Previous Next
Bağla
REKLAM YERİ

Özbəkistanın nümayəndə heyəti DOST Mərkəzinin qonağı olub

14-11-2024 16:34
Özbəkistanın nümayəndə heyəti DOST  Mərkəzinin qonağı olub

Özbəkistanın “Beynəlxalq İnklüziv HUB” (“International Inclusive HUB”) beynəlxalq əsaslı peşəkar inklüziv təhsil mərkəzinin direktoru Mədinə Bədəlova DOST İnklüziv İnkişaf və Yaradıcılıq Mərkəzi ilə tanış olub. BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyası (COP29) çərçivəsində ölkəmizdə səfərdə olan qonaq Mərkəzin fəaliyyəti və xidmət istiqamətləri barədə məlumatlandırılıb.

Mərkəzin direktor vəzifələrini icra edən Elnarə Ənsari bildirib ki, Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində olan DOST İnklüziv İnkişaf və Yaradıcılıq Mərkəzi Cənubi Qafqazda ilk və ən böyük bu tipli müəssisə hesab edilir. Açılışı 22 oktyabr 2021-ci ildə Prezident İlham Əliyev və Birinci vitse-prezident Mehriban Əliyevanın iştirakı ilə baş tutan Mərkəzdə həssas əhali qruplarından olan şəxslərə müxtəlif yaradıcılıq istiqamətləri üzrə təlimlərlə yanaşı, sosial pedoqoji və psixoloji dəstək xidmətləri də göstərilir. Tanışlıq zamanı Birinci vitse-prezident Mehriban Əliyevanın təşəbbüsü ilə yaradılan bu inklüziv məkanda həssas kateqoriyalardan olan şəxslərin cəmiyyətə inteqrasiyası məqsədi ilə həyata keçirilən layihələrdən söhbət açılıb.

Qonaqlar yaradıcılıq studiyalarında təlim prosesini izləyib, Mərkəz və “DOST Evi” filialında hazırlanan əl işləri, o cümlədən ətraf mühitin mühafizəsi, eləcə də “Yaşıl dünya naminə həmrəylik ili” mövzusunda təlimçi və benefisiarların ərsəyə gətirdikləri sənət nümunələrindən ibarət sərgiyə baxıblar.

Mədinə Bədəlova rəhbəri olduğu “Beynəlxalq İnklüziv HUB” tərəfindən davamlı həyata keçirilən ekoloji təşəbbüslər barədə danışıb. HUB-ın eko-fəallarının COP29 tədbirlərində fəal iştirak etdiyini, iqlim dəyişmələri və onun xüsusi qayğıya ehtiyacı olan insanlara təsiri ilə bağlı vacib məqamlara diqqət çəkdiklərini vurğulayıb.

Layihə Özbəkistan Respublikasının Prezidenti yanında Milli Sosial Müdafiə Agentliyi, Məktəbəqədər və Ümumi Təhsil Nazirliyi, Ali Təhsil, Elm və İnnovasiyalar Nazirliyi, Məşğulluq və Yoxsulluğun Azaldılması Nazirliyi və “Zamin“ Beynəlxalq İctimai Fondu tərəfindən reallaşdırılır. Bu unikal platformanın gənclərə keyfiyyətli təhsil almaq, istedadlarını üzə çıxarmaq, reabilitasiya və sosial adaptasiya sahəsində bərabər imkanlar yaratmaq məqsədləri diqqətə çatdırılıb.

Səfər çərçivəsində sosial cəhətdən həssas əhali qruplarına aid şəxslərin cəmiyyətə adaptasiyası sahəsində görülə biləcək işlər, əməkdaşlıq perspektivləri müzakirə olunub.

ŞƏRHLƏR
OXŞAR XƏBƏRLƏR

Leyla Əliyeva və Arzu Əliyeva DOST İnklüziv İnkişaf və Yaradıcılıq Mərkəzini ziyarət ediblər

31-12-2024

Monteneqrolu nazir DOST Mərkəzlərində olub

20-11-2024

TDT ölkələrinin nazirləri DOST Mərkəzində olublar

05-12-2025

Özbəkistanla sosial əməkdaşlığın genişləndirilməsi müzakirə olunub

27-12-2024

Sərgi-satış portalı yaradılır

20-04-2022

Azərbaycanda çəkilən ilk cizgi serialının təqdimatı olub

02-06-2025

Özbəkistan nümayəndə heyəti DOST Agentliyinin fəaliyyəti ilə tanış olub

05-05-2026

Rusiya nümayəndə heyəti 5 saylı Bakı DOST Mərkəzində olub

20-08-2024

Türkiyəli jurnalist Fulya Öztürk şəhid ailələrinin üzvləri ilə görüşüb

21-09-2022

İordaniya və Cibuti nümayəndə heyətləri DOST Agentliyində olublar

30-04-2025

“ASAN xidmət” UNESCAP sessiyasında diqqət mərkəzində olub

22-04-2026

“DOST to DOST” layihəsi üzrə keçirilən təlimlər yekunlaşıb

19-06-2025

DOST Agentliyi və Dövlət Sosial Müdafiə Fondu 8 beynəlxalq mükafatla təltif edilib

13-05-2022

DOST Agentliyinin Müşahidə Şurası növbəti iclasını keçirib

30-10-2025

DSMF, DOST və SXA BSTA-nın Avropa Şəbəkəsinin İdarəetmə Komitəsinə üzv seçilib

04-10-2025

“Nar”ın dəstəyi ilə “Bütün Vücudlar Danışır” layihəsinin hesabat tədbiri baş tutub

06-10-2025

İnklüziv təhsildə İKT-dən istifadə məsələləri müzakirə olunub

23-10-2019

DOST Agentliyi və ilk DOST mərkəzinin açılışından 6 il ötür

09-05-2025

Bakcell “İnklüzivlikdə İnnovativ Həllər” tədbirinə dəstək olub

17-12-2025

BƏT-in regional direktoru DOST xidmətləri ilə tanış olub

20-11-2024

DOST Agentliyinin Rəqəmsal İnnovasiyalar Mərkəzi yaradılacaq

17-12-2021

“Nar” Azərbaycan Şəhərsalma Kampaniyası çərçivəsində inklüziv təşəbbüsə qoşulub

08-04-2026

Elm və Təhsil Nazirliyi COP29-da müzakirə ediləcək mövzuları açıqlayıb

11-11-2024

QHT-lərə Dövlət Dəstəyi Agentliyinin Müşahidə Şurasının tərkibi təsdiqlənib

30-12-2025





sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə