Previous Next
Bağla

DTX-in “darknet” əməliyyatı nəyi göstərdi? - Ekspert

14-07-2025 17:33
DTX-in “darknet” əməliyyatı nəyi göstərdi? - Ekspert
"30 ildir bu sektorda olsam da, Azərbaycanda darknetdə reallaşan bir cinayətin açılması, burada “məskunlaşan” kibercinayətkarın tutulması ilə bağlı hadisəni xatırlamıram".

Xeberler.az bildirir ki, bu sözləri Azərbaycan İnternet Formunun Prezidenti, ekspert Osman Gündüz deyib.
 
Osman Gündüzün sözlərinə görə, real dünyada cinayət yolu ilə əldə olunanların leqallaşdırılması üçün offshore şirkətlər və banklardan, müxtəlif əmlaklara yatırımlardan, sənət əsərləri alqı-satqısından, “çirkli kassalar ”, qumarxanalar və landromatlatlardan istifadə olunur:
 
"Rəqəmsal dünyada isə bu proses qlobal şəbəkənin darknet deyilən seqmentində həyata keçirilir. Yəni rəqəmsal dünyada oğurlanan nə varsa burada satılır. Dövlət və özəllərdən oğurlanan datalar, bank kartları, fərdi məlumatlar, prezidentlərdən tutmuş ən adi səviyyədək olan şəxslərin telefon nömrələrinin alqı-satqısı darknetdə həyata keçirilir. Ən peşəkar, ən bacarıqlı xakerlər burada “oturuşublar”. Xırda işlərlə məşğul olmurlar. Alqı-satqı prosesi də elə qurulur ki, heç bir izi-tozu qalmır, adətən anonim şəbəkələrdən, anonim brouzerlərdən, kriptolardan istifadə olunur".
 
Ekspert qeyd edib ki, dünyada cəmi bir neçə ölkədə darknetdə baş verən cinayətlərin aşkara çıxarılması halları sahəsində təcrübə formalaşıb. Ən müasir kiber texnologiyalardan istifadə edilməklə bunlar həyata keçirilir:
 
"İndi məlum olur ki, DTX bu istiqamətdə uğurlu bir əməliyyat keçirib.
 
Azərbaycanda ilk dəfə olaraq “darknet” üzərindən fəaliyyət göstərən kibercinayətkar qrup DTX tərəfindən ifşa olunub. Dəstə üzvləri hətta kritik hesab olunan qurumlara kiber hücumlar etməklə uzun müddət xeyli “iş” görə biliblərmiş.
 
Təsəvvür edirəm ki, onlarda kimlərlə və hansı qurumlarla bağlı hansı datalar ola bilərdi.
 
Xeyli sayda vətəndaşlarımızın şəxsi və maliyyə məlumatlarını ələ keçirmək üçün saxta saytlar, zərərli mobil tətbiqlər, spoofing zənglər (istənilən şəxsin telefon nömrəsini təqlid etməklə zəng etməyə imkan verən proqram) və phishing texnikaları vasitəsilə sistemli şəkildə fəaliyyət göstəriblər.
 
Bu səviyyədə gizli və texniki cəhətdən güclü qruplaşmanın aşkara çıxarılması sadəcə təsadüf və ya şikayət əsasında aşkarlanan bir hal ola bilməz. Bunun ehtimalı sıfra bərabərdir. Darknetdə təsadüflər olmur".
 
Osman Gündüz bildirib ki , DTX kritik sektorun kiber təhlükəsizliyi ilə bağlı son illərdə əldə etdiyi səlahiyyətlərdən sonra kiber əməliyyat potensialını xeyli inkişaf etdirə bilib və artıq “görünməyən internet”ə də real müdaxilə edə bildiyini göstərir. Aparılan əməliyyatın xarakterinə əsasən demək olar ki, qurum ciddi texniki, texnoloji resurslar və insan kapitalı formalaşdıra bilib. İstisna etmirəm ki, beynəlxalq əməkdaşlıq da olmamış deyil.
 
DTX qaranlıq dünyada olan bu kibercinayətin izinə necə düşə bilib?
 
"Beləliklə, DTX bununla sübut etmiş oldu ki, darknetdə data bazarlığı, xüsusən də kritik qurumlar və "şəxslərlə" bağlı data bazarlığı da gizli qalmayacaq. Çox təqdirəlayiqdir. Və kibercinayətkarlar da bunun fərqində olmalıdırlar.
 
Burada daha bir incə məqam var.
 
Həbs edilən əsas fiqur – Nihad Hacıyev – şübhəsiz ki, texniki-texnoloji cəhətdən yüksək hazırlıqlı bir gəncdir.
 
Onun fəaliyyəti cinayət xarakterli olsa da, bu qədər kompleks texniki biliklərin zərər üçün deyil, ölkənin kiber müdafiəsi üçün istifadə olunması daha faydalı olardı. Bəlkə də belə gənclər üçün alternativ cəza və reabilitasiya mexanizmləri düşünməyə ehtiyac var. Yoxsa biz potensial “mühafizəçi”ni “kiber hücumçu” kimi itirəcəyik. Çünki rəqəmsal təhlükələr də hər gün artır, amma bu təhlükələri zamanında anlayan və qarşısını alan kadrlar da çox azdır".
ŞƏRHLƏR
OXŞAR XƏBƏRLƏR

DTX kibercinayətkarların əməllərini ifşa edib

14-07-2025

DİN-in Kibercinayətkarlıqla Mübarizə Baş İdarəsi nələri dəyişəcək?-RƏY

04-06-2023

Osman Gündüz: Ölkədə hələ də hansı qurumun kritik olması məlum deyil

22-08-2024

DTX yeni fəaliyyət istiqaməti müəyyən edib

23-04-2022

DTX kiber sektorda biznes və vətəndaş üçün daha əlçatan olub

05-06-2024

Delta Telekom-a edilən kiber hücum təsadüfdür, yoxsa ciddi xəbərdarlıq?

22-08-2025

Kibercinayətkarlığa kim cavabdehdir?

21-06-2019

Ekspert: Texnologiyanın köməyi ilə qurulan yeni “biznes model”i ifşa olunub

28-07-2025

Hansı sektor daha güclü müdafiə olunur :dövlət, yoxsa özəl ?

30-10-2023

MİDA-nın onlayn satışına kiber müdaxilə olubmu? - Osman Gündüz

03-12-2025

DTX yeni səlahiyyətlər əldə edib

07-07-2022

Kritik informasiyaların təhlükəsizliyi necə təmin ediləcək?-ŞƏRH

20-07-2023

Osman Gündüz: Milli Kibertəhlükəsizlik Mərkəzi aktiv fəaliyyətə başlayır

10-12-2024

MİDA-nın onlayn satışının nəticələri ləğv edilə bilərmi? - Osman Gündüz

29-12-2025

Osman Gündüz: Kritik infrastruktura dair qanunda ciddi ziddiyyətlər var

13-08-2025

Ekspert:Kritik qurumların kibertəhlükəsizliyi necə təmin olunacaq?

07-05-2022

Kibercinayətkarlar reket dəstələrinə çevrilir - Bakıdakı olayın izi ilə

20-07-2023

Kiberhücumlara qarşı yeni qurum yaradılıb

23-04-2022

DTX-da MİDA-ya kiberhücumla bağlı cinayət işi açılıb

26-12-2025

Cinayət məsuliyyəti icazəsiz çəkilişin qarşısını alacaq? – Ekspertdən açıqlama

05-11-2020

Kiberhücumun ünvanı – texniki sübut, yoxsa siyasi şübhə? - Ekspertdən açıqlama

03-05-2025

Azərbaycan kibertəhlükəsizlik üzrə beynəlxalq reytinqdə 33 pillə irəliləyib

25-01-2023

Ekspert:Nazirlərin internet məlumatları ələ keçirilib

23-04-2022

m10 insidenti artıq fintex yox, milli təhlükəsizlik məsələsidir - Ekspert

18-02-2026





sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə