Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin tabeliyindəki “AzInTelecom” MMC-nin yaratdığı SİMA KYC rəqəmsal həlli “Push30” mobil tətbiqinə inteqrasiya olunub.
Artıq “Push30” istifadəçiləri SİMA KYC vasitəsilə öz hesablarından daha etibarlı şəkildə istifadə edə biləcəklər. Belə ki, istifadəçi xidmət məntəqəsinə (idman zalı, üzgüçülük mərkəzi, pilates salonu və s.) daxil olmazdan əvvəl onun identifikasiyası (üztanıma testi) aparılacaq. Üztanıma testi sayəsində şəxsin həqiqətən də “Push 30” istifadəçisi olub-olmadığı müəyyən ediləcək. Üz cizgiləri hesab sahibinin siması ilə üst-üstə düşməyən şəxslərin məntəqəyə girişinə icazə verilməyəcək.
İnteqrasiyanın məqsədi “Push30” hesablarının başqaları tərəfindən ələ keçirilməsinin qarşısını almaq, eləcə də müştəri məmnuniyyətini təmin etməkdir.
SİMA KYC qurumlar və istifadəçilər arasında rəqəmsal körpü rolunu oynamaqla şəxsin identifikasiyasını real vaxt rejimində əldə etmək imkanı yaradır. Bu həll vətəndaşın şəxsiyyətini təsdiqləmək üçün lazım olan bütün proseslərdə tətbiq oluna bilər. SİMA KYC ilə bağlı daha ətraflı məlumatı www.sima.az saytından və “157” Zəng Mərkəzi ilə əlaqə saxlayaraq əldə edə bilərsiniz.
Televiziyaların reytinqini kim ölçür, necə ölçür və nəticələr ağlabatan olacaqmı?
Nazirlik inkubasiya mərkəzlərini niyə topladı? –Şərh
Windows 10-u necə sürətləndirmək olar?
Bizi idarə edən güc: Netokratiya
Tor: şəbəkənin nəzarətindən azad olmaq imkanı
Facebook müəmması
4G mobil texnologiyası niyə ləngiyir?
Rəqəmli yayım: mərkəzdən kənarda yaşayanlar nə etsin?
“Asan imzanı belə gördüm”- Azər Həsrət
Azərbaycanda e-hökumətin inkişafinda yeni sosial tələbləri nəzərə alan xidmətlərin genişləndirilməsi perspektivləri