Previous Next
Bağla

Kaspersky Lab və İnterpol birgə əməkdaşlığa davam edir

11-07-2019 10:56
Kaspersky Lab və İnterpol birgə əməkdaşlığa davam edir

Xeberler.az bildirir ki, "Kaspersky Lab" şirkətinin baş direktoru Yevgeniy Kasperski və İnterpolun  hüquq mühafizə orqanları ilə iş üzrə icraçı direktoru Tim Morris beş illik əməkdaşlıq müqaviləsi imzalayıblar. Müqaviləyə əsasən, "Kaspersky Lab" mütəxəssisləri İnterpola kibercinayətlərin araşdırılmasında yardım edəcək, zabitlər üçün təlimlər keçirəcək, şirkət tərəfindən aşkar edilmiş ən son kibertəhlükələr və onları araşdırmaq yolları barədə məlumatları təqdim edəcəklər. İmzalanma mərasimi İndoneziyada keçirilən “Interpol World 2019” konfransı çərçivəsində baş tutub. Bu, tərəflər arasında imzalanmış ikinci müqavilədir. Qeyd edək ki, ilk belə müqavilə 2014-cü ildə imzalanıb.

"Mürəkkəb təhdidlərin sayı artıqca beynəlxalq əməkdaşlıq və təcrübə mübadiləsinin əhəmiyyəti də artır. Biz  İnterpol ilə əməkdaşlığımızı davam etdirəcəyimizi sevinclə elan edir və bu təşkilata kibercinayətkarlıqla mübarizə üçün lazım olan məlumatları və texnologiyaları istifadə etmək imkanı yaradırıq.” deyə “Kaspersky Lab” şirkətinin baş direktoru Yevgeniy Kasperski bildirib.

Kibercinayətkarlıq sərhəd tanımır, buna görə "Kaspersky Lab" müntəzəm olaraq beynəlxalq İT təhlükəsizlik ictimaiyyətinin mütəxəssisləri, İnterpol kimi beynəlxalq təşkilatlar, hüquq mühafizə orqanları və kompüter hadisələrinə reaksiya mərkəzləri kimi beynəlxalq təşkilatlarla birgə əməliyyat və araşdırmalarda iştirak edir. Qorunma həlləri istehsalçıları arasında “Kaspersky Lab” ilk olaraq hüquq mühafizə orqanlarına pulsuz xidmət göstərdiyini elan edib, məqsəd – şirkətin hesabatlarının necə hazırlanması, eləcə də, onların kibercinayətkarlıq və ciddi kibertəlükələrlə mübarizə sahəsində necə yardım edə biləcəyi barədə məlumatlandırmanı artırmaqdan ibarətdir.

 

ŞƏRHLƏR
OXŞAR XƏBƏRLƏR

Kaspersky Lab Azərbaycanla bağlı təqdimat keçirəcək

15-10-2019

İlham Əliyev Kaspersky Lab şirkətinin icraçı direktoru ilə görüşüb

13-02-2016

Kaspersky Lab Bakıda tədbir keçirəcək

28-02-2017

Kasperski Lab top 100-lüyə daxil olub

29-09-2009

Kaspersky Lab Azərbaycan hüquq-mühafizə orqanlarına yardım edə bilər

12-07-2016

Kaspersky Lab sənədli film çəkənlərin ekspedisiyasını dəstəkləyir

18-07-2019

“Azərbaycanda bizimlə əməkdaşlıq edənlərin sayı artır”

04-03-2017

Rusiya İT şirkəti ABŞ-ı məhkəməyə verdi

19-12-2017

Kaspersky Lab-ın baş direktoru Bakıda olub

06-07-2017

Kaspersky Lab şirkəti Kaspersky Security xəttini tamamlayıb

01-08-2019

Kaspersky Lab Azərbaycanda 2018-ci ilin əsas kibertəhdidlərini müəyyənləşdirib

24-01-2019

Kaspersky Amerika məhkəməsinə şikayət edəcək-Rəsmi

21-12-2017

Daha bir ölkə Kaspersky məhsullarını qadağan etdi

22-12-2017

İT şirkətlər azərbaycanlı istifadəçiləri kiberhücumlardan qoruyacaq

02-08-2017

Kaspersky Lab məhsullarında boşluq tapan 50 min dollar qazanacaq

03-08-2016

Kaspersky Lab Madriddə Şəffaflıq Mərkəzi açır

04-04-2019

Kaspersky Lab startap layihələrinə 1 milyon dollar yatırım edəcək

12-05-2016

Kaspersky Lab Siemens avadanlığında boşluq tapıb

01-07-2016

Avropa Şurası məşhur İT şirkətlərlə saziş imzaladı

14-11-2017

Kaspersky-dən virus xəbərdarlığı

04-09-2009

Bir milyon istifadəçi kompüteri təmizləyərkən kibertəhlükələrlə üzləşib

04-07-2019

Kaspersky və İnterpol kiberqarətin qarşısını alıb

16-02-2022

Kiber fırıldaqçıların qurbanları 8 milyon xərcdən xilas edilib

09-08-2017

Kaspersky Lab şirkətlərə kibertəhlükəsizliklə bağlı yardım edəcək

19-05-2016





sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə