Previous Next
Bağla

DİN-in Kibercinayətkarlıqla Mübarizə Baş İdarəsi nələri dəyişəcək?-RƏY

04-06-2023 19:57
DİN-in Kibercinayətkarlıqla Mübarizə Baş İdarəsi nələri dəyişəcək?-RƏY

Məlumat verdiyimiz kimi, Prezident İlham Əliyevin fərmanına əsasən Daxili İşlər Nazirliyinin (DİN) Kibercinayətkarlıqla Mübarizə Baş İdarəsi yaradılıb.

Məsələyə münasibət bildirən Azərbaycan İnternet Formunun Prezidenti, ekspert Osman Gündüz qeyd edib ki, hələ 2009-cu ildə ölkəmiz "Kibercinayərkarlıq haqqında" konvesiyaya qoşulandan dərhal sonra belə bir qurum yaradılmışdı.

Onun sözlərinə görə, həmin vaxt bu səlahiyyətləri daha çox öz əlində cəmləşdirməyə meylli olan MTN faktoru belə bir qurumun fəaliyyətə başlamasına imkan verməyib və onlara da məsləhət görülüb ki, DİN nəzdində belə bir qurumun varlığını unutsunlar:

"Beləliklə də, kiber sahədə cinayətkarlıqla mübarizə səlahiyuəti o zaman əsasən MTN-ə qaldı. 2015-ci ildən sonra kibercinayətkarlıq sahəsində DİN bir xeyli səlahiyyətlər, ibtidai istitaq işlərini aparmaq səlahiyyəti əldə etmişdi. İndiyədək DİN -də bu işlərin kurasiyası Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə idarəsində olub. Xatırlayıram ki, qurumun bu istiqamətdə bir neçə uğurlu əməliyyatları da olub. Ümumiyyətlə, son zamanlar baş verənlər onu deməyə əsas verir ki, DİN-də cinayətkarlıqla mübarizənin texniki-texnoloji- proqram təminatı, "təhlükəsiz şəhər" infrastrukturu xeyli inkişaf edib. Bu günədək Azərbaycanda kibercinayətkarlıqla bağlı əsas səlahiyyətlər DTX-da, qismən də DİN-də olub".

Ekspert qeyd edib ki, indiyədək ən ciddi problem də ondan ibarət idi ki, DTX və DİN arasında kibercinayətlərlə bağlı konkret səlahiyyət bölgüsü yox idi:

"Necə deyərlər, kim qabağa düşüb hansı kibercinayətlə bağlı iş müəyyən edirdisə, elə o da bu işi aparırdı. Bəzən müşahidə olunurdu ki, kibercinayət milli təhlükəsizlik mahiyyəti daşımasa da, adi bir kiber dələduzluq olsa da, onunla DTX məşğul olmalıydı. Güman ki, son dövrlər regionda, dünyada və ölkəmizdə baş verən kiber təhdidlər və kibercinayətlər, bu istiqamətdə müasir çağırışlar, rəqəmsal bankçılıqla bağlı və qarşıdan gələn 5G təhdidləri, yəni, əşyaların internetə inteqrasiyası fonunda baş verə biləcək cinayətlərin artma ehtimalı hökuməti də narahat edib və nəhayət ki, DTX və DİN arasında kibercinayətlərlə bağlı səlahiyyət bölgüsünü müəyyənləşdirməyə qərar verilib".

Osman Gündüz hesab edir ki, Prezidentin bununla bağlı fərmanı ölkəmizdə kiber sahədə cinayətkarlığa qarşı mübarizədə xeyli irəliləiş və dönüş yaradacaq.

Son zamanlar kritik infrastrukturun təhlükəsizliyinin təmin edilməsi sahəsində Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Xidməti ilə yanaşı DTX da əlavə xeyli səlahiyyətlər əldə edib:

"Fikrimcə bundan sonra DTX -nın qeyd olunan sahədə rolu gücləndiriləcək, milli təhlükəsizlik mahiyyəti daşımayan kibercinayətlər sahəsində səlahiyyətləri məhdudlaşdırılacaq. Bu tip işlərin hamısı DİN-ə veriləcək. Gözləmək olar ki, DİN-nin bütün rayon və şəhər şöbələrində kibercinayətkarlıqla bağlı strukturlar formalaşdırılacaq. Bu addımlar isə regionlarda da bu tip cinayətlərin qarşısının zamanında alınmasında mühüm rol oynayacaq. Düşünürım ki, bu istiqamətdə kadr hazırlağının artırılmasına, beynəlxalq təcrübənin mənimsənilməsinə diqqəti artırmaq çox vacibdir. Universitetlərdə, xüsusilə də Polis Akademiyasında, DTX-nın Heydər Əliyev adına Akademiyasında kibercinayətkarlıqla bağlı ixtisaslı kadrların hazırlığını daha da gücləndirmək lazımdır". 

."

ŞƏRHLƏR
OXŞAR XƏBƏRLƏR

DİN-də Kibercinayətkarlıqla mübarizə strukturu olmalıdırmı?

03-03-2020

Kibercinayətkarlar reket dəstələrinə çevrilir - Bakıdakı olayın izi ilə

20-07-2023

Kibercinayətkarlığa kim cavabdehdir?

21-06-2019

DİN-in Kibercinayətkarlıqla Mübarizə Baş İdarəsi yaradılıb

02-06-2023

DTX yeni fəaliyyət istiqaməti müəyyən edib

23-04-2022

Azərbaycan kibertəhlükəsizlik üzrə beynəlxalq reytinqdə 33 pillə irəliləyib

25-01-2023

Ölkəyə DRON gətirilməsi prosesi daha da sərtləşdirilib

08-07-2019

DTX yeni səlahiyyətlər əldə edib

07-07-2022

Azərbaycan kibertəhlükəsizlik üzrə beynəlxalq reytinqdə mövqeyini daha da yaxşılaşdırıb

15-04-2024

DTX kiber sektorda biznes və vətəndaş üçün daha əlçatan olub

05-06-2024

Ekspert: Dövlət qurumlarının informasiya təhlükəsizliyi necə təmin olunur ?

18-04-2022

Ekspert: Kibercinayətkarlıqla Mübarizə Baş İdarəsi kibertalamaların qarşısnı ala biləcəkmi?

21-08-2024

Kibertalamalarla mübarizə məqsədi ilə işçi qrup yaradılıb

19-07-2024

Azərbaycan kibertəhlükəsizlik üzrə beynəlxalq reytinqdə mövqeyini xeyli yaxşılaşdırıb

02-02-2024

"Bravo"da inkassatora silahlı hücum edən cinayətkarlar necə yaxalanıb?

14-03-2023

DİN: Tələbələrin fotolarını yayan şəxs saxlanılıb

27-02-2026

Eskpert: DİN bank kartları ilə bağlı kibercinayət statistikasını nə üçün dayandırıb?

11-09-2025

Ekspert:Nazirlərin internet məlumatları ələ keçirilib

23-04-2022

Kritik informasiyaların təhlükəsizliyi necə təmin ediləcək?-ŞƏRH

20-07-2023

DİN-ə kibercinayətlər üzrə ibtidai istintaq aparmaq səlahiyyəti verildi

14-12-2015

“Instagram”da 30-dan çox şəxsə “Formula-1"ə saxta bilet satan şəxs saxlanılıb

12-09-2024

Osman Gündüz: Milli Kibertəhlükəsizlik Mərkəzi aktiv fəaliyyətə başlayır

10-12-2024

Kiberhücumlara qarşı yeni qurum yaradılıb

23-04-2022

DİN: "Whatsapp"da nazirlik adından yayılan xəbərdarlıq məzmunlu mətnlər feykdir

15-01-2025





sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə