Previous Next
Bağla
REKLAM YERİ

İordaniya və Cibuti nümayəndə heyətləri DOST Agentliyində olublar

30-04-2025 21:26
İordaniya və Cibuti nümayəndə heyətləri DOST Agentliyində olublar

Azərbaycanda səfərdə olan İordaniya Haşimilər Krallığı Senatının üzvü, Əlilliyi olan Şəxslərin Komitəsinin sədri Asia Abdel Mutaleb Yaghinin və Cibuti Respublikasının Əlilliyi Olan Şəxslər üzrə Milli Agentliyinin baş direktoru Doualeh Said Mahamoudun rəhbərlik etdikləri nümayəndə heyətləri DOST Agentliyində olublar.

Xeberler.az bildirir ki, bu barədə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin İctimaiyyətlə əlaqələr şöbəsindən məlumat verilib.

Bildirilib ki, nümayəndə heyətləri 1 saylı Bakı DOST Mərkəzində əhaliyə göstərilən xidmətlərlə tanış olub və onlara DOST mərkəzlərinin fəaliyyəti və iş prinsipləri barədə məlumat verilib.

DOST Agentliyində hər iki nümayəndə heyəti ilə keçirilən görüşlərdə Agentliyin İdarə Heyətinin sədri Fərid Məmmədov DOST xidmətləri barədə ətraflı məlumat verib. DOST mərkəzlərində ötən dövrdə 3,4 milyondan çox vətəndaşa xidmət göstərildiyi və həmin xidmətlərdən vətəndaş məmnunluğunun 98,5 faiz olduğu bildirilib. DOST konsepsiyasına dair təqdimat edilib, əməkdaşlıq perspektivləri müzakirə olunub.

Bakı Konqres Mərkəzində Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin Azərbaycan Milli QHT Forumu ilə birgə təşəbbüsü ilə keçirilən “Həmrəy fəaliyyət: yeni və ədalətli dünya üçün Qlobal Cənub QHT-lərinin gücləndirilməsi” Forumu çərçivəsində milli sənətkarlıq nümunələrindən ibarət sərgi nümayiş etdirilib.

Sərgidə DOST İnklüziv İnkişaf və Yaradıcılıq Mərkəzində hazırlanmış əl işlərindən ibarət guşə yer alıb. 116 ölkədən nüfuzlu qeyri-hökumət təşkilatlarının rəhbərləri və vətəndaş cəmiyyəti nümayəndələrinin qatıldığı konfrans iştirakçıları Mərkəzin təlim studiyalarında təlimçi və benefisiarların ərsəyə gətirdiyi əl işlərinə baxıblar.

Ekspozisiyada bədii tikmə və oymaçılıq, təsviri incəsənət, dulusçuluq, floristika, xalçaçılıq nümunələri sərgilənib.

ŞƏRHLƏR
OXŞAR XƏBƏRLƏR

DOST Agentliyində Dünya Bankının nümayəndə heyəti ilə görüş olub

09-04-2025

Rusiya nümayəndə heyəti 5 saylı Bakı DOST Mərkəzində olub

20-08-2024

Özbəkistan və Qırğızıstan nümayəndə heyətləri DOST Agentliyində olublar

19-11-2024

Monteneqrolu nazir DOST Mərkəzlərində olub

20-11-2024

Özbəkistan nümayəndə heyəti DOST Agentliyinin fəaliyyəti ilə tanış olub

05-05-2026

Çin və İndoneziya nümayəndə heyətləri DOST Mərkəzində olublar

19-11-2024

9 ayda DOST mərkəzlərində 658 min vətəndaşa xidmət göstərilib

16-10-2025

DOST Agentliyində Skype vasitəsi ilə onlayn iclas keçirilib

09-06-2020

DOST Agentliyinin Müşahidə Şurasının iclası keçirilib

29-12-2024

Niger dövlət başçısının xüsusi müşaviri Kemi Seba 1 saylı Bakı DOST Mərkəzində olub

05-10-2024

Türkiyənin nümayəndə heyəti DOST Agentliyi və mərkəzi ilə tanış olublar

08-11-2019

Ötən ay DOST mərkəzlərində 86 min vətəndaşa xidmət göstərilib

16-02-2026

Ötən il DOST mərkəzlərində 887 min vətəndaşa xidmət göstərilib

24-01-2026

DOST Agentliyinin Müşahidə Şurası növbəti iclasını keçirib

30-10-2025

TDT ölkələrinin nazirləri DOST Mərkəzində olublar

05-12-2025

On ayda DOST mərkəzlərində 739 min vətəndaşa xidmət göstərilib

17-11-2025

DOST mərkəzlərində 300 min vətəndaşa xidmət göstərilib

15-05-2025

DOST Agentliyinin fəaliyyətinə dair infosessiya keçirilib

14-03-2025

DOST Agentliyində Ruanda nümayəndə heyəti ilə görüş olub

19-12-2024

DOST Agentliyinin Müşahidə Şurasının növbəti iclası keçirilib

20-02-2026

DOST Agentliyində ictimai dinləmə və müzakirə keçirilib

01-06-2023

Ötən ay DOST mərkəzlərində 84 min vətəndaşa xidmət göstərilib

20-02-2025

“Könüllü DOST” proqramının yeni altproqramları təqdim olunub

31-10-2024

DOST Agentliyinin Müşahidə Şurasının iclası keçirilib

20-08-2025





sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə