Previous Next
Bağla

Kaspersky və Skill Cup uşaqların onlayn təhlükəsizliyi üzrə mobil kursa başlayıb

30-06-2021 17:09
Kaspersky və Skill Cup uşaqların onlayn təhlükəsizliyi üzrə mobil kursa başlayıb

Kaspersky Skill Cup mikroöyrənmə platforması əsasında ödənişsiz onlayn kursa başlayıb. Proqram uşaqların internetdə təhlükəsizliyi üzrə ekspertlər və Kaspersky Academy komandası tərəfindən hazırlanıb. Proqramın əsas məqsədi rəqəmsal təhlükəsizlik və etik məsələlərin öhdəsindən gəlmək üçün valideynlər və uşaqlara yardım etməkdir.

Mikrokurs bütün dünya üzrə iOS və Android cihazları üçün Skill Cup mobil tətbiqetməsində ingilis və rus dillərində mövcuddur. Kursun proqramı hər birində istifadəçilər üçün bir sıra interaktiv dərslər təqdim olunan dörd mövzu blokundan ibarətdir. Onlar vasitəsilə sosial mediada məxfilik, təhlükəsiz və etik davranış mövzuları açıqlanır, uşaqların internetdə qarşılaşa biləcəkləri əsas təhdidlər, həmçinin uşaqların rəqəmsal maraqları barədə danışılır. Bütün materiallar müxtəlif formatlarda təqdim olunur: məqalələr, videolar və infoqrafika. Hər bir dərsin sonunda biliyinin qiymətləndirilməsi və mövzunu daha yaxşı mənimsəməsi üçün istifadəçidən kiçik bir test keçməsi istənilir. Kurs ingilis və rus dillərində mövcuddur.

“Bu gün uşaqları cihazlarsız təsəvvür etmək çətindir. Bundan əlavə, sorğu nəticələri də göstərir ki, əksər hallarda valideynlər uşaqlarını smartfon və ya tabletlə çox erkən yaşda tanış edirlər. Təəssüf ki, böyüklər uşaqların onlayn təhlükəsizliyinə diqqət yetirməyə, yəni onlara hesabların məxfiliyinin necə qurulacağı və ya fırıldaqçıların necə tanınacağı barədə danışmağa hər zaman vaxt tapmırlar”, - deyə Kaspersky-nin Azərbaycandakı nümayəndəsi Müşviq Məmmədov bildirib. "Valideynlərə kömək etmək üçün, Skill Cup-la birlikdə hər an və demək olar ki, hər yerdə keçilə bilən mobil mikrokurs hazırladıq."

“Bu gün həm uşaqlar, həm də böyüklər geniş bir sosial şəbəkə seçiminə öyrəşiblər: TikTok, YouTube və digərləri. Bu səbəbdən də, təlim formatı öyrənmə nöqteyi- nəzərindən də onların vərdişlərinə uyğun olmalıdır. Biz Skill Cup-da mikroöyrənmədən istifadə edirik: bu format bilik əldə etmə prosesini maraqlı və əyləncəli edir”, - deyə Skill Cup-ın təsisçisi və rəhbəri Roman Mandrik bildirib.

Kurs haqqında daha geniş məlumatı buradan əldə edə bilərsiniz: https://www.skillcup.ru/kaspersky.

ŞƏRHLƏR
OXŞAR XƏBƏRLƏR
Kaspersky: valideynlər uşaqları ilə internet təhlükəsizliyi qaydalarını müzakirə edib

Kaspersky: valideynlər uşaqları ilə internet təhlükəsizliyi qaydalarını müzakirə edib

20-02-2020
Valideynlər uşaqlarının hansı videolara baxdıqlarını  izləyə biləcəklər

Valideynlər uşaqlarının hansı videolara baxdıqlarını izləyə biləcəklər

01-06-2022
Kaspersky: Valideynlərin dörddə biri yeni doğulmuş körpələrə qadjet verir

Kaspersky: Valideynlərin dörddə biri yeni doğulmuş körpələrə qadjet verir

17-01-2020
“Kaspersky” "Təhlükəsiz internet" mövzusunda seminar keçirib

“Kaspersky” "Təhlükəsiz internet" mövzusunda seminar keçirib

06-03-2020
 “Valideynlər övladını kibertəhlükədən qorumur”

“Valideynlər övladını kibertəhlükədən qorumur”

15-11-2016
Kaspersky 2021-ci ilin payızında uşaqların hansı internet məzmunla maraqlandığını araşdırıb

Kaspersky 2021-ci ilin payızında uşaqların hansı internet məzmunla maraqlandığını araşdırıb

14-01-2022
Kaspersky: Smartfon istifadəçiləri şifrələrini tərəf müqabillərindən gizlətmir

Kaspersky: Smartfon istifadəçiləri şifrələrini tərəf müqabillərindən gizlətmir

07-01-2022
Kaspersky Lab şirkəti uşaqların bu yay nə ilə maraqlandıqlarını araşdırıb

Kaspersky Lab şirkəti uşaqların bu yay nə ilə maraqlandıqlarını araşdırıb

03-09-2018
Uşaqların narkotik saytlara marağı artıb- Reytinq cədvəli

Uşaqların narkotik saytlara marağı artıb- Reytinq cədvəli

02-06-2017
Kaspersky: Əməkdaşlar öz kiber təhlükəsizlik biliklərini yüksək qiymətləndirir

Kaspersky: Əməkdaşlar öz kiber təhlükəsizlik biliklərini yüksək qiymətləndirir

25-09-2020
Kaspersky Lab Azərbaycanda Yeni il tətilində uşaqların internetdə nə axtardıqlarını müəyyənləşdirib

Kaspersky Lab Azərbaycanda Yeni il tətilində uşaqların internetdə nə axtardıqlarını müəyyənləşdirib

04-02-2019
“Kaspersky zərərli hədəf hücumlarına qarşı əks-mühəndislik tədbirləri üzrə onlayn kurs təqdim edir…”

“Kaspersky zərərli hədəf hücumlarına qarşı əks-mühəndislik tədbirləri üzrə onlayn kurs təqdim edir…”

19-04-2021
Kaspersky Lab uşaqlar üçün yeni xidmət istifadəyə verib

Kaspersky Lab uşaqlar üçün yeni xidmət istifadəyə verib

29-07-2016
Şagirdləri internetdə zərərli məlumatlardan necə qorumaq olar?

Şagirdləri internetdə zərərli məlumatlardan necə qorumaq olar?

15-09-2016
Şəbəkə uşaq oyuncağı deyil: uşağı internetdə necə qorumalı

Şəbəkə uşaq oyuncağı deyil: uşağı internetdə necə qorumalı

26-08-2022
Kaspersky: Valideynlər internetdən istifadədə özlərinə nəzarət etmir

Kaspersky: Valideynlər internetdən istifadədə özlərinə nəzarət etmir

24-10-2019
Kaspersky-dən yaşlı nəslin kiber təhlükəsizliyinə dair məsləhətlər

Kaspersky-dən yaşlı nəslin kiber təhlükəsizliyinə dair məsləhətlər

11-12-2020
Kaspersky yeni təlim proqramına start verir

Kaspersky yeni təlim proqramına start verir

21-05-2020
Uşaqların internet dünyası araşdırıldı

Uşaqların internet dünyası araşdırıldı

07-07-2018
Azercell internet təhlükəsizliyi ilə bağlı yeni layihəsini təqdim edib

Azercell internet təhlükəsizliyi ilə bağlı yeni layihəsini təqdim edib

01-06-2016
Azərbaycanlı uşaqlar ən çox əyləncəli multimedianı seçir

Azərbaycanlı uşaqlar ən çox əyləncəli multimedianı seçir

04-06-2019
Azərbaycanda uşaqların təxminən üçdə biri hər gün video oyun oynayır

Azərbaycanda uşaqların təxminən üçdə biri hər gün video oyun oynayır

19-05-2020
Sosial mediada uşaqları təhlükələrdən necə qorumalı?

Sosial mediada uşaqları təhlükələrdən necə qorumalı?

20-02-2017
Yeni qurğu uşaqların qadcetlərdən asılılığını məhdudlaşdıracaq

Yeni qurğu uşaqların qadcetlərdən asılılığını məhdudlaşdıracaq

04-09-2018





sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə