Previous Next
Bağla

Ağıllı telefonlar vasitəsilə hökümətlərin öz vətəndaşlarını total şəkildə izləməsi mümkündürmü?

06-03-2019 17:11
Ağıllı telefonlar vasitəsilə hökümətlərin öz vətəndaşlarını total şəkildə izləməsi mümkündürmü?

Sərdar Cəlaloğlu: “Düşünmürəm ki, süni intellektlər və ağıllı telefonlar vasitəsi ilə hökümətlər vətəndaşları ovuclarının içində saxlayırlar”

Osman Gündüz: “Dövlətlərin və hakimiyyətlərin öz vətəndaşlarını total şəkildə izləməsi mümkün deyil”.

Son zamanlar süni intellektin inkişafının bir çox potensial risklərlə əlaqəsi barədə bəyanatlar artmaqdadır. Belə ki, son illər dövlətlərin və hakimiyyətlərin öz vətəndaşlarını total şəkildə izləmək və nəzarətdə saxlamaq üçün texniki imkanları həddindən artıq artıb. Süni intellektlər və ağıllı telefonlar vasitəsilə hökümətlər vətəndaşları faktiki olaraq ovuclarının içində saxlayırlar.

Hətta insanları sönmüş telefonlar vasitəsilə dinləmək imkanları da mövcuddur. Bu gün internet vasitəsilə istifadəçilərin də hər addımını, həmçinin onların öz gündəlik işləri ilə məşğul olduqları vaxtı izləmək və təhlil etmək mümkündür. Bəzi ekspertlər hesab edirlər ki, hökumətlər və ictimai təşkilatlar süni intellektin bütün mümkün risk və təhdidlərini araşdırmalıdırlar. Çünki süni intellekt və ağıllı texnologiyanın əks funksiyaları da möşcuddur. Misal üçün üstümüzdə gəzdirdiyimiz telefonlarla bizim harda olduğumuzu asanlıqla müəyyənlşdirməklə yanaşı, eyni zamanda danışdıqlarımızı da dinlmək imkanı yaradır.

Bu yolla fərdləri nə qədər izləmək mümkündürsə, süni intellekt və ağıllı texnologiyalar, o cümlədən sosial şəbəkələr o qədər də dövlətlərin milli təhlükəsizliyi üçün ciddi problemlər yaradır. Xüsusilə kiçik və zəif dövlətlərin təhlükəsizliyi daha çox təhlükə altına girir. Bu da böyük dövlətlərin müstəmləkəçilik siyasətlərini yürütmək üçün daha geniş və yeni imkanlar yaradır. Faktiki olaraq, bu gün süni intellekt və sosial şəbəkələr vasitəsilə qlobal müstəmləkəçilik planları həyata keçirilir və artıq əminliklə demək olar ki, böyük dövlətlər belə artıq süni intellektlər və sosial şəbəkələr vasitəsilə qarşılıqlı müharibə aparırlar. Buna son zamalarda beynəlxalq siyasətdə çoxlu sayda misal da gətirmək olar.

Bəzi ekspertlər hesab edirlər ki, süni intellektin inkişafı zamanla totalitarizmin inkişafına yol açacaq və bu totalitarizm daha çox qlobal xarakter daşıyacaq.

Maraqlıdır ki, süni intellekt və ağıllı texnologiyalar dünyanın gələcəyinə doğurdanmı dağıdıcı təsir göstərəcək? Süni intellekt demokratiyanın bütün dünyada zəifləməsinə və qlobal totalitar rejimlərin formalaşmasına yol aça bilərmi? Həmçinin süni intellektin inkişafı demokratik dəyərlərə və insan haqqlarına qarşı əsas silaha çevrilirmi?

Xeberler.az  bildirir ki, mövzu ilə bağlı PİA.az Azərbaycan Demokrat Partiyasının (ADP) sədri Sərdar Cəlaloğlu və “Multimedia” İnformasiya Sistemləri Texnologiyaları Mərkəzinin direktoru, Azərbaycan İnternet Forumun prezideti Osman Gündüzün fikirlərini öyrənib.

Sərdar Cəlaloğlu: “Totalitar rejimlərdə hələ telefon olmayan dövrlərdə də izləmə var idi. Yəni indi vətəndaşların izlənilməsinin totalitar rejimlərlə elə bir əlaqəsi yoxdur”.

Məsələyə iki aspektdən yanaşan Azərbaycan Demokrat Partiyasının sədri bildirib ki, təhlükəli qüvvələri, təhlükəli adamları izləyib onların cəmiyyətə verə biləcəyi ziyanlardan sığortalanmaq üçün izləmənin çox böyük əhəmiyyəti var. Amma şəxsi həyatda kimin kimləsə əlaqə saxlamasının izlənilməsi qanunla qadağandır:

“Mən düşünmürəm ki, süni intellektlər və ağıllı telefonlar vasitəsi ilə hökümətlər vətəndaşları ovuclarının içində saxlayırlar. Əksinə bu amillər insan demakratiyası üzrə fikir azadlığı tələb edir. Əgər hər hansı insan fikirlərində konstitusiyaya, qanuna, beynəlxalq hüquqa zidd mövqe ifadə edibsə, onun fikirlərinin dinlənməsində elə də problem yoxdur.

Sadəcə olaraq burada vətəndaşların şəxsi həyatına müdaxilədən söhbət gedə bilər. Hansı ki, beynəlxalq hüquqa görə bu qadağandır. Buna görə də bu məsələyə iki aspektdən yanaşmaq lazımdır:

1. Təhlükəli qüvvələri, təhlükəli adamları izləyib onların cəmiyyətə verə biləcəyi ziyanlardan sığortalanmaq üçün izləmənin çox böyük əhəmiyyəti var.

2. Şəxsi həyatda kimin kimləsə əlaqə saxlamasının izlənilməsi qadağandır.

Bu səbəblərə görə də məsələnin həm müsbət, həm də mənfi tərəfləri var.

Sərdar Cəlaloğlu: “Vətəndaşların izlənilməsinin tarixi çox qədimdir və bunun süni intellektlə elə bir əlaqəsi yoxdur”.

Totalitar rejimlərə gəlincə isə deyə bilərəm ki, ümumiyyətlə izləmə olmasa belə, yenə də totalitar rejimlər olacaq. Çünki hakimiyyət öz mahiyyəti ilə tatalitarizmə mellidir vəndan qaçmaq üçün ən doğru yol ictimai nəzarətin şəffaf şəkildə həyata keçirilməsidir.

Totalitar rejimlərdə hələ telefon olmayan dövrlərdə də izləmə var idi. Buna misal olaraq bir çox totalitar rejimlərin, o cümlədən Stalin və Hitler rejimlərinin uğurlu bir şəkildə tətbiq etdikləri çuğulçuluq sistemini göstərmək olar. Yəni vətəndaşların izlənilməsinin tarixi çox qədimdir və bunun süni intellektlə elə bir əlaqəsi yoxdur.

Hakimiyyətlər bu cür vasitələrdən hər zaman istifadə edirlər və bu yuxarıda qeyd elədiyim kimi hakimiyətin mahiyyətindən doğur. Əvvələr telefon olmayanda onlar xəfiyyə sistemindən istifadə edirdilər. Hökumət hər iki adamdan birin casus kimi yetişdirirdi ki, həmin adam qonşusuna nəzarət etsin və s.

Dövlətlərin savaşına gəlincə bu da təbii haldır və burda da Amerika kəşf eləməyə lüzum yoxdur. Sadəcə indi texnologiya bütün sahələrə bir qədər yüngüllük gətirir”.

Osman Gündüz: “Hazırda bəşəriyyət texnoloji inkişafın yaratdığı problemlər üzərində düşünür ki, faydalı tərəfləri daha çox inkişaf etdirmək mümkün olsun”.

Hökumətin vətəndaşları total şəkildə izləməsi üçün böyük resurslara ehtiyac olduğunu və buna görə də sistein qurulmasının çətin iş olduğunu qeyd edən Azərbaycan İnternet Forumun prezideti Osman Gündüzə görə, qanunvericilik icazə verdiyi halda hər hansısa izləmənin baş tutması normaldır:

“Dövlətlərin və hakimiyyətlərin öz vətəndaşlarını total şəkildə izləməsi mümkün deyil. Çünki bu cür izləmə asan iş deyil. Kütləvi izləmə üçün nəhəng sistem qurulmalıdır. Məsələn, ABŞ bu sistemi çətinliklə qurub. İzləmə fərqi də burada rol oynayır. Məsələn, hansısa bir fərdi izləmək mümkündür. Bu, o qədər də çətin deyil. Ancaq kütləvi izləmədə sistem fərqlidir. Bu izləmə böyük resurslar tələb edən bir prosesdir.

Ümumilikdə, kütləvi izləmə müəyyən problemlər yarada bilər. Məsələn, şəxsi həyata müdaxiləni buna misal göstərmək olar. Qanunvericilikdə nəzərdə tutulmayan səviyyədə həyata keçirilən izləmələr ciddi problemlər yarada bilər. Lakin cinayətkarlığın, terrorun və ya hüquqa zidd hansısa hərəkətlərin qarşısını almaq üçün qanunvericilikdə nəzərdə tutulan qaydada izləmə həyata keçirilə bilər. Yəni, izləmənin bəlli bir normaları var.

Əslində texnoloji inkişaf müəyyən problemlər yaratmağa qadirdir. İstənilən halda insanın yaratdığı öz əlindədirsə, böyük faciələrə səbəb ola biləcəyini düşünmürəm. Hazırda bəşəriyyət texnoloji inkişafın yaratdığı problemlər üzərində düşünür ki, faydalı tərəfləri daha çox inkişaf etdirmək mümkün olsun. Təhlükəsizlik tədbirlərinin görülməsi vacibdir ki, mövcud problemlər gələcəkdə ağır fəsadlar verməsin”.

ŞƏRHLƏR
OXŞAR XƏBƏRLƏR

Sosial şəbəkələr həmişəlik çökərsə, nə baş verər...

08-07-2019

Bu telefonları dinləmək mümkün deyil? – Ekspert

19-09-2020

VPN nədir və necə işləyir? - ekspert təhlükələrdən danışdı

28-09-2020

VPN nədir və necə işləyir? - ekspert təhlükələrdən danışdı

28-09-2020

Rusiyada hərbçilərə telefon qadağası - informasiya sızıntısını necə önləməli?

21-02-2019

“Sosial şəbəkələrlə bağlı yeni qanuna ehtiyac yoxdur”

23-01-2017

Osman Gündüz : Azərbaycanda informasiya təhlükəsizliyinin qorunması ilə bağlı ciddi problemlər var

14-01-2015

TQDK-da balların hesablanmasına müdaxilənin mümkünlüyü və ictimai nəzarət haqqında

14-08-2014

Ekspert : Feysbukda nöqtə qoyun istəyi işə yarayırmı?

15-03-2019

Ekspert: Microsoftun son qərarı istifadəçilərdə anlaşılmazlıq yarada bilər

15-01-2020

BƏT süni intellektin əmək şəraiti və məşğulluğu barədə hesabat hazırlayıb

24-04-2025

WhatsApp vasitəsilə zənglərə qadağanın MTN-lə əlaqəsi varmı?

16-11-2015

Dövlət internet mediaya dəstək göstərəcək

18-01-2016

Azərbaycanda gizli telefon dinləmələri

30-11-2009

İnsident menecment açar sözlərlə axtarış aparacaq

25-07-2018

Avtomobil sahiblərinin nəzərinə-Kiber təhlükə

24-04-2018

Süni intellektə emosional bağlılıq insanlar arasında əlaqəni məhv edir

14-04-2025

“Belə görünür ki, BTRİB MTN -nin tam nəzarətində olub”

13-11-2015

Bloklanmış saytların qara siyahısı tezliklə hazırlanmalıdır-EKSPERT

13-07-2018

Hakerlər artıq süni intellekti süni intellektə qarşı istifadə edir

05-04-2025

Ağıllı televizor almaq məsləhətdirmi ?

02-02-2016

ETX: Yeni qanunvericilik vətəndaşların məlumatlarının təhlükəsizliyi daha da gücləndirəcək

09-10-2025

Ülvi Mehdiyev: Azərbaycan yeni çağırışlara hazırdır

24-10-2025

Süni intellekt insanların beynində “hallüsinasiyalar” yarada bilər

25-09-2024





sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə