Previous Next
Bağla

Ekspert: Texnologiyanın köməyi ilə qurulan yeni “biznes model”i ifşa olunub

28-07-2025 16:30
Ekspert: Texnologiyanın köməyi ilə qurulan yeni “biznes model”i ifşa olunub
"Bir zamanlar imtahanlarda hansısa texniki vasitələrdən istifadə edənlər barmaqla sayılardı. DİM-in detektorları onları asanlıqla aşkar edirdi. Amma indi vəziyyət dəyişib. Görünür ki, bəzi texnoloji işbazlar bu işi sistemli şəkildə biznes xidmətinə çeviriblər".
 
Xeberler.az bildirir ki, bu sözləri Azərbaycan İnternet Formunun Prezidenti, ekspert Osman Gündüz deyib.
 
Ekspertin sözlərinə görə, tələb var, təklif də hazırlanır: "Kim imtahanda uğur qazanmaq istəyirsə, “gizli texnologiya paketi” hazırdır – mikroqulaqcıq, mikrokamera, mini telefon, naqil, Mi-Fi routeri və daha nələr...
 
Əldə etdiyim məlumata görə, məhz belə xidməti təklif edən bir şəbəkənin üzvləri artıq məhkəmə qərarı ilə saxlanılıb, cinayət işi açılıb və istintaq aparılır. Abituriyentlərdən nəticələri ləğv olunanlar var.
 
Əməliyyat DİM-in müşahidələri və rəsmi müraciəti əsasında DTX tərəfindən həyata keçirilib".
 
Ekspert bildirib ki, qeyd olunan orqanlar bu tip halların artmasını müşahidə ediblər və bunun mərkəzləşmiş formada ola biləcəyindən şübhələniblər:
 
"Yəni ola bilər ki, texniki avadanlıqlarla imtahana gələnlərin müəyyən təbəqəyə, müəyyən qrupa və ya regiona bağlı olması şübhə doğurub, yaxud elə imtahan prosesində özünü şübhəli aparanların çox olması müşahidə kameraları və süni intellektlə müəyyən edilib.
 
Əlbəttə, gizli avadanlıqlardan istifadə edənlər məcburdur ki, tez-tez qulağa toxunsunlar, paltarda nəsə qurdalasınlar, hansısa süni hərəkətlər etsinlər, mikroqulaqcıqlardan gələn səslər ətrafda əks-səda yaratsın və s.
 
Burada ən diqqətçəkən məqam isə budur: Artıq bu tip fırıldaq imtahan verənin özünün şəxsi təşəbbüsü ilə deyil, xidmət olaraq, biznes olaraq təklif edilən “texnoloji dəstək paketi” kimi təqdim olunur. Yəni bu bir fərdi fırıldaq yox, kütləviləşən, pullu və təşkilatlanmış texnoloji cinayət modelidir.
 
Əlbəttə, burada DTX tərəfindən bu şəbəkənin ifşası və məsuliyyətə cəlb edilmələri təqdirəlayiq bir addımdır".
 
Osman Gündüzün sözlərinə görə, bu hadisə bir daha göstərdi ki, məsələ sadəcə bir neçə abituriyentin fırıldağa əl atmasında deyil – texniki – texnoloji savadlı şəxslərin - təşkilatçıların öz biliklərini cinayətə yönəltməsindədir:
 
"Bir neçə gün öncə də kiber sahədə cinayət törətmiş bacarıqlı bir gəncin məhkəmə prosesi cəmiyyətin gündəmində idi.
 
Və mən yenə o fikirdəyəm: Dövlət, cəmiyyət və xüsusilə təhsil və innovasiya qurumları səfərbər olmalıdır ki, bu tip texnoloji potensiallı insanlar fırıldağa və cinayətə yox, ölkənin inkişafına xidmət edən layihələrə üz tutsunlar və cəlb olunsunlar".
ŞƏRHLƏR
OXŞAR XƏBƏRLƏR
DTX-in “darknet” əməliyyatı nəyi göstərdi? - Ekspert

DTX-in “darknet” əməliyyatı nəyi göstərdi? - Ekspert

14-07-2025
Ekspert:Bir Nazirlik nə qədər kütləvi imtahan təşkil edə bilər?

Ekspert:Bir Nazirlik nə qədər kütləvi imtahan təşkil edə bilər?

30-08-2022
Ekspert:İT yönümlü ixtisas seçənlər kimya əvəzinə informatikadan qəbul imtahanı verəcəklər

Ekspert:İT yönümlü ixtisas seçənlər kimya əvəzinə informatikadan qəbul imtahanı verəcəklər

07-06-2022
Ekspert: DİM nə üçün imtahan nəticələrini gec açıqlayır?

Ekspert: DİM nə üçün imtahan nəticələrini gec açıqlayır?

13-04-2022
596 bal topladığı iddia olunan abituriyent haqlıdırmı?

596 bal topladığı iddia olunan abituriyent haqlıdırmı?

17-08-2018
Ekspert: Riyaziyyat sualında növbəti texniki səhv – məsuliyyət, yoxsa sistem problemi?

Ekspert: Riyaziyyat sualında növbəti texniki səhv – məsuliyyət, yoxsa sistem problemi?

02-06-2025
Ekspert: DİM dövlət resursları hesabına formalaşan test bankını kommersiya qurumlarına satır

Ekspert: DİM dövlət resursları hesabına formalaşan test bankını kommersiya qurumlarına satır

24-02-2022
İmtahan suallarının yayılmasında qanun pozuntusu yoxdur

İmtahan suallarının yayılmasında qanun pozuntusu yoxdur

13-04-2019
Ekspert: Təhsil Nazirliyi qarşısında aksiya keçirən tələbələr haqlıdırmı?

Ekspert: Təhsil Nazirliyi qarşısında aksiya keçirən tələbələr haqlıdırmı?

02-06-2020
DTX-da MİDA-ya kiberhücumla bağlı cinayət işi açılıb

DTX-da MİDA-ya kiberhücumla bağlı cinayət işi açılıb

26-12-2025
Ekspert Müəllimlərin İşə Qəbulu ilə bağlı imtahan prosesini müşahidə edib

Ekspert Müəllimlərin İşə Qəbulu ilə bağlı imtahan prosesini müşahidə edib

15-07-2019
"Cop29 nümayəndələrinə birdəfəlik cihazların verilməsi yalnız Azərbaycanla bağlı  deyil"

"Cop29 nümayəndələrinə birdəfəlik cihazların verilməsi yalnız Azərbaycanla bağlı deyil"

06-11-2024
Ekspert: Hökumət Təhsil Nazirliyini pandemiya ilə təkbətək buraxmamalıydı

Ekspert: Hökumət Təhsil Nazirliyini pandemiya ilə təkbətək buraxmamalıydı

09-03-2021
Ekspert: Kiberdələduzlar cinayəti bilərəkdən həftəsonuna salırlar

Ekspert: Kiberdələduzlar cinayəti bilərəkdən həftəsonuna salırlar

18-01-2025
Ekspert:“Teknofest” dərsləri : bizim İT biznes nə üçün qatılmayıb?

Ekspert:“Teknofest” dərsləri : bizim İT biznes nə üçün qatılmayıb?

02-06-2022
“SİM kartlara qoyulacaq qadağa problemlər yaradacaq”

“SİM kartlara qoyulacaq qadağa problemlər yaradacaq”

11-05-2017
DİN-in Kibercinayətkarlıqla Mübarizə Baş İdarəsi nələri dəyişəcək?-RƏY

DİN-in Kibercinayətkarlıqla Mübarizə Baş İdarəsi nələri dəyişəcək?-RƏY

04-06-2023
MİDA-nın onlayn satışının nəticələri ləğv edilə bilərmi? - Osman Gündüz

MİDA-nın onlayn satışının nəticələri ləğv edilə bilərmi? - Osman Gündüz

29-12-2025
Osman Gündüz: Azərbaycanda ilk -kriptovalyuta müsadirə olundu

Osman Gündüz: Azərbaycanda ilk -kriptovalyuta müsadirə olundu

27-08-2025
Dövlət provayderi uşaqların qorunması xidmətini pullu edib

Dövlət provayderi uşaqların qorunması xidmətini pullu edib

01-06-2018
Azərbaycan peyklərinin istehsalı ilə bağlı İsrailə xarici təsirlər varmı?

Azərbaycan peyklərinin istehsalı ilə bağlı İsrailə xarici təsirlər varmı?

29-04-2025
Ekspert : İflas olan İT layihələrin sorğu-sualı olmalı deyilmi ?

Ekspert : İflas olan İT layihələrin sorğu-sualı olmalı deyilmi ?

04-04-2019
DTX beynəlxalq kibercinayətkarları saxlayıb

DTX beynəlxalq kibercinayətkarları saxlayıb

25-07-2017
Ekspert: Nə üçün Starlink Azərbaycanda fəaliyyətə başlaya bilmir?

Ekspert: Nə üçün Starlink Azərbaycanda fəaliyyətə başlaya bilmir?

17-12-2024





sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə