Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi ilə “İKT LAB” Tətbiq və Tədris Mərkəzi 2022-ci ildə qadınların informasiya texnologiyaları (İT) sahəsində inkişafına dəstək vermək üçün yeni təşəbbüslərə start verir.
Xeberler.az məlumat verir ki, xanımların İT üzrə bilik və bacarıqlarının artırılması məqsədilə ödənişsiz “İT əsasları”
təliminə qeydiyyat başlayıb.
Bakı şəhərində 3 ay davam edəcək təlim sinif formatında keçiriləcək. Dərslərə Azərbaycanın müxtəlif regionlarından olan qadınlar da onlayn qoşula biləcəklər. Təlimi uğurla bitirənlər Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin “İKT LAB” Tətbiq və Tədris Mərkəzinin sertifikatı ilə təltif olunacaqlar.
Treninqlər Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin və UNESCO təşkilatının dəstəyi ilə keçirilən “Gənc İT peşəkarlar” layihəsi çərçivəsində təşkil olunur.
Təlimdə iştirak üçün 23 yanvar 2022-ci ilədək bu link vasitəsilə qeydiyyatdan keçmək
mümkündür.
Qeyd edək ki, yaxın vaxtlarda analoji sinif təlimləri müxtəlif bölgələrdə də təşkil olunacaq.
Televiziyaların reytinqini kim ölçür, necə ölçür və nəticələr ağlabatan olacaqmı?
Nazirlik inkubasiya mərkəzlərini niyə topladı? –Şərh
Windows 10-u necə sürətləndirmək olar?
Bizi idarə edən güc: Netokratiya
Tor: şəbəkənin nəzarətindən azad olmaq imkanı
Facebook müəmması
4G mobil texnologiyası niyə ləngiyir?
Rəqəmli yayım: mərkəzdən kənarda yaşayanlar nə etsin?
“Asan imzanı belə gördüm”- Azər Həsrət
Azərbaycanda e-hökumətin inkişafinda yeni sosial tələbləri nəzərə alan xidmətlərin genişləndirilməsi perspektivləri