Previous Next
Bağla

Osman Gündüz: Adi vətəndaş hərracda qalib gələ bilərmi?

23-01-2025 12:14
Osman Gündüz: Adi vətəndaş hərracda qalib gələ bilərmi?
Ədliyyə Nazirliyi ötən ilin sonu Elektron Hərrac Portalını (herrac.gov.az) istifadəyə verib.
 
Bu rəqəmsal platformada məhkəmə qərarları ilə müsadirə olunan daşınar və daşınmaz əmlaklar (avtomobil, mənzil, qeyri-yaşayıs sahəsi, fərdi evlər və s.) satışa çıxarılır.
 
Xeberler.az bildirir ki, buna Azərbaycan İnternet Formunun Prezidenti, ekspert Osman Gündüz münasibət bildirib.
 
Ekspert bildirib ki, əvvəllər məhkəmə qərarı ilə borclu hesab olunanların əmlakları hansısa bir qapalı məkanlarda, xüsusi hərrac təşkilatları tərəfindən satışa çıxarılırdı:
 
"İcra məmurları bu cür ixtisaslaşmış hərrac təşkilatlarına sifariş verirdi ki satılacaq filan əmlak var, təcili hərrac təşkil edin.
 
Təbii ki, onlar da maraqlı olurdular ki, ancaq qabaqcadan müəyyənləşdirdikləri şəxslər bu hərracda iştirak etsin. Yəni sui-istifadə üçün münbit şərait vardı.
 
Belə demək mümkünsə, adi bir vətəndaşın bu hərracdan xəbər tutması, iştirak etməsi və hansısa bir qızıl məmulatı, evi, yaxud maşını udması ağlabatan görsənmirdi.
 
Hətta elə hallar olub ki, bu cür qapalı hərraclarda uduş əldə edən vətəndaşlar müxtəlif bəhanələrlə əmlakı əldə edə bilməyiblər".
 
Osman Gündüzün sözlərinə görə, Ədliyyə Nazirliyi ötən ilin sonu hərraclarla bağlı mühiti tam rəqəmsallaşdırıb, rəqəmsal bir hərrac platforması (herrac.gov.az ) yaradıb:
 
"Hamı üçün bərabər əsaslarla və şəffaf formada hərraclarda iştirak imkanı yaradıb. Artıq məhkəmənin və digər orqanların qərarı ilə müsadirə olunan bütün əmlaklar yalnız bu hərrac vasitəsilə, rəqəmsal formada satışa çıxarıla bilər.
 
Auksion formasında satış həyata keçirilıir. Hərrac haqqında öncədən ətraflı məlumat verilir və istənilən şəxs, istənilən mərhələdə qoşula bilər.
 
Vətəndaşlar və hüquqi şəxslər portalda qeydiyyatdan keçməklə şəxsi kabinet formalaşdırırlar. Qaydalar portalda yerləşdirilib. Hərrac sisteminin iş prinsipi və qaydaları çox sadədir. Adi rəqəmsal savada malik olan istənilən şəxs bu prosesdə iştirak edə bilər.
 
Əlbəttə, bu istiqamətdə maarifləndirməni, rəqəmsal savadlılığı artırmaq da faydalaı olardı".
 
Hərracda adi vətəndaş uduş əldə edə bilərmi?
 
Ekspert suala cavab olaraq bildirib ki, şəffaf və ədalətli formada keçirilən herrac.gov.az –da iştirak etməklə və düzgün yanaşma sərgiləməklə böyük fayda götürmək olar:
 
"Hərrac iştirakçıları bazar qiymətindən xeyli aşağı nəsə əldə etməklə həm daha uyğun şərtlərlə şəxsi ehtiyaclarını qarşılaya bilər, yaxud da udduğu əmlakı sonradan satışa çıxarmaqla xeyli gəlirlər əldə edə bilər.
 
Ədliyyə Nazirliyinin rəqəmsal hərrac platforması şəffaflığı, səmərəliliyi və rahatlığı artırmaq baxımından çox faydalı təşəbbüsdür və təqdirəlayiq bir addımdır".
ŞƏRHLƏR
OXŞAR XƏBƏRLƏR
Elektron Hərrac Portalı vətəndaşlara nə qazandırır? - Osman Gündüz

Elektron Hərrac Portalı vətəndaşlara nə qazandırır? - Osman Gündüz

23-06-2025
“Elektron Hərrac Portalı” ilə 140 əmlak realizə edilib

“Elektron Hərrac Portalı” ilə 140 əmlak realizə edilib

13-06-2025
Elektron hərrac portalı istifadəyə verilib

Elektron hərrac portalı istifadəyə verilib

03-12-2024
“SİMA İmza” herrac.gov.az portalına inteqrasiya edilib

“SİMA İmza” herrac.gov.az portalına inteqrasiya edilib

04-02-2025
“Elektron Hərrac Portalı” vasitəsilə 600-ə yaxın hərrac keçirilib

“Elektron Hərrac Portalı” vasitəsilə 600-ə yaxın hərrac keçirilib

22-11-2025
Onlayn hərrac keçiriləcək

Onlayn hərrac keçiriləcək

25-06-2018
Növbəti hərrac keçirildi: hansı əmlaklar rəqabət yaratdı?

Növbəti hərrac keçirildi: hansı əmlaklar rəqabət yaratdı?

22-01-2019
10 dövlət əmlakına 49 sifariş verildi

10 dövlət əmlakına 49 sifariş verildi

13-11-2018
Rəqabətli hərrac: 6 dövlət əmlakına 12 sifariş verildi

Rəqabətli hərrac: 6 dövlət əmlakına 12 sifariş verildi

09-04-2019
“Elektron hərrac bu sahəyə marağı daha da artırıb”

“Elektron hərrac bu sahəyə marağı daha da artırıb”

25-12-2017
İlk elektron hərrac keçirilib

İlk elektron hərrac keçirilib

05-07-2017
2 aprel hərracında hansı dövlət əmlakları özəlləşdirildi?

2 aprel hərracında hansı dövlət əmlakları özəlləşdirildi?

02-04-2019
Rəqabət dövlət əmlaklarının ilkin hərrac qiymətini 3 dəfə artırdı

Rəqabət dövlət əmlaklarının ilkin hərrac qiymətini 3 dəfə artırdı

27-03-2019
23 aprel hərracında özəlləşdirilən dövlət əmlakları

23 aprel hərracında özəlləşdirilən dövlət əmlakları

24-04-2019
Növbəti elektron hərrac keçiriləcək

Növbəti elektron hərrac keçiriləcək

16-10-2017
Mayın ilk hərracı: özəlləşməyə 85 dövlət əmlakı çıxarıldı

Mayın ilk hərracı: özəlləşməyə 85 dövlət əmlakı çıxarıldı

09-04-2019
Əmlak Məsələləri Dövlət Komitəsi tərəfindən növbəti hərrac keçirildi

Əmlak Məsələləri Dövlət Komitəsi tərəfindən növbəti hərrac keçirildi

11-12-2018
Komitədə rəqabətli hərrac: 7 dövlət əmlakına 16 sifariş

Komitədə rəqabətli hərrac: 7 dövlət əmlakına 16 sifariş

12-03-2019
Mənzili tərk etmədən əmlak sahibi olmaq imkanı

Mənzili tərk etmədən əmlak sahibi olmaq imkanı

02-10-2017
10 dövlət əmlakına 17 sifariş verildi

10 dövlət əmlakına 17 sifariş verildi

04-09-2018
26 dövlət əmlakına 5-i elektron olmaqla 40 sifariş verildi

26 dövlət əmlakına 5-i elektron olmaqla 40 sifariş verildi

19-06-2019
Azərbaycanda borclunun əmlakının elektron hərracda satılması qaydası təsdiqlənib

Azərbaycanda borclunun əmlakının elektron hərracda satılması qaydası təsdiqlənib

25-10-2024
Rəqabətli hərracda 17 dövlət əmlakı özəlləşdirildi

Rəqabətli hərracda 17 dövlət əmlakı özəlləşdirildi

29-01-2019
Azərbaycanda hərraclar artıq elektron şəkildə həyata keçiriləcək

Azərbaycanda hərraclar artıq elektron şəkildə həyata keçiriləcək

21-05-2020





sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə