Previous Next
Bağla

Özəl qurumlar koronavirusla bağlı mübarizədə nə kimi töhfələr verə bilər?

23-03-2020 10:21
Özəl qurumlar koronavirusla bağlı mübarizədə nə kimi töhfələr verə bilər?

Xeberler.az bildirir ki, Azərbaycan Hökuməti koronavirus infeksiyası ilə bağlı mübarizəni addım-addım sərtləşdirir. Bununla bağlı yaranmış vəziyyətdən daha az itki ilə çıxmaq üçün dövlətin bütün resursları səfərbər olunur. İqtisadi sabitliyin qorunması, sahibkarlıq və məşğulluqla bağlı mənfi təsirlərin aradan qaldırılması üçün büdcədən 1 milyard manat vəsait ayrılıb. Koronavirusla bağlı mübarizə məqsədilə Prezidentin fərmanı ilə Fond yaradılıb.

Məlum olduğu kimi ölkənin rəqəmsal sektorunun ən böyük qurumları olan NEQSOL Holdinq (5 000 000 m), Azercell (2 000 000), BestComp (300 000) Fonda vəsaitlər köçürüb.

Məsələ ilə bağlı Azərbaycan İnternet Formunun Prezidenti, ekspert Osman Gündüz açıqlama verib:

"Proses davam edir. Ümid edirəm dövlət layihələrindən, dövlət sifarişlərindən indiyədək yetərincə bəhrələnən İT qurumlar bu təşəbbüsdə yaxından iştirak edəcəklər.

Düşünürəm ki, mobil operatorlar və provayderlər, telekommunikasiya operatorları koronavirusla bağlı mübarizədə aşağıdakı addımları ata bilərlər :

- Mobil operatoprlar koronavirusla bağlı mübarizə sahəsində çalışan tibb işçiləri və bu sahədə çalışan digər sahə işçiləri üçün ayrıca mobil danışıq və internet paketi hazırlaya və xüsusi rejim müddətində onlar üçün bunu pulsuz edə bilərdilər .(Prezident bu təbəqənin maaşlarını 5 dəfə artırandan sonra şəxsən mən gözləyirdim ki operatorlar dərhal belə addım atacaqlar, lakin təəssüf ki hələlik bu, müşahidə olunmur)

- Mobil operatorlar və provayderlərin pensiyaçılar üçün də xüsusi rejim müddətində təmənnasız və güzətli addım atması doğru oalrdı.

-İPTV və Kabel TV xidməti göstərərn operatorlarımız xüsusi rejim müddətində evdə oturmaq məcburiyyətində qalan müştərilərinin hamısı üçün mövcurd olan bütün TV kanallara təmənnasız giriş təklif edə bilərdilər.

-Mobil operatorlar və provayderlər evdən distant formada təhsil xidməti alan tələbə və şagidrlərin internet trafikdən effektiv istifadəsi üçün xüsusi rejim müddətində Təhsil Nazirliyi və ya Universitelrələ birgə danışıq və internet paketləri hazırlaya və təmənnasız və ya güzəştli şərtlərlə təqdim edə bilərlər. Tələbələrin daha çox istifadə etdiyi resurslar üçün trafik pulsuz edilə bilər və ya Universitetlər bu vəsaiti ödəyə bilərlər.

-Mobil operatorlar insanların evdən işləməsinə kömək üçün aylıq ödənişləri saxlamaqla bütün limitli xidmətlərdən limiti götürə bilərlər.

-Mobil operatorlar və provayderlər internet üzərindən danışıq və videorabitə imkanları verən bütün resurslara ( Skype, WhatsApp və s.) xüsusi rejim müddətində trafikin pulsuz olmasını həll edə bilərlər

-AzİnTelecom Data Mərkəzin resurslarından və öz imkanlarından sitiafdə etməklə dövlət qurumlarının və vətəndaşların viderabitəsi üçün pulsuz həllər təklif edə bilərlər

-Mobil operatorlar və provayderlər xüsusi rejim müddətində karantin zonasında olanları pusluz danışıq və internet xidməti ilə təmin edə bilərlər

-Elektron sənəd dövriyyəsnə malik olat İT şirkətlər öz həllərini, həmçinin digər İT həlləri, big data həllərini indiki zamanda dövlət və özəl sektroa, xüsusilə də TƏBİB-ə pulsuz və ya güzəştlə təqdim edə bilərlər

-Asan İmza və elektron imza operatorları olan BestSolution və MHM xüsusi rejim müddətində aylıq ödənişləri ləğv edə bilərlər

İnanıram ki, İT sektorun inkişafına daim dəstək verən , daim güzəştlər təbiq edən backbone provayderlərimiz – DeltaTelekom və AzerTelecom da yeni təşəbbüslər irəli sürəcək, Mobil opetarolara və povayderlərə Xüsusi rejim müddətində yaxından köməklik göstərəcək.

Ümid edirəm və inanıram ki, dövlət operatorları - Baktelecom və AzTelekom xüsusi rejim müddətində müştəriləri üçün pulsuz və güzəştli xidmətlər təklif edəcək, özəl sektora maneçiliklər törətməyəcək və yaxından köməklik göstərəcək".

 

 

ŞƏRHLƏR
OXŞAR XƏBƏRLƏR

Koronavirusun yaratdığı vəziyyətlə bağlı hökumət və vətəndaş münasibətləri yenidən qurulmalıdır

14-03-2020

Ekspert: "Dövlət operatorları yardım etməmək üçün sanki dirəniblər"

30-03-2020

Ekspertdən təklif: Əsgərlərə göndərilən bağlamalar pulsuz daşınsın

01-10-2020

Nar Koronavirusla Mübarizəyə Dəstək Fonduna 500 min AZN ianə edib

23-03-2020

Nar-ın korporativ müştərilərinin sayı artmaqdadır

14-01-2019

Bu ölkədə turistlərə pulsuz SİM kartlar veriləcək

03-07-2019

“Nar+” tətbiqi ilə hesabını evdən idarə et

27-03-2020

Evdə qal, “Nar”ın sərfəli internet paketlərindən yararlan

14-04-2020

Xüsusi rejim Firefox 3.1-də

15-09-2008

ExpressPay Bakcell abunəçilərinə pulsuz danışıq dəqiqələri qazandırır

16-12-2015

Azercell RİİB–in təşəbbüsü ilə Könüllülərə güzəşt təqdim edir

06-12-2020

Ekspert: Azərbaycanda internetlə bağlı yenilik olacaq?

25-06-2020

Bakcell abunəçilərinə şad xəbər

25-11-2015

Hesab.az çətin günlərdə də istifadəçilərin yanındadır

04-04-2020

Nar korporativ müştərilər üçün yeni imkanlar açır

31-08-2018

"Vətəndaş" tipli "Asan İmza”nın aktivləşdirilməsi pulsuz oldu

31-05-2021

Azercell COVID-19-la mübarizədə növbəti xeyriyyə aksiyasına qoşuldu

20-04-2020

“Nar” koronavirusla mübarizə aparan həkimlərə rabitə dəstəyini davam etdirir

18-07-2020

Nar korporativ müştərilərinə xüsusi təkliflər təqdim edir

02-11-2018

Azercell fədakar tibb işçilərini dəstəkləyib

25-03-2020

Azercell-dən koronavirusla savaşan tibb işçilərinə dəstək davam edir

20-10-2020

Nar istifadəçiləri pulsuz ünsiyyət imkanı əldə edir

29-10-2015

“ExpressPay” ödəniş terminalları üçün “Qaynar xətt” xidməti yaradıb

16-06-2015

“Nar” abunəçilərinə səyyar və onlayn xidmət göstərməkdə davam edir

01-05-2020





sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə