Previous Next
Bağla

DOST Agentliyi və Dövlət Sosial Müdafiə Fondu 8 beynəlxalq mükafatla təltif edilib

13-05-2022 21:09
DOST Agentliyi və Dövlət Sosial Müdafiə Fondu 8 beynəlxalq mükafatla təltif edilib

Əhalinin həssas qrupları ilə bağlı sosial müdafiə tədbirləri ildən-ilə gücləndirilir. Bununla yanaşı, hazırda yeni sosial dəstək istiqamətlərini nəzərdə tutan layihələr də hazırlanır.

 

Xeberler.az bildirir ki, bu barədə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyində keçirilən kollegiya iclasında bildirilib.

 

Əmək və əhalinin sosial müdafiəsi naziri Sahil Babayev Prezident İlham Əliyevin uğurlu sosial islahatlar proqramına uyğun olaraq, həssas qrupların sosial təminatının gücləndirilməsi istiqamətində ardıcıl olaraq mühüm addımlar atıldığını vurğulayıb.

 

Nazir eyni zamanda, həssas qruplarla, habelə şəhid ailələri ilə bağlı sosial dəstək mexanizmlərinin yeni istiqamətlər də əlavə olunmaqla daha da genişləndirilməsinin hədəflərdən olduğunu bildirib.

 

İclasda bu məqsədlə hazırlanmaqda olan layihələrdən bəhs olunub. Həmin layihələrin şəhid övladlarının anaları ilə birgə səyahət və təlim proqramlarına cəlb olunması, asudə vaxtlarının səmərəli təşkili, onların yeni bilik və bacarıqlara yiyələnməsi, “Məzun evi” sosial xidmət müəssisəsində yaşayanların cəmiyyətə çevik inteqrasiyası, onların şəxsi inkişaflarına dəstək göstərilməsi məqsədinə xidmət edəcəyi bildirilib.

 

Habelə ahıl və əlilliyi olan şəxslərə keyfiyyətli xidmət göstərən ixtisaslı kadr potensialının gücləndirilməsi, informal və qeyri-formal üsullarla bacarıq, səriştələr əldə etmiş əlilliyi olan şəxslərin ilkin mərhələdə bir qrupunun bacarıqlarının tanınması və bununla məşğulluq imkanlarının artırılması üçün layihələr hazırlanmaqda olduğu diqqətə çatdırılıb.

 

Nazirliyin tabeliyindəki DOST Agentliyinin fəaliyyətindən bəhs olunub. Agentliyin bu il Avropa Sosial Şəbəkəsinin Avropa Sosial Xidmətlər Mükafatı, Beynəlxalq Sosial Təminat Assosiasiyasının (BSTA) 3 mükafatı, Beynəlxalq Pensiya və Sosial Fondlar Assosiasiyasının (BPSFA) mükafatı ilə təltif edildiyi bildirilib.

 

Həmçinin Nazirliyin tabeliyindəki Dövlət Sosial Müdafiə Fondunun “iESE – The Public Sector Transformation” Təşkilatının (Böyük Britaniya), BPSFA-nın və BSTA-nın mükafatlatı ilə təltif edildiyi, ümumilikdə 2022-ci ilin ötən dövründə Nazirliyin hər iki qurumunun 8 beynəlxalq mükafatla təltif edildiyi vurğulanıb.

 

DOST Agentliyinin bu il dünyada məşhur olan LRQA sertifikatlaşdırma (Böyük Britaniya) təşkilatı tərəfindən 4 istiqamət üzrə ISO sertifikatlarına layiq görüldüyü, ötən il və cari ilin birinci rübü ərzində Nazirliyin fəaliyyət sahələri üzrə ümumən 12 İSO beynəlxalq sertifikatının əldə edildiyi diqqətə çatdırılıb.

 

Bu il Bakı şəhəri üzrə 5 saylı Bakı DOST Mərkəzinin, Şuşa şəhərində Şuşa DOST filialının açılmasının, işğaldan azad edilmiş Zəngilan rayonunun Ağalı kəndində “Smart DOST” xidmət məntəqəsinin fəaliyyətə başlamasının planlaşdırıldığı qeyd olunub. DOST mərkəzlərində xidmətlərin əldə olunması üçün onlayn növbə funksiyasının, eşit­mə və nitq qabiliyyəti məhdud şəxslər üçün surdo-tərcümə xidmətinin yaradılmasının nəzərdə tutulduğu bildirilib.

 

DOST İnklüziv İnkişaf və Yaradıcılıq Mərkəzinin fəaliyyəti barədə məlumat verilib. Artıq 200-ə yaxın şəxsin Mərkəzdə təlimlərə cəlb edildiyi, 20 nəfərin artıq təlimləri başa çatdırdığı qeyd olunub.

 

Cari ilin ilk rübündə daha 2400 işsiz şəxsin DOST İş Mərkəzi tərəfindən ödənişli ictimai işlər proqramına cəlb edildiyi, 5 qurumla yeni layihələrə başlanaraq həmin layihələr əsasında işsiz şəxslərin müvafiq sahələr üzrə işlə təmin edildikləri vurğulanıb.

 

İclasda yeni sosial dəstək layihələri, bölgələrdə yaradılacaq DOST filiallarının layihələndirilmə işləri, hazırlanmış yeni peşə və kvalifikasiya standartları və s. müzakirə olunub.

 

 

ŞƏRHLƏR
OXŞAR XƏBƏRLƏR

DOST Agentliyinin Müşahidə Şurasının iclası keçirilib

29-12-2024

DOST Agentliyinin Müşahidə Şurasının iclası keçirilib

03-10-2024

DOST Agentliyinin Müşahidə Şurasının iclası keçirilib

20-08-2025

DOST Agentliyinin fəaliyyətinə dair infosessiya keçirilib

14-03-2025

Naxçıvan Regional DOST Mərkəzi bu il istifadəyə veriləcək

12-03-2025

Bu il Laçın və Füzulidə “Smart DOST” məntəqələri yaradılacaq

05-09-2024

DOST Agentliyinin Müşahidə Şurası növbəti iclasını keçirib

30-10-2025

DOST Agentliyinin Rəqəmsal İnnovasiyalar Mərkəzi yaradılacaq

17-12-2021

DOST Agentliyinin Müşahidə Şurasının növbəti iclası keçirilib

18-04-2025

9 ayda DOST mərkəzlərində 658 min vətəndaşa xidmət göstərilib

16-10-2025

Rusiya nümayəndə heyəti 5 saylı Bakı DOST Mərkəzində olub

20-08-2024

DOST Agentliyinin Müşahidə Şurasının növbəti iclası keçirilib

20-02-2026

Ötən ay DOST mərkəzlərində 86 min vətəndaşa xidmət göstərilib

16-02-2026

Ötən il DOST mərkəzlərində 887 min vətəndaşa xidmət göstərilib

24-01-2026

TDT ölkələrinin nazirləri DOST Mərkəzində olublar

05-12-2025

DOST mərkəzlərində hazırda 160-dan çox xidmət göstərilir

26-03-2025

Son dörd ayda DOST mərkəzlərində 335 min vətəndaşa xidmət göstərilib

20-05-2026

DOST mərkəzlərində 300 min vətəndaşa xidmət göstərilib

15-05-2025

On ayda DOST mərkəzlərində 739 min vətəndaşa xidmət göstərilib

17-11-2025

DOST Agentliyində Skype vasitəsi ilə onlayn iclas keçirilib

09-06-2020

DSMF, DOST və SXA BSTA-nın Avropa Şəbəkəsinin İdarəetmə Komitəsinə üzv seçilib

04-10-2025

Türkiyənin nümayəndə heyəti DOST Agentliyi və mərkəzi ilə tanış olublar

08-11-2019

DOST mərkəzlərində 213 min vətəndaşa xidmət göstərilib

14-04-2025

Niger dövlət başçısının xüsusi müşaviri Kemi Seba 1 saylı Bakı DOST Mərkəzində olub

05-10-2024





sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə