Western Digital Corporation (WDC) dünyanın ilk 10 TB yaddaşa malik heliumlu sərt disklərini yaxın vaxtlarda satışa təqdim edəcəyini bildirib.
Xeberler.az-ın xarici mətbuata istinadən verdiyi məlumata görə, WDC şirkəti üçüncü nəsil helium diskli 10 TB PMR-ni (perpendikulyar maqnit tipli oxuyucu) yaxın vaxtlarda satışa təqdim edəcək.
Əvvəlki nəsil sərt diskdən 2 TB daha yüksək yaddaş sahəsinə malik olan disk hər terabayta görə 56 faiz daha az enerji sərfi və 0.5 watt məhsuldarlıq kimi xüsusiyyətlərə malikdir.
Bununla da dünya səviyyəsindəki bütün sərt disklərdən daha funksional xüsusiyyətlərə malik olduğu bildirilib.
Bu sərt disklər SATA 6.0 GB/s və SAS 12 GB/s dəstəkləyir. Digər funksiyalarına isə TCG ilə SATA vasitəsilə məlumatların təhlükəsiz silinməsi və şifrələnməsi kimi xüsusiyyətlər də aiddir. Bu xüsusiyyətlərlə sərt disklərində yüksək həcmli məlumatlar saxlayan və təhlükəsizliyinə diqqət yetirən şirkətlərin 10 TB-lıq helium disklərindən istifadə etməsi mümkün olacaq.
HGST Ultrastar markası ilə satışa təqdim olunacaq sərt disklərə 5 illik zəmanət veriləcək. Məhsulun qiymətini açıqlamayan WDC şirkəti satışa təqdim etmədən qısa bir müddət əvvəl rəsmi qiymətini açıqlayacaqlarını bildirib.
Ağasəf Haqverdiyev
Televiziyaların reytinqini kim ölçür, necə ölçür və nəticələr ağlabatan olacaqmı?
Nazirlik inkubasiya mərkəzlərini niyə topladı? –Şərh
Windows 10-u necə sürətləndirmək olar?
Bizi idarə edən güc: Netokratiya
Tor: şəbəkənin nəzarətindən azad olmaq imkanı
Facebook müəmması
4G mobil texnologiyası niyə ləngiyir?
Rəqəmli yayım: mərkəzdən kənarda yaşayanlar nə etsin?
“Asan imzanı belə gördüm”- Azər Həsrət
Azərbaycanda e-hökumətin inkişafinda yeni sosial tələbləri nəzərə alan xidmətlərin genişləndirilməsi perspektivləri