Previous Next
Bağla

Qazaxıstan Azərbaycan İT şirkətinə məktub göndərib

15-11-2017 12:11
Qazaxıstan Azərbaycan İT şirkətinə  məktub göndərib

Cybernet tibb sahəsində islahatlara verdiyi töhfəyə görə  Qazaxıstan Respublikası Səhiyyə Nazirliyi tərəfindən təşəkkür  məktubu ilə təltif olunub.

Bu barədə Xeberler.az-a şirkətdən məlumat verilib.

Bildirilib ki, şirkətin əməkdaşları baş direktor İlham Namazov və layihənin direktoru İsmayıl Hüseynli Qazaxıstan tibb təhsili və elmində aparılan islahatlarda iştirakına və Qazaxıstan tibb işçilərinin bilik və bacarıqlarının müstəqil qiymətləndirilməsi sisteminin yaradılmasına verdikləri töhfəyə görə Qazaxıstan Respublikası Səhiyyə Nazirliyi Respublika Səhiyyənin İnkişafı Mərkəzi tərəfindən təşəkkür məktubları ilə təltif olunub.

Dünya Bankının layihəsi çərçivəsində Qazaxıstan Respublikası Səhiyyə Nazirliyinin sifarişi ilə Cybernet Qazaxıstan Respublikası Səhiyyənin İnkişafı Mərkəzi(RSIM) üçün işləyib hazırladığı İnteqrasiya olunmuş informasiya sistemini (İİS) uğurla test edərək təhvil verib.

İİS-in pilot versiyası cari ilin oktyabrında Cybernet əməkdaşlarının və RSİM nümayəndələrinin iştirakı ilə uğurla işə salınıb. Pilot versiyanın istifadəsində iştirak etmiş personal sistemdən istifadənin sadə və etibarlı olduğunu qeyd edib.    

İnteqrasiya olunmuş informasiya sistemi (İİS) təhlükəsiz şəbəkədə kompyuter testləşdirməsinə dair beynəlxalq tələblərə əsasən Dünya Bankının layihəsi çərçivəsində işlənib hazırlanıb.

İİS inzibatçılıq, imtahana hazırlıq prosesinin idarə olunması, praktik vərdişlərin qiymətləndirilməsi, forum, vebinar, axtarış və hesabat sistemi kimi modullardan təşkil olunmuş kompleks bir sistemdir. Bu sistem həkimlər və tibb bacıları, ali tibb məktəblərinin məzunları, rezidentləri, internləri, kollec məzunları, professor-müəllim heyəti üçün nəzəri və praktik imtahanın aparılmasını təmin edir.

Qeydiyyat, testləşdirmə və nəticələrin hesablanması avtomatik qaydada insan amilinin təsiri olmadan həyata keçirilir. Hər bir iddiaçı üçün yaradılan şəxsi elektron kabinet imtahan tarixini və vaxtını seçməyə, habelə imtahanda iştirak ərizəsi verməyə və onun gedişini izləməyə imkan verir.

Testləşdirmənin nəticələri dərhal iddiaçının  şəxsi kabinetinə göndərilir, onların silinməsi və yaxud dəyişdirilməsi mümkün deyil. Sistem informasiyanın və məlumat bazalarının bir neçə müdafiə səviyyəsinə, habelə hər hansı bir informasiya bölümünə səlahiyyətli və icazəsiz girişlərin nəzarətinə malikdir.   

Səhiyyə mütəxəssislərinin bilik və vərdişlərinin qiymətləndirilməsində İİS-in tammiqyaslı tətbiqinə 2018-ci ilin əvvəlindən başlanması planlaşdırılır.

Qazaxıstan Respublikası Səhiyyənin İnkişafı Mərkəzi tərəfindən 2016-cı ildə həyata keçirilmiş bilik və vərdişlərin qiymətləndirilməsi zamanı korrupsiya risklərinin aradan qaldırılması üçün inteqrasiya olunmuş informasiya sisteminin (İİS) işlənib hazırlanmasına dair tenderdə  Cybernet-lə yanaşı Portuqaliya, Slovakiya, Ukrayna, Qazaxıstan və digər ölkələrdən 10 şirkət iştirak edib.

Rusiyanın Bars Group şirkəti ilə konsorsiumda olan Cybernetşirkəti tenderdə qalib gəlib və  2016-cı il dekabrın 6-da Astanada Qazaxıstan Respublikası Səhiyyə Nazirliyi ilə bu sistemin işlənib hazırlanmasına dair müqavilə imzalayıb. 

Günel

ŞƏRHLƏR
OXŞAR XƏBƏRLƏR

Nazir Rəşad Nəbiyev Qazaxıstanın ticarət və inteqrasiya naziri Baxıt Sultanovla görüşüb

09-09-2021

Səhiyyə sahəsində rəqəmsal qeydiyyat sistemi yaradılacaq

30-12-2016

Azərbaycanın elektron səhiyyə sahəsində yenilik

09-12-2015

Elektron səhiyyə ilə bağlı seminar keçirilib

05-04-2019

Səhiyyə müəssisələrinin elektron poçt xidməti vahid domendə birləşdi

09-03-2011

2023-cü ildən etibarən “Elektron Epikriz” səhiyyə işçiləri üçün əlçatandır

25-02-2023

Qazaxıstan və Monqolustan investisiya sazişi imzalayıblar

30-10-2024

Azərbaycanda xəstəlik vərəqələri elektron veriləcək

04-04-2023

İT şirkətlərimiz birgə layihə reallaşdırır

04-12-2015

Azərbaycanın İT şirkəti Tacikistanda vergi informasiya sisteminin tətbiqinə başlayıb

05-09-2013

“Səhiyyə sisteminin transformasiyası çərçivəsində əczaçılıq sektorunun rəqəmsallaşdırılması” layihəsi təqdim edilib

16-01-2024

"Elektron Səhiyyə" internet portalı yenilənib

28-02-2011

Azərbaycanda e- səhiyyə ilə bağlı hansı problemlər var?

26-01-2018

Tibbi arayışların verilməsi ilə bağlı elektron registr yaradılıb

22-12-2014

Qazaxıstan-Çin sərhədində “Ağıllı gömrük” pilot layihəsinə start verilib

23-07-2025

Naxçıvanda e-səhiyyə sistemi qurulur

04-11-2025

“Elektron resept tibbi məlumatlara əlçatanlığı təmin edəcək”

17-01-2024

”Elektron səhiyyə” portalı yeniləndi

17-12-2015

Azərbaycanda 20 həkimə 1 kompüter düşür

19-05-2015

İT şirkətlərimiz beynəlxalq tenderdə iştirak edir

31-03-2016

Elektron Səhiyyə Mərkəzinə 31 minə yaxın müraciət edilib

27-12-2015

Qazaxıstan və Çin süni intellekt laboratoriyasının yaradılması üzrə layihəyə başlayacaq

09-02-2025

Rəşad Nəbiyev Qazaxıstanın nümayəndə heyəti ilə görüşüb

06-08-2025

Tokayev: “Qazaxıstan İT xidmətlərinin ixracını 1 milyard dollara çatdırmağı planlaşdırır”

12-12-2023





sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə