Previous Next
Bağla

Ekspert: Kibercinayətkarlıqla Mübarizə Baş İdarəsi kibertalamaların qarşısnı ala biləcəkmi?

21-08-2024 16:13
Ekspert: Kibercinayətkarlıqla Mübarizə Baş İdarəsi kibertalamaların qarşısnı ala biləcəkmi?
"Bir il öncə Prezidentin fərmanı ilə Daxili İşlər Nazirliyinin Kibercinayətkarlıqla Mübarizə Baş İdarəsi yaradılıb. Xatırlayıram ki bir neçə dəfə bu qurumun yaradılmasına cəhdlər olmuşdu.
 
Hansısa səbəblərdən bunu o zamanlar reallaşdırmaq mümkün olmamışdı. Artıq belə bir vacib təsisat formalaşıb".
 
Xeberler.az bildirir ki. bunu Azərbaycan İnternet Formunun Prezidenti Osman Gündüz deyib.
 
Qeyd edək ki, ötən ay Kibercinayətkarlıqla Mübarizə Baş İdarəsi Azərbaycanda fəaliyyət göstərən bütün bankların nümayəndələri ilə görüş keçirib.
 
Osman Gündüzün sözlərinə görə, görüş təsadüfi deyil:
"Regionda və bütün dünyada olduğu kimi, ölkəmizdə də kibersahədə, xüsisilə də bank kartları ilə əlaqəli kibercinayətlərin sayının xeyli artdığı müşahidə olunurdu. Bu görüşün də məhz maliyyə-bank sektorunda kibercinayətkarlığa qarşı mübarizənin gücləndirilməsi məqsədilə baş tutuduğu bildirilirdi.
 
Açıqlanan məlumatlardan görünür ki, Kibercinayətkarlıqla Mübarizə Baş İdarəsi və Mərkəzi Bank arasında kibertalamalara qarşı birgə fəaliyyətin təşkili, hadisələrə çevik reaksiya verilməsi və profilaktika işləri üçün İşçi Qrup yaradılıb".
 
Ekspertin sözlərinə görə, son zamanlar DİN tərəfindən açıqlanan məlumatlardan da hiss olunur ki, bank sektorunda kibercinayətkarlığa qarşı, bank kartlarının kibertalanmasına qarşı tədbirlər gücləndirilib. Kiberdələduzluqla bağlı məsuliyyətə cəlb olunanların sayı hiss olunacaq dərəcədə artıb:
"DİN-in məlumatlarında adətən hansı qurum tərəfindən əməliyyat aparılması qeyd olunmasa da, Kibercinayətkarlıqla Mübarizə Baş İdarəsinin formalaşması artıq özünü göstərir: "Kibermaarifləndirmə sahəsində də vətəndaşların rəqəmsal savadlılığını gücləndirən bu qurumdan daha faydalı resurslar, statistikalar, ən yeni kiber dələduzluq ssenariləri haqqında vətəndaşları xəbərdar edən bilgilər gözləyirik.
 
Bu istiqamətdə e-Polis mobil tətbiqindən də faydalanmaq, məhz bu istiqamət üzrə qaynar xətt formalaşdırmaq, vətəndaş cəmiyyəti, internet ictimaiyyəti və sahə üzrə ekspertlərlə, sahə üzrə kadrlar hazırlayan Universitetlərlə əlaqələri gücləndirmək də faydalı olardı".
 
Osman Gündüz qeyd edib ki, kibercinayətkar həmişə polisdən bir addım öndə olmağa çalışır. Onlar daha yeni texnologiyaları mənimsəməklə kiberdələduzluğa başlayırlar: "Statistikalara baxsaq görərik ki kiberdələduzların son istifadə etdiyi texnologiyalar artıq süni intellektə söykənir.
 
Süni intellekt “dipfeyk kiberdələduzların” da imkanlarını xeyli genişləndirib. Süni intellekt vasitəsilə kiminsə adından yaradılan, onun tam eynisi olan videozəng görüntüləri və danışıqları vasitəsilə həyata keçirilən cinayətkarlığın statistikası, necə deyərlər “sintetik identifikasiya əsaslı kiberdələduzluğun” statistikiası son iki ildə hədsiz artıb".
 
Eskpert bildirir ki məsələ ilə bağlı mübarizə nə qədər gücləndirilsə də qarşıdakı illərdə bu istiqamətdə kibercinayətkarlığın dünyada daha da artacağı proqnozlaşdırılır.
 
Görəsən Kibercinayətkarlıqla Mübarizə Baş İdarəsi bu texnologiyalardan istifadə edərək cinayət edənlərin qarşısnı ala biləcəkmi?
 
Osman Gündüz suala cavab olaraq bildirib ki, yeni formalaşan qurum üçün çətin olacaq. Bizim kiberpolis üçün də süni intellekt texnologiyası ilə silahlanmış cinayətkardan bir addım qabaqda olmaq asan başa gəlməyəcək.
 
"Bu sektorda cinayətkarla mübarizə aparanların üzərinə, real dünyada cinayətkarlarla “vuruşanlardan” daha çox ağırlıq düşür. Necə deyərlər, polis kimi formada olmaqla bərabər, həmişə “rəqəmsal” formada olmaq lazım gəlir".
 
"Ümid edirəm bir il öncə yaradılan Kibercinayətkarlıqla Mübarizə Baş İdarəsi sektorda fəaliyyət göstərən yerli və beynəlxalq tərəfdaşlarla birgə qarşıya qoyulan vəzifələrin öhdəsindən gələ biləcək" - deyə ekspert sonda bildirib.
ŞƏRHLƏR
OXŞAR XƏBƏRLƏR

DİN-də Kibercinayətkarlıqla mübarizə strukturu olmalıdırmı?

03-03-2020

Kibertalamalarla mübarizə məqsədi ilə işçi qrup yaradılıb

19-07-2024

DİN-in Kibercinayətkarlıqla Mübarizə Baş İdarəsi yaradılıb

02-06-2023

DİN-in Kibercinayətkarlıqla Mübarizə Baş İdarəsi nələri dəyişəcək?-RƏY

04-06-2023

Ekspert: Kiberdələduzlar cinayəti bilərəkdən həftəsonuna salırlar

18-01-2025

Kibercinayətkarlığa kim cavabdehdir?

21-06-2019

Eskpert: DİN bank kartları ilə bağlı kibercinayət statistikasını nə üçün dayandırıb?

11-09-2025

"Kapital Bank" kiberdələduzluqla bağlı açıqlama yayıb

18-01-2025

Bank Kartları niyə hədəfə çevrilir? -Gizli siyahılarla aparılan kiber “ov”

11-04-2025

Bank kartları və onlayn kreditlərlə bağlı ən çox fırıldaqçılıq olan bankların adları açıqlanacaqmı?

24-07-2025

“Instagram”da 30-dan çox şəxsə “Formula-1"ə saxta bilet satan şəxs saxlanılıb

12-09-2024

DİN onlayn qumar şəbəkəsinə qarşı əməliyyat keçirib

08-10-2025

Azərbaycan və Belarus kibercinayətkarlıqla mübarizədə əməkdaşlığı möhkəmləndirəcək

17-11-2021

Kibercinayətkarlar reket dəstələrinə çevrilir - Bakıdakı olayın izi ilə

20-07-2023

Elektron ticarətdə əsas dələduzluq riskləri açıqlanıb

12-03-2026

İnformasiya sistemlərinə kiberhücumlar təşkil edən şəxs saxlanılıb

23-07-2025

Ekspert: Polisin fəaliyyətində süni intellektin və texnologiyaların rolu xeyli artıb

19-12-2024

Kiberpolis dələduzluq piramidasına qarşı əməliyyat keçirib

02-12-2025

Kiberpolis kart tədarükçülərinə qarşı növbəti əməliyyat keçirib

28-11-2025

Din: Kiberdələduzluq edən haker şəbəkəsi ifşa olunub

19-03-2026

DİN: Tələbələrin fotolarını yayan şəxs saxlanılıb

27-02-2026

Süni intellektlə qadınları şantaj edən şəxs həbs olunub

13-03-2026

Onlayn kazino oyunları təşkil etməkdə şübhəli bilinən 4 nəfər tutulub

16-03-2026

DİN süni intellektin tətbiqi sahəsində yeni mərhələyə keçir - Ekspert

18-08-2025





sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə