“Starlink” internet şəbəkəsində nasazlıq yaranıb

15-09-2025 / 11:25

“Starlink” peyk internet şəbəkəsinin işində bütün dünya üzrə kəsintilər qeydə alınıb.

Xeberler.az bildirir ki, bu barədə populyar internet resurslarının nasazlıqlarını izləyən “Downdetector” məlumat yayıb.

Bildirilir ki, bazar ertəsi günü səhər saatlarında Starlink xidmətində yaranmış fasilələrlə bağlı müraciətlərin sayı təxminən 50 minə çatıb. Sorğular, o cümlədən Ukraynada qeydə alınıb.

Amerikalı iş adamı İlon Maskın SpaceX şirkətinə məxsus “Starlink” peyk şəbəkəsi planetin istənilən yerində genişzolaqlı internetə çıxışı təmin edir. Ukrayna Silahlı Qüvvələri də bu sistemdən döyüş bölgəsində fəal şəkildə istifadə edir. Terminallar onlara Qərb müttəfiqləri tərəfindən verilir.


ŞƏRHLƏR






sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə