Previous Next
Bağla

Kaspersky tanınmış oyunlarda zərərli proqram aşkarlayıb

28-09-2021 17:25
Kaspersky tanınmış oyunlarda zərərli proqram aşkarlayıb

Kaspersky mütəxəssisləri gizli şəbəkə (darknet) forumlarında Steam, Epic Games Store və EA Origin kimi tanınmış oyun platformalarındakı hesab məlumatlarını oğurlamaq üçün istifadə edilən troyanlar satıldığını aşkarlayıb. “BloodyStealer” adlandırılan troyan gözəçarpmadan müdaxilə etməyi bacarır, onun gizli şəbəkələrdəki satış qiyməti isə aylıq 10 ABŞ dollarından və ömrülük 40 ABŞ dollarından az deyil.

Oyundaxili məhsullar və hesablara kölgə forumlarında xüsusi tələbat var. Məsələn, Steam, Origin, Ubisoft və ya EpicGames kimi populyar oyun platformalarına giriş üçün login və şifrə birləşmələri topdan satış qiymətlə min hesab üçün 14,2 ABŞ dollarına və hətta individual hesab qiymətinin 30%-i dəyərində satıla bilər.

Oğurlanmış məlumatlar gizli şəbəkədə əksər hallarda məlumat sızması nəticəsində deyil, təcavüzkarların məqsədyönlü fəaliyyəti nəticəsində peyda olur. BloodyStealer vasitəsilə həyata keçirilən hücumlar da bu qəbildəndir.

“Haqqında danışdığımız troyan, məsələn, “cookie” fayllar, şifrələr, skrinşotlar, avtomatik tamamlama formaları və bank kartları məlumatları kimi müxtəlif növ məlumatları toplamağa qadirdir. BloodyStealer hücumları hazırda Avropa, Latın Amerikası və Asiya-Sakit okean hövzəsi ölkələrində və digər ölkələrdə qeydə alınır”, - deyə Kaspersky-nin kiber təhlükəsizlik mütəxəssisi Dmitri Qalov bildirib.Kaspersky istifadəçilərə tövsiyə edir:

1. hesab məlumatlarını ikifaktorlu identifikasiya ilə qoruman;
2. şübhəli linklər vasitəsilə oyun çatlarından kənar saytlara giriş etməmək və login və şifrə istəyən istənilən resursu diqqətlə yoxlamaq;
3. proqramları yalnız rəsmi mənbələrdən yükləmək;
4. xüsusi oyun rejiminə malik, cihazın məhsuladrlığına təsir etmədən məhsulun effektiv fəaliyyətini təmin edən, məsələn, kompüterlər üçün Kaspersky Total Security və ya Andorid platformalı mobil cihazlar üçün Kaspersky Internet Security kimi etibarlı qoruma həllərindən istifadə etmək.

ŞƏRHLƏR
OXŞAR XƏBƏRLƏR

Kaspersky: Trickbot bank troyanı getdikcə daha da güclənir

25-10-2021

Kaspersky oğurluq troyanlarının Azərbaycandakı fəaliyyətindən danışır

07-10-2022

Kaspersky: WhatsApp-la Triada troyanı yayılır

25-08-2021

Kaspersky: Video oyun həvəskarlarına qarşı hücumlar artıb

18-06-2020

Kaspersky bank troyanı QakBot-un yeni versiyasına yoluxmalarda artım qeydə alıb

03-09-2021

Kaspersky məlumatların qara bazardakı qiymətini təhlil edib

21-12-2020

Kaspersky kütləvi zərərli poçt göndərişləri aşkarlayıb

04-05-2022

YouTube-da zərərli proqramlar ehtiva edən video peyda olub

19-09-2022

“Kaspersky”: Potensial çitlərin 42 faizində təhlükə var

29-11-2019

Kaspersky: Fişinq səhifələrinin ömrü 24 saatdan çox deyil

05-01-2022

Kaspersky Netflix adı ilə cihazları yoluxduran cəhdlər aşkar edib

24-07-2020

Kaspersky: Covid-19 vaksini “darknet”-də ortalama 500 dollara satılır

10-03-2021

Kriptoqraf troyanlar Azərbaycan istifadəçilərini də hədəfə alıb

23-09-2021

Kaspersky: istifadəçilər sosial mediada hər gün orta hesabla saat yarım vaxt keçirir

08-10-2021

Kaspersky Lab fişinq hücumların artması barədə xəbərdarlıq edir

03-10-2019

Kaspersky Lab yeni casus proqramı aşkarlayıb

26-09-2019

Kaspersky internet məlumatları ilə davtanış qaydalarını açıqlayıb

29-01-2022

Təcavüzkarlar onlayn tanışlıq xidmətlərindən necə sui-istifadə edirlər?

14-02-2023

Kaspersky Azərbaycanda Android istifadəçilərinə olunan hücümları araşdırıb

25-07-2022

Kaspersky kriptovalyutalara qarşı 200 min fişinq hücumunun qarşısını alıb

28-06-2022

Kaspersky dövlət orqanlarına qarşı casusluq edən zərərli proqramı aşkarlayıb

07-07-2022

Kaspersky FIDE Online Arena oyun platformasının kiber təhlükəsizliyini təmin edəcək

22-06-2020

Bir milyon istifadəçi video oyun əvəzinə təhdid təhlükəsi ilə üzləşib

20-06-2019

Oyun həvəskarları kompüterini kiberhücumlardan necə qoruya bilər?

23-12-2016





sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə