Previous Next
Bağla

Oyun həvəskarları kompüterini kiberhücumlardan necə qoruya bilər?

23-12-2016 14:24
Oyun həvəskarları kompüterini kiberhücumlardan necə qoruya bilər?

Kaspersky Lab və Wargaming şirkətləri “World of Tanks” oyunçularının internet təhlükəsizliyini artırmaq üçün birgə təşəbbüslə çıxış edib.

Xeberler.az-ın məlumatına görə, sözügedən şirkətlər əfsanəvi oyunun motivləri əsasında unikal dizayna malik “Kaspersky World of Tanks Edition” məhsulunu təqdim ediblər.

Kifayət qədər tanınmış “Kaspersky Internet Security” bazası üzərində qurulmuş bu kompleks həll oyunçulara kompüterlərini kiberhücumlardan qorumaqla yanaşı, onlarda oyun hesablarının qırılması və bank hesabından pul oğurluqları haqqında aydın təsəvvür yaradır.

Kaspersky Lab  gündəlik olaraq bir hissəsi də oyunçulara yönəlmiş 300 mindən çox yeni zərərli fayllar aşkarlayır.

Onlayn oyunlardan və bankinq sistemindən şifrələri daşıyan şəxsi məlumatlar risk altındadırlar. Cinayətkarlar personajları və oyun dəyərlərini oğurlamağa cəhd edir və daha sonra bu virtual artifaktları həqiqi pul müqabilində satmağa və hətta bank hesablarından pul oğurlamağa da cəhd edirlər.

Belə ki, 2016-cı ildə bütün dünya üzrə 180 mindən çox qurğu onlayn oyunlarda hesabların oğurlanmasına fokuslanmış troyan virusu tərəfindən hücuma məruz qalıb.

Məhz “World of Tanks Edition” oyunçularının mühafizəsi üçün Kaspersky Lab və Wargaming şirkətləri öz güclərini birləşdiriblər.

“Kibercinayətkarlar üçün oyunçular əvəzedilməz tapıntıdır. Oyunçular üçün isə daha çox qazanmaq və inventar əhəmiyyətlidir. Oyun dəyərlərinin və ya ümumilikdə, hesabın itirilməsi oyunçu üçün əsl fəlakətə çevrilə bilər. Bundan başqa, qara bazarda bu cür istifadə olunmuş hesablar daha bahadır. Kaspersky Lab şirkətinin məhsulları ənənəvi olaraq təhlükəsizliyi ən yuxarı səviyyədə təmin edirlər. Buna görə də bizim oyunçularımız öz oyun mülkindən narahat olmaya bilərlər”, - deyə Wargaming şirkətinin biznesin inkişafı üzrə aparıcı meneceri Yuliya Orlova qeyd edib.

“Son zamanlar onlayn oyunlarda real pul müqabilində alınması mümkün olan obyektlərin sayı getdikcə çoxalır. Buna görə də cinayətkarlar aktiv şəkildə oyun hesablarından məlumatları əldə etməyə cəhd göstərirlər. Daha sonra əldə olunan məlumatlar hazırda sayı artmaqda olan xüsusi mağazalarda satışa çıxarılır. Biz bir daha bütün istifadəçilərə oyun zamanı daha ehtiyatlı olmağa və ilkin təhlükəsizlik qaydadalarına əməl etməyə çağırırıq. İlk növbədə, şübhəli mənbələrdən oyunlara qeyri-rəsmi “patch”lar yüklənilməməlidir. Belə ki, onlar oyun hesabından və ya bank kartından şifrələri oğurlayan zərərli proqramlar daşıya bilərlər. İkinci nəzərə alınmalı amil isə hesab məlumatlarını daxil etməyi tələb edən məktublara ehtiyatlı yanaşmaqdır. Diqqətsiz şəkildə göndərilən keçidə daxil olmaqla fişinq saytına daxil ola bilərsiniz. Son olaraq kompleks mühafizə həllinin quraşdırılması sizə kiberhücumlar haqqında unudub oyundan zövq almaq şansı verməklə yanaşı, sizi digər bütün internet təhlükələrindən qoruyur”, - deyə Kaspersky Lab şirkətinin biznesin inkişafı üzrə baş meneceri İrina Potanina bildirib.

“Kaspersky World of Tanks Edition” məhsulunun üzərində qurulduğu “Kaspersky Internet Security” zərərli proqramların təyin edilməsi və bloklanması üçün ən müasir texnologiyaları, antifişinq xüsusiyyəti, istismara qarşı avtomatik mühafizə, loqin və parolun daxil edilməsi üçün virtual klaviatura və digər bu kimi funksiyaları özündə birləşdirir. Bundan başqa, bura sistem resurslarından minimal dərəcədə istifadə edən və istifadəçinin oyunu bütöv ekran rejiminə keçirdiyi halda bir müddətlik bildirişləri dayandıran xüsusi oyun rejimi də daxildir.

“Kaspersky World of Tanks Edition” məhsulunu buradan   əldə etmək mümkündür.

Təklif Azərbaycan, Belarus, Ermənistan, Gürcüstan, Qazaxıstan, Qırğızıstan, Moldova, Rusiya, Tacikistan, Türkmənistan, Ukrayna və Özbəkistanda keçərlidir.

Məltəm Talıbzadə

ŞƏRHLƏR
OXŞAR XƏBƏRLƏR
Bir milyon istifadəçi video oyun əvəzinə təhdid təhlükəsi ilə üzləşib

Bir milyon istifadəçi video oyun əvəzinə təhdid təhlükəsi ilə üzləşib

20-06-2019
Kaspersky tanınmış oyunlarda zərərli proqram aşkarlayıb

Kaspersky tanınmış oyunlarda zərərli proqram aşkarlayıb

28-09-2021
Kaspersky FIDE Online Arena oyun platformasının kiber təhlükəsizliyini təmin edəcək

Kaspersky FIDE Online Arena oyun platformasının kiber təhlükəsizliyini təmin edəcək

22-06-2020
Kaspersky və Fnatic əməkdaşlığa başlayır

Kaspersky və Fnatic əməkdaşlığa başlayır

02-07-2021
YouTube-da zərərli proqramlar ehtiva edən video peyda olub

YouTube-da zərərli proqramlar ehtiva edən video peyda olub

19-09-2022
Kaspersky Lab şirkəti Kaspersky Security xəttini tamamlayıb

Kaspersky Lab şirkəti Kaspersky Security xəttini tamamlayıb

01-08-2019
“Kaspersky Anti-Cheat” startapı təqdim edilib

“Kaspersky Anti-Cheat” startapı təqdim edilib

20-09-2019
Kaspersky: Video oyun həvəskarlarına qarşı hücumlar artıb

Kaspersky: Video oyun həvəskarlarına qarşı hücumlar artıb

18-06-2020
Kaspersky Lab Azərbaycanla bağlı təqdimat keçirəcək

Kaspersky Lab Azərbaycanla bağlı təqdimat keçirəcək

15-10-2019
MAFİOZİ.AZ –YENİ OYUN SAYTI!!!

MAFİOZİ.AZ –YENİ OYUN SAYTI!!!

13-02-2009
Mobil bank troyanların kəskin artması aşkar edilib

Mobil bank troyanların kəskin artması aşkar edilib

10-08-2018
“Kaspersky”: Potensial çitlərin 42 faizində təhlükə var

“Kaspersky”: Potensial çitlərin 42 faizində təhlükə var

29-11-2019
Azərbaycanda 20 faiz istifadəçi internet təhdidləri ilə üzləşib

Azərbaycanda 20 faiz istifadəçi internet təhdidləri ilə üzləşib

30-05-2019
Kaspersky və G-Core Labs oyun startaplarını dəstəkləmək üçün müştərək proqrama başlayır

Kaspersky və G-Core Labs oyun startaplarını dəstəkləmək üçün müştərək proqrama başlayır

07-12-2020
Hansı aylarda maliyyə kiberhücumları daha çox olur?

Hansı aylarda maliyyə kiberhücumları daha çox olur?

28-11-2016
Kaspersky Lab Bakıda tədbir keçirəcək

Kaspersky Lab Bakıda tədbir keçirəcək

28-02-2017
Google-da oyun da oynamaq olacaq

Google-da oyun da oynamaq olacaq

25-06-2011
Kaspersky Lab yeni casus proqramı aşkarlayıb

Kaspersky Lab yeni casus proqramı aşkarlayıb

26-09-2019
Kaspersky sənaye təhlükəsizliyi haqqında oyunu VR formata keçirib

Kaspersky sənaye təhlükəsizliyi haqqında oyunu VR formata keçirib

05-07-2021
Fişinq hücumun əsas hədəfi  kimlərdir?-Araşdırma

Fişinq hücumun əsas hədəfi kimlərdir?-Araşdırma

24-02-2017
70 mindən çox istifadəçi zərərli proqram təminatlarının hücumuna məruz qalıb

70 mindən çox istifadəçi zərərli proqram təminatlarının hücumuna məruz qalıb

08-06-2018
“Samsung” smartfonlar üçün oyun pultu istehsal edib

“Samsung” smartfonlar üçün oyun pultu istehsal edib

18-12-2013
Kaspersky: Trickbot bank troyanı getdikcə daha da güclənir

Kaspersky: Trickbot bank troyanı getdikcə daha da güclənir

25-10-2021
“Kaspersky Lab” “Google Play”də zərərli proqram tapıb

“Kaspersky Lab” “Google Play”də zərərli proqram tapıb

28-06-2019





sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə