərhal icra edirlər.
 
Təxmin etmək olar ki, DTX hansısa mütəşəkkil dəstənin kiber cinayətini araşdırarkən bu cinayətin törədilməsində kriptovalyutalardan istifadə edildiyini, onların birja hesablarında xeyli kriptonun olduğunu müəyyənləşdirib.
 
Qanunvericilikdə də cinayət prosesində əldə edilən bütün əmlakın, o cümlədən qeyri-maddi əmlakın, yəni virtual aktivlərin də müsadirəsi nəzərdə tutulur.
 
Xatırladıram ki, bu, Azərbaycan tarixində ilk belə hadisədir ki, hansısa cinayət işi üzrə kriptovalyutaya məhkəmə qərarı ilə həbs qoyulub və müsadirə olunub".
 
Osman Gündüz düşünür ki, bu addım ölkəmizdə virtual aktivlərin hüquqi statusunun möhkəmlənməsi baxımından önəmli presedent yaradır və rəqəmsal cinayətkarlıqla mübarizədə yeni mərhələnin başlanğıcıdır:
 
"Xatırladıram ki, hələlik ölkəmizdə virtual aktivlər haqqında qanun qəbul edilməyib. Bir müddət öncə Mərkəzi Bankda görüş keçirilərkən qurumun rəhbərliyi adı çəkilən qanun layihəsinin hazırlanmaqda olduğunu bildirmişdi".
 
Bəs görəsən müsadirə olunan kriptovalyutanın taleyi necə olacaq ?
 
Ekspertin sözlərinə görə, Beynəlxalq təcrübədə adətən müsadirə edilən kriptovalyutalar ya hərracla satılır, ya da dövlət ehtiyatlarına yönləndirilir:
 
"Buradan belə qənaətə gəlmək olar ki, birazdan Ədliyyə Nazirliyinin herrac.gov.az portalında hansısa dövlət qurumunun kriptovalyutanı satışa çıxarmasını görsək gərək təəccüblənməyək".
ŞƏRHLƏR
OXŞAR XƏBƏRLƏR

Azərbaycanda kriptovalyuta üzərinə həbs qoyulub

27-08-2025

Ekspert: Texnologiyanın köməyi ilə qurulan yeni “biznes model”i ifşa olunub

28-07-2025

Osman Gündüz: Adi vətəndaş hərracda qalib gələ bilərmi?

23-01-2025

Qazaxıstanda kriptokart dövrü başlayır - Osman Gündüz

10-06-2025

Kriptovalyuta ticarətini tənzimləyən İşçi Qrup fəaliyyət göstərirmi ?

28-08-2019

“Azərbaycanda sosial medianın əhəmiyyəti artıb”

05-06-2015

Osman Gündüz: Milli Kibertəhlükəsizlik Mərkəzi aktiv fəaliyyətə başlayır

10-12-2024

İnternetdə təhqirə görə cəza…

06-06-2013

DİN-in Kibercinayətkarlıqla Mübarizə Baş İdarəsi nələri dəyişəcək?-RƏY

04-06-2023

Azərbaycanda kriptovalyuta ticarəti ilə bağlı yeni addım

29-01-2018

Universitetdən kriptovalyuta ilə bağlı xüsusi jurnal

10-01-2018

Ekspert:"Qanunsuz müdaxilə" ilə bağlı ətraflı məlumat verilməyib

08-07-2022

Əlcəzair kriptovalyuta istifadəsini qadağan edib

29-07-2025

Elektron Hərrac Portalı vətəndaşlara nə qazandırır? - Osman Gündüz

23-06-2025

Cinayət məsuliyyəti icazəsiz çəkilişin qarşısını alacaq? – Ekspertdən açıqlama

05-11-2020

Məhkəmə qərarı olmadan rəqəmsal axtarış: dəyişikliklər və risklər

30-01-2026

Azərbaycanda kriptovalyuta ilə bağlı qanun layihəsi hazırlanır

25-01-2018

Ekspert kibercinayətkarlıqla mübarizədən danışdı

23-07-2018

Kibercinayətkarlıqla Mübarizə Baş İdarəsi internetdə milyonluq dövriyyəsi olan şəbəkəni ifşa edib

20-09-2024

DTX kiber sektorda biznes və vətəndaş üçün daha əlçatan olub

05-06-2024

Türkmənistanda kriptovalyuta və mayninq fəaliyyəti rəsmiləşdirilib

28-11-2025

Ekspert Elektron Məhkəmə sistemindən danışdı

01-05-2019

Kriptovalyuta və virtual aktivlər üçün tənzimləyici sənəd hazırlanır

17-12-2025

“Ghost” kibercinayətkarlıq platforması dağıdılıb

18-09-2024





sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə