Polad və titaniumdan daha sağlam Turing Phone gəlir

27-04-2015 / 16:47

Özəl məlumatlarınızın gizli tutulması üçün ağıllı telefonunuzun olması vacib şərtlərdən biridir. İstifadə etdiyiniz cihazın başqasının əlinə keçməsini və məlumatlarınızın ələ keçirilməsinin qarşısını almaq üçün müxtəlif yollardan istifadə edirik. Bu yolardan ən çox istifadə etdiyimiz isə telefona şifrə qoymaqdır.

Xəbərlər-in xarici mətbuata istinadən məlumatına görə,Turing Robotic Industries (TRI) firması bu baxımdan şəxs doğrulama texnologiyasını istifadə edən telefon yaradıb. Şirkətin Turing adını verdiyi cihaz daha ciddi qorumalı tora sahibdir.

Telefonunuzun başqasının əlinə keçməsindən qorxmadan Turing Phone-da olan “Turing açarı” adlı bir təhlükəsizlik çipi vasitəsilə sosial təhlükəsizlik və bank hesab şifrələrinizi cihazda saxlaya bilərsiz.

Yaz aylarında satışa təqdim edilməsi gözlənilən Turing phone-nun texniki xüsusiyyətləri və qiymət məlumatları isə bu şəkildədir:

 2.5GHz dörd nüvəli Qualcomm Snapdragon 801 prosessor

 5.5-düym 1920x1080p HD ekran

 13 MP arxa, 8 MP ön kamera

 Android 5.0 Lollipop əməliyyat sistemi

 3,000 mAh batareya

Turing Phone-un üç fərqli saxlama variantı var və bunlardan 64GB-lık modelin 700-750 dollardan, 128GB-lık versiyasının isə 870 dollardan satışa təqdim edilməsi gözlənilir. 16GB-lik saxlama sahəsinə sahib modelin isə qiyməti hələ bilinmir.

Sevinc Əsədova


ŞƏRHLƏR






sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə