Previous Next
Bağla

Özbəkistanda “Dördüncü Sənaye İnqilabı Mərkəzi” yaradılacaq

29-12-2025 08:58
Özbəkistanda “Dördüncü Sənaye İnqilabı Mərkəzi” yaradılacaq

Özbəkistanda sənaye və innovasiya sahəsində yeni mərhələnin əsasını qoyacaq “Dördüncü sənaye inqilabı mərkəzi”nin yaradılması planlaşdırılır. Bu təşəbbüs çərçivəsində bazar əsaslı keyfiyyətə nəzarət sistemi tətbiq ediləcək, həmçinin əmək məhsuldarlığının artırılması məqsədilə 200 milyon dollar maliyyə vəsaiti cəlb olunacaq.

Xeberler.az xəbər verir ki, Prezident Şavkat Mirziyoyev dekabrın 26-da Oliy Məclisə və Özbəkistan xalqına müraciətində investisiya siyasətinə yeni yanaşmanı təqdim edib. Bildirilib ki, bundan sonra ölkənin investisiya prioritetləri yüksək texnologiyaların transferinə yönəldiləcək.

Prezidentin çıxışında vurğulanıb ki, Özbəkistan azad iqtisadi zonalara (AİZ) dünya miqyasında tanınmış brendlərin cəlb edilməsini genişləndirəcək. Yeni yanaşmaya əsasən, AİZ rezidentləri beynəlxalq texniki reqlamentlərdən, ekoloji və əmək standartlarından istifadə edə, mübahisələri isə beynəlxalq hüquq çərçivəsində arbitraj yolu ilə həll etmək imkanı qazanacaqlar. AİZ-lər üçün investisiya, vergi, gömrük və hüquqi sahələrdə xüsusi güzəştli rejim tətbiq olunacaq.

Gözləntilərə görə, bu islahatlar 2030-cu ilədək 180 milyard dollar həcmində xarici investisiyanın cəlb edilməsinə və 1 milyon yeni iş yerinin yaradılmasına imkan verəcək.

Eyni zamanda investisiyalarla operativ işləyən və razılaşmaların real layihələrə çevrilməsini təmin edən yeni sistem yaradılacaq. Bu yanaşmanın yerli sənaye və kooperasiya sahələrinə də tətbiqi məqsədəuyğun hesab edilir. Bu çərçivədə İqtisadiyyat və Maliyyə Nazirliyi, eləcə də İnvestisiya, Sənaye və Ticarət Nazirliyinin fəaliyyəti yenidən nəzərdən keçiriləcək.

Planlara əsasən, 2026-cı ildə Özbəkistanın ÜDM-nin 167 milyard dollara çatdırılması və 6,6% iqtisadi artımın təmin edilməsi hədəflənir. Əmək məhsuldarlığı, maya dəyəri və enerji səmərəliliyinə fokuslanmaqla bu göstəricilərin daha da artırılması nəzərdə tutulur.

Sənayedə məhsuldarlığın və səmərəliliyin iki dəfə artırılmasını nəzərdə tutan xüsusi proqram işə salınacaq. Bu məqsədlə xarici təşkilatlardan 200 milyon dollar maliyyə cəlb ediləcək. Həmçinin yüksək ixtisaslı xarici mühəndis və texnoloqlar yerli müəssisələrə cəlb olunacaq, biznes prosesləri rəqəmsallaşdırılacaq və enerji xərclərinin azaldılması üçün auditlər aparılacaq.

Yeni yaradılacaq “Dördüncü sənaye inqilabı mərkəzi” çərçivəsində robototexnika, “Əşyaların interneti” (IoT) və “ağıllı fabrik” sistemlərinin tətbiqi üçün sınaq imkanları verən tənzimləyici mexanizm formalaşdırılacaq.

Qeyd edək ki, son iki ildə Özbəkistan “Qlobal infrastruktur keyfiyyəti” indeksində 185 ölkə arasında 52-ci yerə yüksəlib. Rəqabət qabiliyyətinin daha da artırılması məqsədilə texniki tənzimləmə sahəsində dövlət nəzarətindən bazar nəzarətinə keçid planlaşdırılır.

Bundan əlavə, yüksək texnoloji innovativ məhsul istehsal edən şirkətlər istehsal artımının 5%-i həcmində subsidiya alacaqlar. Elmi-tədqiqat və konstruktor işləri (R&D) sahəsində çalışan mütəxəssislərin gəlirləri isə vergidən azad ediləcək.

Növbəti beş il ərzində sənayedə əmək məhsuldarlığının 16,5 min dollardan 30 min dollara yüksəldilməsi, 1000 dollar əlavə dəyər üçün enerji sərfiyyatının isə 1,5 dəfə azaldılması əsas hədəflər kimi müəyyən edilib.

ŞƏRHLƏR
OXŞAR XƏBƏRLƏR

Naxçıvanda Sənaye Parkı yaradılacaq

05-06-2023

4SİM DİF-in platformasında Azərbaycanın “NextGen” modelini təqdim edib

01-05-2026

Azərbaycan Texnoparklarının uğurları davam edir

14-08-2019

Azərbaycan son 20 ildə sənaye istehsalını 22 dəfə artırıb

20-10-2023

Azərbaycanla Özbəkistan sənaye parkları sahəsində əməkdaşlıq edə bilər

22-08-2023

4SİM Dünya İqtisadi Forumunun 56-cı İllik Toplantısında təmsil olunacaq

16-01-2026

Azərbaycan-Çin Sənaye Parkının yaradılması planlaşdırılır

11-05-2023

Azərbaycan “Sənaye Klasterlərinə Keçid” təşəbbüsünə qoşulub

23-01-2026

Texnologiya parklarında süni intellekt texnologiyaları istehsal olunacaq

19-03-2025

Mingəçevirdə yüngül sənaye müəssisələri yaradılacaq

13-07-2016

Crusoe startapı 1,4 milyard dollar investisiya əldə edib

27-10-2025

Xəzər İnnovasiya Konfransı 2019 keçiriləcək

21-11-2019

“Biznes və investisiya mühiti təkmilləşdirilir”

28-09-2016

Nazir maliyyə texnologiyalarını dəstəkləyib

03-08-2015

Süni intellekt rəqəmsal gələcəyin möhkəmlənməsində mühüm rol oynayacaq

19-03-2025

4sim: Rəqəmsal İqtisadiyyatın İnkişafı üzrə Strategiyanın icrasına 2025-ci ildə başlanılacaq

09-10-2024

“Enerji və IV Sənaye İnqilabı” hakaton yarışı keçiriləcək

26-07-2022

Dövlət xidmətlərində süni intellekt və rəqəmsal ticarət həllərinin tətbiqi genişləndirilir

07-05-2026

Qazaxıstan-Özbəkistan sərhədində elektron növbə sistemi tətbiq ediləcək

24-05-2025

Azad İqtisadi Zona haqqında yeni qanun hazırdır

11-03-2019

Maliyyə texnologiyaları bazarının həcmi artıb

03-11-2014

İnvestisiyalar rekord səviyyəyə çatıb

17-01-2015

İqtisadi-ticarət əlaqələrinin inkişafına dair Azərbaycan-Çin sənədləri imzalanıb

23-04-2025

4SİM Dünya İqtisadi Forumunun regional tədbirində iştirak edib

31-10-2025





sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə