Aviasiya Akademiyası ilə “Bayraktar Teknoloji Azərbaycan” arasında Memorandum imzalanıb

18-10-2025 / 11:16

Milli Aviasiya Akademiyası (MAA) ilə “Bayraktar Teknoloji Azərbaycan” Məhdud Məsuliyyətli Cəmiyyəti arasında qarşılıqlı əməkdaşlıq haqqında Anlaşma Memorandumu imzalanıb.

Xeberler.az akademiyanın məlumatına istinadən bildirir ki, sənəd MAA-nın rektoru, akademik Arif Paşayev və “Bayraktar Teknoloji Azərbaycan” MMC-nin direktoru Hüseyin Topuz tərəfindən imzalanıb.

Memorandum elm, təhsil, tədqiqat və istehsal sahələrində qarşılıqlı əməkdaşlığı, birgə layihələrin icrasını, tələbələrin və akademik heyətin iştirakı ilə təlimlərin təşkilini, ixtisasartırma və təcrübə proqramlarının həyata keçirilməsini nəzərdə tutur.

Tədbir çərçivəsində qonaqlar Milli Aviasiya Akademiyasının tədris və elmi-tədqiqat laboratoriyaları, istehsalat sahələri, Tələbə yaradıcılıq evi, eləcə də Texnoritm mərkəzi ilə tanış olublar. Bu əməkdaşlıq iki qurum arasında elmi-texniki bilik mübadiləsinin genişləndirilməsinə, innovativ layihələrin reallaşdırılmasına, mütəxəssis hazırlığı proqramlarının təkmilləşdirilməsinə və yüksək ixtisaslı kadrların hazırlanmasına töhfə verəcək.


ŞƏRHLƏR






sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə