Previous Next
Bağla

Elektron Hərrac Portalı vətəndaşlara nə qazandırır? - Osman Gündüz

23-06-2025 14:11
Elektron Hərrac Portalı vətəndaşlara nə qazandırır? - Osman Gündüz
Ədliyyə Nazirliyi son 6 ayda “Elektron Hərrac Portalı” (www.herrac.gov.az) vasitəsilə əldə olunan nəticələri açıqlayıb.
 
Hərrac prosesi rəqəmsallaşandan sonrakı yarım ildə ümumi dəyəri 100 milyon manata yaxın olan 140 əmlak satılıb. 308 vətəndaş və şirkət artıq bu imkanlardan yararlanıb".
 
Xeberler.az bildirir ki, buna Azərbaycan İnternet Formunun Prezidenti, ekspert Osman Gündüz münasibət bildirib.
 
Ekspert bildirib ki, bütün bunlar təkcə məhkəmə qərarlarının icrasını sürətləndirməyib, eyni zamanda vətəndaşlar üçün də yeni imkanlar yaradıb:
 
"Hər bir şəxs bu prosesdə iştirak edə bilir. Bunun üçün sadəcə qeydiyyatdan keçib şəxsi kabinet yaratmaq, 15 manat rüsum ödəmək və hərraca çıxarılan əmlakın kiçik faizi həcmində beh ödəmək lazım gəlir. Hər hansı xüsusi rəqəmsal bacarıqlara ehtiyac yoxdur. Hərrac açıq auksion formasında elektron qaydada keçirilir. Beh sonradan geri qaytarılır".
 
Osman Gündüzün sözlərinə görə, əvvəllər bu proses yetərincə qapalı, separat sövdələşmələr və öncədən müəyyən olunanların qalib gəlməsilə başa çatırdı:
 
"Məhkəmə qərarları ilə müsadirə olunan daşınar və daşınmaz əmlakların (avtomobil, mənzil, qeyri-yaşayıs sahəsi, fərdi evlər və s.) necə satılmasından, kimə satılmasından heç kimin xəbəri olmurdu.
 
Heç bir hesabatlılıq və şəffaflılıqdan söhbət gedə bilməzdi. Adi bir vətəndaşın bu prosesdə iştirakı və uğur qazanması ehtimalı sıfra bərabər idi.
 
İndi məlum olur ki, o zaman deyilənlər doğruymuş, həqiqətən də hərracda milyonlar dövr edirmiş. Elə idi də hərrac elanlarına göz gəzdirəndə milyonluq, yüz minlərlə dəyəri olan əmlakların və avtomobillərin daha sərfəli qiymətə hərraca çıxarıldığını görmək olar.
 
Düşünürəm ki, bu prosesi diqqətlə izləməklə və iştirak etməklə xeyli uğur əldə etmək mümkündür.
 
Ədliyyə Nazirliyi yetərincə mükəmməl, hər kəs üçün əlçatan olan və şəffaf bir satış sistemini qura bilib.
 
Qaydalara görə hərracın keçirilməsini sifariş edən icra məmuru, onun təmsil etdiyi qurumun, hərrac təşkilatçısının və Portalın sahibinin, onun operatorunun əməkdaşları, habelə əmlakın qiymətləndirilməsini həyata keçirən şəxs və bütün qeyd olunan şəxslərin qohumları hərracda iştirak edə bilməz.
 
Düşünürəm ki, vətəndaşlar üçün də çox maraqlı və faydalı bir prosesdir. Hərrac iştirakçıları bazar qiymətindən xeyli aşağı əmlak və maşın əldə etməklə həm daha uyğun şərtlərlə şəxsi ehtiyaclarını qarşılaya bilər, yaxud da qazandıqlarını sonradan satışa çıxarmaqla xeyli gəlirlər əldə edə bilər".
ŞƏRHLƏR
OXŞAR XƏBƏRLƏR

Osman Gündüz: Adi vətəndaş hərracda qalib gələ bilərmi?

23-01-2025

“Elektron Hərrac Portalı” ilə 140 əmlak realizə edilib

13-06-2025

“Elektron Hərrac Portalı” vasitəsilə 600-ə yaxın hərrac keçirilib

22-11-2025

Elektron hərrac portalı istifadəyə verilib

03-12-2024

İlk elektron hərrac keçirilib

05-07-2017

10 dövlət əmlakına 49 sifariş verildi

13-11-2018

“SİMA İmza” herrac.gov.az portalına inteqrasiya edilib

04-02-2025

Onlayn hərrac keçiriləcək

25-06-2018

Növbəti elektron hərrac keçiriləcək

16-10-2017

23 aprel hərracında özəlləşdirilən dövlət əmlakları

24-04-2019

Azərbaycanda borclunun əmlakının elektron hərracda satılması qaydası təsdiqlənib

25-10-2024

Mənzili tərk etmədən əmlak sahibi olmaq imkanı

02-10-2017

Növbəti hərrac keçirildi: hansı əmlaklar rəqabət yaratdı?

22-01-2019

Rəqabətli hərrac: 6 dövlət əmlakına 12 sifariş verildi

09-04-2019

Mayın ilk hərracı: özəlləşməyə 85 dövlət əmlakı çıxarıldı

09-04-2019

10 dövlət əmlakına 17 sifariş verildi

04-09-2018

“Elektron hərrac bu sahəyə marağı daha da artırıb”

25-12-2017

2 aprel hərracında hansı dövlət əmlakları özəlləşdirildi?

02-04-2019

Azərbaycanda hərraclar artıq elektron şəkildə həyata keçiriləcək

21-05-2020

Elektron hərracda necə iştirak etmək olar?

11-05-2017

Komitədə rəqabətli hərrac: 7 dövlət əmlakına 16 sifariş

12-03-2019

Rəqabət dövlət əmlaklarının ilkin hərrac qiymətini 3 dəfə artırdı

27-03-2019

60 saniyədə əmlak sahibi olun

16-01-2018

Yeni məkanda keçirilən ilk hərracda 5 elektron sifariş verilib

13-02-2019





sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə