Yaponiyanın “Panasonic” şirkəti əvvəllər plazma televizorların buraxıldığı Amaqasaki şəhərində yerləşən zavodlarını satışa çıxarmağı planlaşdırır.
Xəbərlər Rabitə və Yüksək Texnologiyalar nazirliyinə istinadən bildirir ki, potensial alıcılardan biri kimi "Zuiko” sanitar-gigiyena avadanlığı istehsalçısı çıxış edir. Şirkət nümayəndələrinin sözlərinə görə, satışla bağlı aparılan danışıqlar hələ ki tam başa çatmayıb.
İstehsal kompleksi iki ayrıca zavoddan ibarətdir. Onlardan biri “Zuiko” şirkəti tərəfindən satın alınacaq, digəri "Zuiko” və “Kansai Electric Power” şirkətləri ilə birlikdə istifadə olunacaq.
“Kansai Electric Power” şirkəti Yaponiyada elektroenergetika ilə məşğul olur və 164 elektrik stansiyanın, o cümlədən atom elektrik stansiyasının idarəçiliyini həyata keçirir.
Xeberler.az
Televiziyaların reytinqini kim ölçür, necə ölçür və nəticələr ağlabatan olacaqmı?
Nazirlik inkubasiya mərkəzlərini niyə topladı? –Şərh
Windows 10-u necə sürətləndirmək olar?
Bizi idarə edən güc: Netokratiya
Tor: şəbəkənin nəzarətindən azad olmaq imkanı
Facebook müəmması
4G mobil texnologiyası niyə ləngiyir?
Rəqəmli yayım: mərkəzdən kənarda yaşayanlar nə etsin?
“Asan imzanı belə gördüm”- Azər Həsrət
Azərbaycanda e-hökumətin inkişafinda yeni sosial tələbləri nəzərə alan xidmətlərin genişləndirilməsi perspektivləri