Previous Next
Bağla

DTX kiber sektorda biznes və vətəndaş üçün daha əlçatan olub

05-06-2024 10:47
DTX kiber sektorda  biznes və vətəndaş üçün daha əlçatan olub
Bir müddət bundan öncə Dövlət Təhlükəsizliyi Xidmətinin rəisi Əli Nağıyev kiber sahə ilə əlaqəli tədbirlərin birisində DTX tərkibində Milli Kibertəhlükəsizlik Mərkəzinin qurulacağı haqqında məlumat vermişdi.

Ötən günlərdə təşkil olunan Kibertəhlükəsizlik Forumunda isə artıq həmin Milli Kibertəhlükəsizlik Mərkəzinin təqdimatı təşkil olunmuşdu.
Görünür ki qurum ötən müddətdə bu sahədə xeyli iş görə bilib. Xeyli maraqlı rəqəmsal həllər də təklif edirdilər. Süni intellekt əsaslı, COBRA adlanan bir rəqəmsal həll kritik informasiya subyektləri üçün nəzərdə tutulmuşdu.

DTX rəsmisi ilə söhbətdən belə anladım ki qarşıdakı mərhələdə vətəndaşlar üçün də kiber sahə ilə əlaqəli xidmətlər və informasiya münasibətlərinin qurulması nəzərdə tutulub.

Görəsən DTX-nın bu formada açıq olması, daha çox mülkiləşməsi, biznes və vətəndaş üçün əlçatan olması nə ilə bağlıdır ?

Düşünürəm ki, bu, son illərdə qəbul eidlən hüquqi aktlar və beynəlxalq təcrübə ilə bağlı ola bilər.

Ötən üç ildə kiber sahə ilə əlaqəli hüquqi aktlar əsasında DTX xeyli səlahiyyətlər əldə edib. Bu haqda çox yazılıb.

Biznes sektorunda kritik strukturların kibertəhlükəsizliyi ilə bağlı səlahiyyətlər tam olaraq DTX-dadır. Dövlət qurumlarında isə bu işlərin hətyata keçirilməsini DTX sektorun digər tənzimləyici qurumu ilə, XRİTDX ilə birgə həyata keçirir. Yəni necə deyərlər dövlət qurumlarında da kiber sahə ilə əlaqəli məsələlərdə DTX söz sahibidr.

Dünyada isə yanaşma belədir ki, adətən bu tip məsələlərdə daha çox mülki qurumlar, necə deyərlər "paqonsuzlar" məşğul olur.
Birbaşa generalların mülki sektordakı kiberməsələlərə cavabdehliyi beynəlxalq mühitdə elə də normal qarşılanmır.
Çox güman ki DTX-nın kiber sahədə mülkiləşməsi, biznesə və vətəndaşa tam açıq olması da buradan qaynaqlanır.

Artıq DTX-da kritik sektorla əlaqəli Kibertəhlükəsizlik Əməliyyatları Mərkəzi yaradılıb. Yuxarıda adı çəkilən Milli Kibertəhlükəsizlik Mərkəzi də məhz bu qurumun nəzdindədir.
Ötən müddət ərzində Kritik informasiya infrastruktur obyektlərinin təhlükəsizliyinin təmin edilməsi qaydası və kritik informasiya infrastrukturu obyektlərinin reyestrini və aparılması qaydalarını da hazırlayınblar və NK bu sənədləri təsdiqləyib. Reyestrin sahibi də DTX-dır.

DTX kritik informasiya infrastrukturu obyektlərinin siyahısını hazırlayıb hökumətə təqdim etsə də hələlik siyahı ortadaa yoxdur, təsdiqlənməyib.
Yeri gəlmişkən, uzun müddətdən bəri bu siyahının təsdiqlənməməsi də sektorda müəyyən anlaşılmazlıqların, söz-söhbətlərin yaranmasına səbəb olur.
Əvvəllər hansısa quruma olan kiber hücumu, data oğurluğunu , baş verənləri yalnız qurumun özü bilirdi. İndi isə bunları gizlətmək mümkün olmayacaq.
Yəni hamı gözləyir görək kim kritik siyahıya düşəcək.
Nümunə üçün qeyd edim ki Qazaxıstanda bu tip siyahıya 514 qurum (dövlət və özəl) daxil edilib .

Beləliklə, düşünürəm ki, DTX-nin kibertəhlükəsizliklə bağlı məsələlərdə mülkiləşməsi, biznesə və vətəndaşlara yönəlik xidmətlər təqdim etməsi, qısa müddətlə müvafiq strukturlar formalaşdırması anlaşılandır və təqdirə layiqdir.
Ümid edirəm həm də yetərincə “incə” olan bu tip məsələlərdə hesabatlılıq və şəffaflıq da yerində olacaq.

Yeri gəlmişkən, xatırladıram ki, sektorda XRİTDX-nin Kompüter İnsidentlərinə qarşı Mübarizə Mərkəzi, Müdafiə Nazirliyinin Kiber Təhlükəsizlik Əməliyyatları Mərkəzi, RİNN-nin İsrailin “Technion” İnstitutu ilə birgə Azərbaycan Kibertəhlükəsizlik Mərkəzi , Mərkəzi Bankın FinCert , ETN-nin AzScienceCERT qurumları da aktiv fəaliyyət göstərirlər.

Osman Gündüz
ŞƏRHLƏR
OXŞAR XƏBƏRLƏR

DTX yeni səlahiyyətlər əldə edib

07-07-2022

Kritik informasiyaların təhlükəsizliyi necə təmin ediləcək?-ŞƏRH

20-07-2023

DTX yeni fəaliyyət istiqaməti müəyyən edib

23-04-2022

Osman Gündüz: Milli Kibertəhlükəsizlik Mərkəzi aktiv fəaliyyətə başlayır

10-12-2024

Azərbaycan kibertəhlükəsizlik üzrə beynəlxalq reytinqdə 33 pillə irəliləyib

25-01-2023

Kritik informasiya infrastrukturunun təhlükəsizliyi ilə bağlı komissiya yaradılıb

21-07-2025

Azərbaycanda "Kritik informasiya infrastrukturu obyektlərinin siyahısı" təsdiq ediləcək

26-10-2023

DİN-in Kibercinayətkarlıqla Mübarizə Baş İdarəsi nələri dəyişəcək?-RƏY

04-06-2023

Kiberhücumlara qarşı yeni qurum yaradılıb

23-04-2022

Azərbaycan kibertəhlükəsizlik üzrə beynəlxalq reytinqdə mövqeyini daha da yaxşılaşdırıb

15-04-2024

Dövlət Təhlükəsizliyi Xidmətinin saytı istifadəyə verilib

08-04-2016

Azərbaycanda kibertəhlükəsizlik indeksinin tərtib olunması təklif edilir

26-04-2023

Bakıda keçirilən “kiber müharibə” yarışının qalibi müəyyənləşib

27-10-2023

Osman Gündüz: Ölkədə hələ də hansı qurumun kritik olması məlum deyil

22-08-2024

Ekspert: Dövlət qurumlarının informasiya təhlükəsizliyi necə təmin olunur ?

18-04-2022

"İnformasiya Təhlükəsizliyində "Paqonlu" idarəetmə dövrü başa çatdı"

13-05-2025

Kritik infrastrukturlara olan qlobal kibertəhdid aktorlarının hücumlarının qarşısı vaxtında alınıb

09-10-2025

Hansı sektor daha güclü müdafiə olunur :dövlət, yoxsa özəl ?

30-10-2023

Kritik informasiya infrastrukturunun təhlükəsizliyi üzrə Komissiyanın iclası keçirilib

16-01-2026

Ekspert:Kritik qurumların kibertəhlükəsizliyi necə təmin olunacaq?

07-05-2022

"Azərbaycanda kritik informasiya infrastrukturu obyektlərinin siyahısı dərc olunacaq"

31-05-2023

Qurumlarda kibertəhlükəsizlik departamentləri yaradılır

31-01-2024

DTX-nin əməkdaşları texnologiya və kibertəhlükəsizlik sərgisində iştirak ediblər

09-03-2024

Kritik informasiya infrastrukturunun təhlükəsizliyi ilə bağlı ilkin qiymətləndirmə aparılıb

26-09-2025





sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə