Joe Hollier və Kaiwei Tang-in birgə yaratdığı yeni telefon Light Phone-un yeganə özəlliyi zəng etmə funksiyasıdır. Yəni, bu telefonla nə şəkil çəkmək, nə də İnternetə daxil olmaq mümkündür.Lakin telefonun qaranlıqda işıq saçmaq qabiliyyəti var.
Xəbərlər-in xarici mətbuata istinadən verdiyi məlumata görə, telefonun batareyası çox özəlliyinin olmamasına görə 20 gün fasiləsiz fəaliyyət göstərə bilir.
Əsl xoşbəxtliyi hər anı yaşamaqda görən telefon istehsalçıları indiki dövrdə insanlar vaxtlarının çox hissəsini ekrana baxaraq keçirdiklərini bildiriblər.Qeyd ediblər ki, Light Phone-u balansı qorumaq üçün yaradıblar. Yeni telefonun yaradılma məqsədi mümkün qədər az istifadə olunmağa nail olmaqdır. Telefonun 20 günlük batareya ömrünün olması zəlzələ, sel kimi fəlakətlər zamanı çox əhəmiyyətli olacağı bildirilib.
Qiyməti 100 dollar olan telefonu nə qədər marağa səbəb olacağını zaman göstərəcək.
Sevinc Əsədova
Televiziyaların reytinqini kim ölçür, necə ölçür və nəticələr ağlabatan olacaqmı?
Nazirlik inkubasiya mərkəzlərini niyə topladı? –Şərh
Windows 10-u necə sürətləndirmək olar?
Bizi idarə edən güc: Netokratiya
Tor: şəbəkənin nəzarətindən azad olmaq imkanı
Facebook müəmması
4G mobil texnologiyası niyə ləngiyir?
Rəqəmli yayım: mərkəzdən kənarda yaşayanlar nə etsin?
“Asan imzanı belə gördüm”- Azər Həsrət
Azərbaycanda e-hökumətin inkişafinda yeni sosial tələbləri nəzərə alan xidmətlərin genişləndirilməsi perspektivləri