Previous Next
Bağla

Qazaxıstan şirkəti Azərbaycan dilində mobil oyun hazırlayıb

10-10-2019 10:05
Qazaxıstan şirkəti Azərbaycan dilində mobil oyun hazırlayıb

Qazaxıstanın İT proqramçıları Azərbaycan dilində “İQ uşaq” mobil oyunu hazırlayıblar.

Xeberler.az bildirir ki, proqramın yaradıcılarından “QazNat” şirkətinin rəhbəri Almas Tapiyev bildirib ki, oyunda körpələrin maraq dairəsinə uyğun mövzulara müraciət edilib.

“Uşaqlarda son zamanlar mobil telefonlara, elektron qurğulara həddindən çox maraq yaranıb. Onların bundan səmərəli istifadə etməsi, maariflənməsi üçün bu cür oyunlar valideynlərə kömək edəcək. Qonşu ölkələrlə maraqlandıq bu sahədə mobil oyunların azlıq təşkil etdiyini öyrəndikdən sonra “İQ bala” “İQ uşaq” proqramını hazırlamaq qərarına gəldik”.

Almas Tapiyev bu proqramın yaranmasını Qazaxıstanın latın əlifbasına keçdikdən sonra ölkədə qazax dilində keyfiyyətli proqramların olmamasından irəli gəldiyini bildirib.

Mütəxəssis deyib ki, qazax və Azərbaycan dillərinin oxşarlığı işin gedişatını daha da asanlaşdırıb. Yaxın iki həftədə proqramın tam versiyası buraxılacaq. Oyunun test variantı artıq hazırdır. Pulsuz proqram hamının istifadəsi üçün açıq olacaq. Proqram bir yaşından yuxarı, yəni danışmağa başlayan uşaqlar üçün nəzərdə tutulub. Məqsəd onlarda doğma dili daha da təkmilləşdirməkdir.

Oyunda müxtəlif mövzular üzrə test sualı mövcuddur. Oyunçular smartfonlarından ayrılmadan öyrənmək və əylənmək imkanı qazanacaq. Oyunda insan bədəni, rənglər, heyvanlar aləmi kimi mövzular sırf uşaqların intelektual biliklərinin yeni texnologiyaların köməyi ilə artırılmasına fokuslanıb.

Proqramın Azərbaycan dilinə tərcüməsini Nur-Sultan şəhərinin Linqvistika məktəbinin rəhbəri və müəlliməsi Nərgiz Kərəmova edib. O deyib: “Azərbaycan dili çox zəngindir, buna görə də “QazNat” şirkəti proqramın tərcüməsi üçün müraciət edəndə çalışdım uşaqların anlayacağı və yadda saxlaya biləcəkləri sözlərdən istifadə edim”.

Qeyd edək ki, 10 günə başa gələn tərcüməni məktəbin şagirdi Ümid səsləndirib.

ŞƏRHLƏR
OXŞAR XƏBƏRLƏR
Dilmanc proqramından istifadə sayı açıqlanıb

Dilmanc proqramından istifadə sayı açıqlanıb

23-11-2015
Artıq, iPhone cinsi məzmun daşıyan mesajları göndərməyəcək

Artıq, iPhone cinsi məzmun daşıyan mesajları göndərməyəcək

18-10-2010
Dilmanc mobil telefonlarda!

Dilmanc mobil telefonlarda!

13-12-2013
Dilmanc Translator tərcümə proqramının yeni versiyası istifadəyə verilib

Dilmanc Translator tərcümə proqramının yeni versiyası istifadəyə verilib

11-07-2014
Internet Explorer 9 ( 4-cü buraxılış) təqdim olunub

Internet Explorer 9 ( 4-cü buraxılış) təqdim olunub

24-08-2010
Meta UNESCO ilə birgə yeni proqram başladıb

Meta UNESCO ilə birgə yeni proqram başladıb

08-02-2025
Qazaxıstanda uşaqlar üçün SİM kartlar tətbiq ediləcək

Qazaxıstanda uşaqlar üçün SİM kartlar tətbiq ediləcək

12-03-2025
Brothers in Arms 3 oyunu mobil platformalara gətirilib

Brothers in Arms 3 oyunu mobil platformalara gətirilib

22-12-2014
Ətrafdakı Wi-Fi dalğalarını görmək üçün yeni proqram hazırlanıb

Ətrafdakı Wi-Fi dalğalarını görmək üçün yeni proqram hazırlanıb

27-11-2015
Azərbaycan dilinə elektron tərcümə problemi

Azərbaycan dilinə elektron tərcümə problemi

10-04-2019
Ukraynanın İT şirkəti Rusiyanın saytlarını bloklayan kompüter oyunu hazırlayıb

Ukraynanın İT şirkəti Rusiyanın saytlarını bloklayan kompüter oyunu hazırlayıb

28-02-2022
Elmi biliklərinizi mobil tətbiqlərimizlə artırın

Elmi biliklərinizi mobil tətbiqlərimizlə artırın

15-09-2015
Azərbaycanda ilk dəfə jest dili lüğətinin veb səhifəsi hazırlanır

Azərbaycanda ilk dəfə jest dili lüğətinin veb səhifəsi hazırlanır

05-03-2021
Kaspersky və Skill Cup uşaqların onlayn təhlükəsizliyi üzrə mobil kursa başlayıb

Kaspersky və Skill Cup uşaqların onlayn təhlükəsizliyi üzrə mobil kursa başlayıb

30-06-2021
40 dilə tərcümə edən qulaqlıqlar

40 dilə tərcümə edən qulaqlıqlar

06-10-2017
“4SIM Azerbaijan” süni intellekt imkanlarından Azərbaycan iqtisadiyyatının artım tempini sürətləndirmək üçün istifadə edəcək

“4SIM Azerbaijan” süni intellekt imkanlarından Azərbaycan iqtisadiyyatının artım tempini sürətləndirmək üçün istifadə edəcək

17-10-2024
Bölgələrdə kompüter biliklərinin artırılması üçün xüsusi proqram hazırlanmışdır

Bölgələrdə kompüter biliklərinin artırılması üçün xüsusi proqram hazırlanmışdır

08-10-2008
Neyroşəbəkə əsasında ilk oflayn tərcüməçi

Neyroşəbəkə əsasında ilk oflayn tərcüməçi

23-04-2018
Televiziyalara informasiyaları işarət dilinə tərcümə etmə tələbi qoyulub

Televiziyalara informasiyaları işarət dilinə tərcümə etmə tələbi qoyulub

25-04-2025
“Samsung” smartfonlar üçün oyun pultu istehsal edib

“Samsung” smartfonlar üçün oyun pultu istehsal edib

18-12-2013
Disklərin yazılması üçün sadə proqram

Disklərin yazılması üçün sadə proqram

05-09-2008
Uşaqlar elektron qurğuları gəzməyə və danışmağa  başlamadan öyrənir

Uşaqlar elektron qurğuları gəzməyə və danışmağa başlamadan öyrənir

28-04-2015
Uşaqlar üçün Messenger  Proqramı çıxdı.

Uşaqlar üçün Messenger Proqramı çıxdı.

10-03-2009
Əfsanəvi Age of Empires oyunu telefonda

Əfsanəvi Age of Empires oyunu telefonda

09-12-2015





sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə