Previous Next
Bağla

Qazaxıstanda kriptokart dövrü başlayır - Osman Gündüz

10-06-2025 11:57
Qazaxıstanda kriptokart dövrü başlayır - Osman Gündüz
"Qazaxıstan Mərkəzi Bankı rəqəmsal maliyyə sahəsində önəmli yenilik edib — kriptokart layihəsinə start verilib. Artıq vətəndaşlar kriptovalyutalarını real vaxtda real pula çevirərək mağazalarda, restoranlarda, kafe və digər pərakəndə ticarət məkanlarında adi bank kartı kimi istifadə edə biləcəklər".
 
Xeberler.az bildirir ki, bunu Azərbaycan İnternet Formunun Prezidenti, ekspert Osman Gündüz deyib.
 
Ekspertin sözlərinə görə, layihəyə ilkin mərhələdə bir neçə bank qoşulub. Kartlar Qazaxıstanda rəsmi lisenziya almış kriptobirjalarla birbaşa inteqrasiya olunub".
 
Tranzaksiya necə işləyir?
 
-İstifadəçi lisenziyalaşdırılmış platformalarda (BitGet, Binance, ByBit, Coinbase və s.) kriptovalyuta saxlayır;
-Ödəniş anında bu aktiv dərhal bazarda satılır;
-Ekvivalent məbləğ karta yüklənir və ödəniş milli valyuta ilə baş tutur;
-Proses tam avtomatik və real vaxtda baş verir
 
Osman Gündüz bildirib ki, bu layihə hazırda pilot rejimdə həyata keçirilir – yəni məhdud istifadəçi qrupu və seçilmiş banklarla test edilir:
 
"Mərkəzi Bankın məlumatında konkret şəhər göstərilməsə də, kriptovalyutanın daha geniş tətbiqi üçün Prezidentin təşəbbüsü ilə ayrıca bir “kriptopilot şəhər” – CryptoCity layihəsi də hazırlanır. Onun Alatau şəhərində qurulması planlaşdırılır. Burada kripto ilə əmlak alışı, restoran ödənişləri və digər xidmətlər geniş şəkildə sınaqdan keçiriləcək".
 
Ekspert qeyd edib ki, Kriptovalyutanın ilk dəfə gündəlik həyatın bir hissəsinə çevrilməsi əhəmiyyətli hadisədir. Bununla da rəqəmsal aktivlər real iqtisadi dövriyyəyə daxil olur. Bank sektoru ilə blokçeyn texnologiyası arasında birbaşa əlaqə qurulmuş olur:
 
"Yəni ənənəvi ödənişlə kripto ödəniş arasında bağlantı yaranır və bununla da rəqəmsal aktivlər geniş kütlə üçün əlçatan olur.
 
Qazaxıstanda 2020-ci ildən "Rəqəmsal aktivlər haqqında" qanun qəbul edilib. Bu qanun kriptovalyutaların hüquqi statusunu, onların mübadiləsini, saxlanmasını və mayninq fəaliyyətini tənzimləyir.
 
Bir neçə il öncədən bu ölkədə kriptovalyutaların alqı-satqısına icazə verilib.
 
Özbəkistan da paralel olaraq bu istiqamətdə irəliləyir – 2018-ci ildən etibarən qəbul etdiyi normativ aktlarla kriptovalyutaların dövriyyəsi, blokçeyn texnologiyası və mayninq fəaliyyəti üçün hüquqi baza - əlverişli mühit formalaşdırıb. BitGet qısa zamanda bu ölkədə ən populyar kripto platformaya çevrilib".
 
Osman Gündüzün sözlərinə görə, Azərbaycan Mərkəzi Bankı da cari ildə pilot qaydada (Sandbox rejimində) kripto layihələrə start verib. İşçi qrup formalaşdırılıb. Eyni anda dörd layihə fəaliyyətə başlayıb. Rəqəmsal manatla bağlı müzakirələr aparılır:
 
"Lakin hələlik hüquqi bazanın yaradılması, kriptovalyutaların bank və ödəniş sektoruna real inteqrasiyası üzrə konkret addımlar müşahidə olunmur. Düşünürəm ki, ölkəmizdə bu sektorun inkişafı innovasiyaların təşviqi, regionda rəqəmsal biznesdə rəqabətə davamlılıq, yeni iş yerlərinin açılması və ixtisaslı mütəxəssislərin yetişdirilməsi baxımından böyük əhəmiyyət daşıyır.
 
Hökumətin bu istiqamətdə səylərini gücləndirilməsi vacibdir".
ŞƏRHLƏR
OXŞAR XƏBƏRLƏR

Qazaxıstanda "CryptoCity" pilot zonası yaradacaq

29-05-2025

Azərbaycanda kriptovalyuta ilə bağlı qanun layihəsi hazırlanır

25-01-2018

Dünyanın aparıcı Bitget kripto platforması Azərbaycan bazarına daxil olub

06-03-2025

Mərkəzi Bank Azərbaycanın ilk qanuni kriptovalyutasını nə üçün ləğv edib?

04-08-2025

Özbəkistan blockchain və kriptovalyutaları leqallaşdırdı

11-07-2018

Azərbaycanda kriptovalyuta üzrə təlimlər keçiriləcək

24-06-2021

“Bitget” Bakıda ilk mətbuat konfransını keçirib

10-03-2025

Azərbaycanda yeni kriptovalyuta istifadəyə verilib

11-01-2025

Bu gün Google Pay Azərbaycanda rəsmi olaraq istifadəyə verilib

23-08-2022

Azərbaycanın kriptovalyuta indeksi açıqlanıb

29-10-2025

Qırğızıstan dövlət kriptovalyutasını təqdim edib

27-10-2025

Mərkəzi Bank Ani Ödənişlər Sistemini pilot rejimində təqdim edib

12-08-2020

Gates xəbərdarlıq etdi: “Bitcoin ölümlərə səbəb olur”

28-02-2018

Universitetdən kriptovalyuta ilə bağlı xüsusi jurnal

10-01-2018

Sabah kriptovalyuta üzrə konfrans keçiriləcək

14-03-2018

Nağdsız hesablaşmalara aid qanun layihəsi müzakirə edilib

20-09-2013

Telegram ABŞ-də kripto pulqabısını istifadəyə verib

24-07-2025

Rəqəmsal fırıldaqçılığa qarşı mərkəzləşdirilmiş sistem yaradılacaq

20-11-2025

Ekspert: Çoxları maraqlanır ki, Google Pay istifadəçiyə hansı üstünlüyü qazandıracaq ?

23-08-2022

Nyu-Yorkda kriptoaktivlər və blokçeyn üzrə idarə yaradılıb

15-10-2025

Kripto StartUp dünyasının yeni ulduzu

16-06-2021

Azərbaycanda kriptovalyuta əməliyyatlarının vergiyə cəlb edilməsi mexanizmi

22-06-2021

Azərbaycan rəqəmsal iqtisadiyyat üzrə Qafqazda liderlərə çevrilmək potensialına malikdir

26-12-2024

Türkmənistanda kriptovalyuta və mayninq fəaliyyəti rəsmiləşdirilib

28-11-2025





sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə