Previous Next
Bağla

Pegasus casus proqramı ilə bağlı qalmaqal nəyi anlatdı? Smartfonlara yox deyək, yoxsa casusdan yayınaq?

23-07-2021 17:50
Pegasus casus proqramı ilə bağlı qalmaqal nəyi anlatdı? Smartfonlara yox deyək, yoxsa casusdan yayınaq?
"İsrail şirkətinə məxsus Pegasus casus proqramı istifadəçinin telefonuna daxil olaraq smartfon vasitəsilə aparılan bütün əməliyyatları, onun hərəkət trayektoriyasını izləməyə imkan verir. Yəni, telefonda Pegasus varsa, telefon həm də başqasınındır.
Araşdırmada bizim ölkəmizdən də xeyli sayda jurnalist və ictimai-siyasi fəalın izlənildiyi qeyd edilib".
 
Xeberler.az bildirir ki, bu fikirləri Azərbaycan İnterent Formunun Prezidenti Osman Gündüz deyib.
 
Osman Gündüzün sözlərinə görə, Pegasus-la bağlı isə müzakirələr səngimək bilmir. Məlum araşdırmada izlənildiyi qeyd olunan şəxslərin, tanınmışların mənsub olduğu bəzi ölkələrin hökumətləri səviyysində İsrailə qarşı təpkilər müşahidə olunur.
 
"Adətən bu tip proqramlardan hakerlər, böyük maliyyə qrupları, oliqarx qrupları, xüsusi xidmətlər, nəhəng şirkətlər və təbii ki, hökumətlər istifadə edirlər. İsrail şirkətinin bu casus proqramını kimlərə satması məlum deyil. Şirkət bu proqramı terroristləri izləmək üçün yaratdığını bildirib.
 
Sübutlar olmasa da, adı çəkilən araşdırmada izlənmənin Pegasus proqramı vasitəsilə Azərbaycan hökuməti tərəfindən də ola biləcəyi versiyaları səslənib. Hökumət isə qeyri-rəsmi olaraq bu açıqlamaların həqiqətə uyğun olmadığını bildirib. Bu tip casus proqramların müxtəlif tərəflər üçün maraqlı ola biləcəyini düşünsək, sübutlar olmadan konkret hədəf göstərmək də məntiqli olmazdı".
 
Casus proqramlar vasitəsilə növbəti kütləvi izləmə hadisəsi nəyi dəyişəcək?
 
"Sosial medida müşahidə etmək olur ki, baş verənlərdən sonra jurnalistlər, ictimai-siyasi fəallar, hətta dövlət məmurları gecə-gündüz baş sındırırlar ki, Peqasus tipli sasus proqramlarından necə yayınmaq olar. Bəziləri artıq smartfonlardan imtinanı düşünür.
 
Təcrübə və İT təhlükəsizliklə bağlı hesabatlar göstərir ki 99% halda izləmə üçün şərait telefon istifadəçisinin özü tərəfindən yaradılır.
 
Yəni, smartfon istifadəçisi telefon tənzimləmələrdə, hansısa mobil tətbiq yükləmələri zamanı soruşulan tənzimləmələrdə ( mikrafondan, kameradan istifadə, contact listə, locationa access və s.) özü imkan yaradır ki, mövcud proqramlar telefonda bunlardan istifadə etsin.
 
Proqram isə müxtəkif linklər, mesajlar, e-maillər vasitəsilə sistemə daxil olur".
 
Pegasus varsa nə etməli?
 
"Ümumiyyətlə, Pegasus-u telefonda aşkarlamağın elə də asan olmadığı bildirilir. Bunun üçün telefondakı proqramların ciddi surətdə yoxlanılması tələb olunur. Bu tip casus proqramın olmasından şübhələnənlər üçün telefonda hər şeyi sıfırlayaraq yenidən, təhlükəsizlik qaydalarına əməl etməklə yükləmək tövsiyə olunur".
 
Heç nədən Pegasus telefona müdaxilə edə bilirmi?
 
"Yalnız 1% halda istifadəçidən kənar telefona müdaxilələr mümkündür. "Zero-clik" hücum adlanan bu üsulla Pegasus əvvəllər WhatsApp -a, iMessage -a müdaxilə etmişdi.
 
Yəni, ola bilər ki, telefonlardakı əməliyyat sistemlərində (İOS, Android və s.), Facebook, WhatsApp və s. bu tip proqramlarda, bəlli bir anda hətta onun sahibinə bəlli olmayan qüsurlar var.
 
Bu qüsurlar da məşhur xakerlərə, Pegasus kimi casus sahiblərinə məlum olan tək onlar müdaxilə edərək istədikləri kodları yerləşdirə bilirlər. Adətən bu tip hallar tez üzə çıxır və proqramın aid olduğu şirkətlər dərhal bununla bağlı açıqlamalar verirlər. Belə olan halda isə istifadəçinin həmin proqramları silərək yenidən yükləməsi tövsiyyə olunur.
 
Beləliklə, müasir dövrümüzün çağırışları, yeni dünya düzəni hamıdan, xüsusilə də maraq çərçivəsi daxilində olanlardan mütləq şəkildə rəqəmsal savadlılığa sahib olmağı, elementar informasiya təhlükəsizliyi qaydalarına yiyələnməyi tələb edir. Bunun başqa yolu hələlik yoxdur.
 
Problemin həlli üçün smartfonlardan istifadəyə yox demək isə indiki və gözlənilən texnoloji inkişaf baxımından mövcud həllər içərisində bəlkə də ən uğursuzudur. Bir anlıq təsəvvür edək ki, bizim ictimai-siyasi fəalların, siyasətçilər və dövlət məmurlarının, qərar qəbul edən və qərarlara təsir edən rəsmilərimizin telefonu bizə düşmən olanların əlindədir və rahatca izləyirlər. Bunun fəsadlarını, ümumiyyətlə təsəvvür etmək olmur.
 
Odur ki, müasir çağırışlara cavab olaraq hökumət təcili reaksiya verməlidir, öz vətəndaşlarının, ümumiyyətlə bütün əhalinin, xüsusilə də maraq daxilində olanların rəqəmsal savadlığının inkişafına xüsusi diqqət yetirməlidir".
 
 
ŞƏRHLƏR
OXŞAR XƏBƏRLƏR
Pegasus mobil tətbiq istifadəçilərinin sayını açıqladı

Pegasus mobil tətbiq istifadəçilərinin sayını açıqladı

15-01-2018
Smartfonda casus proqramlarını necə aşkarlamaq olar?

Smartfonda casus proqramlarını necə aşkarlamaq olar?

02-12-2022
Google Play-də casus proqram aşkar edilib

Google Play-də casus proqram aşkar edilib

14-08-2017
WhatsApp istifadəçiləri üçün möhtəşəm xəbər

WhatsApp istifadəçiləri üçün möhtəşəm xəbər

07-01-2015
WhatsApp yazışmaları 3-cü şəxs tərəfindən oxunur?

WhatsApp yazışmaları 3-cü şəxs tərəfindən oxunur?

04-04-2018
Mobil telefondan da dinləyirlər

Mobil telefondan da dinləyirlər

19-12-2008
"Cop29 nümayəndələrinə birdəfəlik cihazların verilməsi yalnız Azərbaycanla bağlı  deyil"

"Cop29 nümayəndələrinə birdəfəlik cihazların verilməsi yalnız Azərbaycanla bağlı deyil"

06-11-2024
"WhatsApp"a qarşı casusluq edən şirkət cərimələnib

"WhatsApp"a qarşı casusluq edən şirkət cərimələnib

07-05-2025
Kompüteri ziyanverici proqramlardan necə qorumaq olar?

Kompüteri ziyanverici proqramlardan necə qorumaq olar?

09-01-2016
Kaspersky Lab yeni casus proqramı aşkarlayıb

Kaspersky Lab yeni casus proqramı aşkarlayıb

26-09-2019
Google-un Winrar reklamında casus problemi

Google-un Winrar reklamında casus problemi

20-12-2008
Ölkəmizdə WhatsApp, Skype kimi platformalar birdəfəlik bloklanıb?

Ölkəmizdə WhatsApp, Skype kimi platformalar birdəfəlik bloklanıb?

02-06-2017
Həbs olunan haker: İstənilən adamın telefonuna giriş edə bilərdik

Həbs olunan haker: İstənilən adamın telefonuna giriş edə bilərdik

05-03-2025
Casus proqram təminatı ilə ən çox üzləşən ölkələr açıqlanıb

Casus proqram təminatı ilə ən çox üzləşən ölkələr açıqlanıb

03-03-2021
Ağıllı telefonlar vasitəsilə hökümətlərin öz vətəndaşlarını total şəkildə izləməsi mümkündürmü?

Ağıllı telefonlar vasitəsilə hökümətlərin öz vətəndaşlarını total şəkildə izləməsi mümkündürmü?

06-03-2019
Mobil telefonları viruslardan necə qorumaq olar?

Mobil telefonları viruslardan necə qorumaq olar?

06-02-2017
Ən yaxşı antivirus hansıdır?

Ən yaxşı antivirus hansıdır?

10-09-2008
ABŞ Nümayəndələr Palatası əməkdaşlarına "WhatsApp"ı qadağan edib

ABŞ Nümayəndələr Palatası əməkdaşlarına "WhatsApp"ı qadağan edib

24-06-2025
 WhatsApp vasitəsilə zənglərə qadağanın MTN-lə  əlaqəsi varmı?

WhatsApp vasitəsilə zənglərə qadağanın MTN-lə əlaqəsi varmı?

16-11-2015
iOS və Android sistemləri üçün virus aşkar edilib

iOS və Android sistemləri üçün virus aşkar edilib

12-07-2019
Kaspersky: Casus proqramları və zərərli skript hücumlarının sayı artıb

Kaspersky: Casus proqramları və zərərli skript hücumlarının sayı artıb

13-09-2021
WhatsApp, Skype-a qoyulan blok niyə aradan qaldırılmır?

WhatsApp, Skype-a qoyulan blok niyə aradan qaldırılmır?

23-05-2017
Osman Gündüz: "Azərbaycanı təmsil edəcək startapın ölkəmizə heç bir aidiyyatı yoxdur"

Osman Gündüz: "Azərbaycanı təmsil edəcək startapın ölkəmizə heç bir aidiyyatı yoxdur"

20-09-2024
Rəsmilərin sosial mediaya gəlişi nəyi dəyişəcək ?

Rəsmilərin sosial mediaya gəlişi nəyi dəyişəcək ?

03-09-2019





sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə