"Japan Industrial Partners" adlı yapon şirkətinin satın aldığı VAIO markasının adını daşıyacaq ağıllı telefonunu bazara çıxacarağı bildirib. VAIO Phone olaraq adlandırılan telefon ilk olaraq Yaponiyada 20 martda bazara çıxarılacaq.
Yaponiyanın nisbətən kiçik mobil operatorlarından olan b-carrier razılaşmasıyla istifadəçilərlə görüşəcək telefon orta səviyyəli Android əsaslı ağıllı telefonlar sinfinə daxil olur. Telefonun xüsusiyyətlərinə yaxından baxdığımızda Android 5.0 əməliyyat sistemi, 13 megapiksel arxa, 5 megapiksel ön kamera, 2GB Ram, 64 GB-a qədər upgrade, 16 GB daxili yaddaş və 1.2 GHZ prosessora malik olduğunu görürük. VAIO Phone, həmçinin, 720P təsvirli ekrana sahibdir.
Telefon üçün təyin olunan qiymət isə təxminən 420 dollardır. Xüsusiyyətləri göz önünə alındığında qiymətin yüksək tutulduğunu söyləyə bilərik.
Sevil Rəsulzadə
Televiziyaların reytinqini kim ölçür, necə ölçür və nəticələr ağlabatan olacaqmı?
Nazirlik inkubasiya mərkəzlərini niyə topladı? –Şərh
Windows 10-u necə sürətləndirmək olar?
Bizi idarə edən güc: Netokratiya
Tor: şəbəkənin nəzarətindən azad olmaq imkanı
Facebook müəmması
4G mobil texnologiyası niyə ləngiyir?
Rəqəmli yayım: mərkəzdən kənarda yaşayanlar nə etsin?
“Asan imzanı belə gördüm”- Azər Həsrət
Azərbaycanda e-hökumətin inkişafinda yeni sosial tələbləri nəzərə alan xidmətlərin genişləndirilməsi perspektivləri