Polşa Prezidentinin Administrasiyasının rəhbəri Zbiqnev Boqutski Ukraynada “Starlink” internetinin kəsiləcəyinə dair planlar olduğu barədə məlumatı təkzib edib.
Xeberler.az məlumat verir ki, o, bu barədə “X” sosial şəbəkəsindəki hesabında paylaşım edib.
Z.Boqutski qeyd edib ki, Ukrayna qaçqınlarına dəstək göstərməklə bağlı qanununa qoyulan veto Ukraynanı “Starlink” internetindən ayıra bilməz: “Çünki bu qoşulma üçün xərclər mövcud qanunvericiliyin müddəaları əsasında maliyyələşdirilir və Polşanın Prezidenti tərəfindən Seymə təqdim edilən layihə bu vəziyyəti dəstəkləyir”.
Mövcud Polşa qanunvericiliyinə əsasən, Ukrayna üçün “Starlink” əlaqəsinin təmin edilməsinə dəstək 2025-ci ilə sentyabrın 30-na qədər təmin edilir. Z.Boqutskinin sözlərinə görə, parlament prezidentin təşəbbüsünü sentyabrda - son müddət bitənə qədər səmərəli şəkildə işləyəcək.
Prezident Navrotskinin administrasiyası, həmçinin Polşanın rəqəmsallaşdırma naziri Kşiştof Qavkovskinin "Ukrayna administrasiyasının məlumatlarının təhlükəsiz yerdə saxlanmasına dəstəyin sonu" barədə bəyanatını təkzib edib.
Qeyd edək ki, ötən gün K.Qavkovski “Starlink” terminallarının söndürülməsi riski barədə bəyanat vermişdi.
Televiziyaların reytinqini kim ölçür, necə ölçür və nəticələr ağlabatan olacaqmı?
Nazirlik inkubasiya mərkəzlərini niyə topladı? –Şərh
Windows 10-u necə sürətləndirmək olar?
Bizi idarə edən güc: Netokratiya
Tor: şəbəkənin nəzarətindən azad olmaq imkanı
Facebook müəmması
4G mobil texnologiyası niyə ləngiyir?
Rəqəmli yayım: mərkəzdən kənarda yaşayanlar nə etsin?
“Asan imzanı belə gördüm”- Azər Həsrət
Satışa çıxarılmış Azərbaycan adları