Previous Next
Bağla

Azərbaycan dilinə elektron tərcümə problemi

10-04-2019 18:25
Azərbaycan dilinə elektron tərcümə problemi

Azərbaycan dilinin rəqəmsallaşması sahəsində vəziyyət kifayət qədər problemlidir. Belə ki, internet resurslarında olan tərcümə proqramlarından istifadə edərək hansısa xarici dildə olan cümlələri, mətni Azərbaycan dilinə çevirmək istədikdə, dilimizin qaydalarına uyğun gəlməyən cümlələr alırıq. Bu, bir çox sahələrdə Azərbaycan vətəndaşlarına problemlər yaradır.

Xeberler.az  məlumat verir ki, Maliyyəçi professor Saleh Məmmədovun bildirdiyinə görə, ABŞ, Avropa, Şərqi Asiya alimlərinin dahi kəşfləri hesabına dünya virtuallaşır, həyat tamamilə rəqəmsallaşır (elektronlaşır): 

“Əslində rəqəmsallaşma dildən başlayır, yəni rəqəmsal dilin yaradılmasından. Rəqəmsallaşmanın ana dili ingilis dilidir, amma hər bir ölkə bu prosesə müvəffəqiyyətlə qoşulmaq üçün öz dilinin rəqəmsal variantını yaratmalıdı. Əksəriyyət ölkələr bunu uğurla etmişlər, məsələn, yaponlar, ruslar, avropalılar, koreyalılar və s. Müsəlman ölkələri arasında azacıq hərəkətlənmə türklərdə və qazaxlarda var. Bizim dilçilərimizin böyük əksəriyyəti hələ özləri kompüterdən istifadə etməyi bacarmırlar, həm də elektron həyatın ana dili olan ingilis dilini və bizə daha yaxın rəqəmsal rus dilini dövriyyəyə buraxmaq istəmirlər, o da qalsın sizin ifadə etdiyiniz tərcümə məsələsinə”.

Professorun fikrincə, ilk növbədə rəqəmsal Azərbaycan dili yaratmaq lazımdı. Rəqəmsal Azərbaycan dili dərsliyi (web və mobil əlavəsi ilə bütün şəbəkələrdə yerləşdirmək şərtilə) yaradılmalıdır: 

“Mükəmməl rəqəmsal əlifba qurulmalıdır (tarix boyu Azərbaycanda istifadə olunan əlifbalar və onların konvertasiyası daxil ). Eyni zamanda mükəmməl rəqəmsal orfoqrafiya və qrammatika sistemi qurulmalıdı. Kompüterdə yazanda (rusca və ya başqa rəqəmsal dillərdə) necə səhvləri proqram düzəldirsə, elə də rəqəmsal Azərbaycan dilində düzəltməlidi. Bundan əlavə, keyfiyyətli tərcümə proqramı işlənməlidi".

S.Məmmədovun sözlərinə görə, hazırda şəbəkələrdə istifadə olunan tərcümə proqramı Google-un bir neçə tərcümə proqramından istifadə edilərək tərcüməni həyata keçirir:

 “Ona görə nəticədə ”erməni budaq cümləsi" alınır. Zatən, real Azərbaycan dilinin ilk dərsliyinin müəllifi də azərbaycanlı olmamışdı, mollaların qorxusundan millətin dil dərsliyini yazmağa millətdən heç kim risk etməmişdi. Azərbaycanlıların ilk ana dili dərsliyinin müəllifi böyük alim, pedaqoq, maarif xadimi A. O. Çernyayevski olub. İnternetdə gedən bütün informasiya axınını Azərbaycan dilinə avtomatik çevirə bilən alt tətbiq proqramı işlənməlidir ki, hər hansı materialı bir azərbaycanlı öz ana dilində oxuya bilsin, həm də bütün əlifbalarda, cənublu - ərəb-fars əlifbasında, rusiyalı azərbaycanlı - kril əlifbasında, bizlər isə latın əlifbasında. Bununla bərabər, hər bir xarici dil daşıyıcıları Azərbaycan dilində olan hər hansı materialı ( hansı əlifbada olursa-olsun) öz ana dilinə çevirib istifadə edə bilsin. Bu proqramların web və mobil əlavələri bütün şəbəkələrdə yerləşdirilməlidir.

Rəqəmsal Azərbaycan dili yalnız 10 milyonluq Azərbaycan Respublikası üçün deyil, 50 milyonluq dünya azərbaycanlıları üçündür, bütün millətin bütövləşməsi üçün vacibdir".

 “Multimedia” İnformasiya Sistemləri Texnologiyaları Mərkəzinin direktoru, Azərbaycan İnternet Forumunun prezidenti Osman Gündüzün dediyinə görə, Azərbaycan dilinin xarici dillərə elektron tərcüməsi sahəsində ciddi problemlər mövcuddur:

 “Azərbaycanda bu sahədə ”Dilmanc" adında layihə həyata keçirilir. Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi bu layihəni icra edir. Layihə çərçivəsində “Dilmanc” adlı tərcümə proqramı da yaradılıb, amma son zamanlar hansı işlərin görüldüyünə dair məlumatım yoxdur. Mikrosoft, Windosun özünün orfoqrafiya proqramları var, Azərbaycan dilində müəyyən qədər düzəlişlər edir. Tam olmasa da, müəyyən səviyyədə. Amma tərcümə sahəsində problemlər var, mövcud tərcümə proqramlarında əldə olunan nəticələr aşağıdır. Bu baxımdan, bu sahədə dövlətin dəstəyi ilə işlərin aparılmasına ehtiyac var".

O.Gündüzün fikrincə, tərcümə proqramlarında Azərbaycan dilinə tərcümələrin keyfiyyətsiz alınmasına dilimizin zəngin olmamasının səbəb olduğuna dair deyilənlər reallığı əks etdirmir: 

“Tərcümədəki problemlər dilimizin zəngin olub-olmaması ilə bağlı deyil. Sadəcə, bu sahədə böyük işlər görülməlidir. Azərbaycanın İT bazarı biznes nöqteyi-nəzərindən balacadır. Ona görə də kommersiya baxımından bu bazar üçün məhsul hazırlamaq gəlirli deyil. Hansısa şirkətin bura investisiya qoyub gəlir götürməsi real deyil. Bu səbəbdən bunu bir sosial layihə kimi dövlət hesabına reallaşdırmaq daha məqsədəuyğun olardı”.  (Yeni Müsavat)

ŞƏRHLƏR
OXŞAR XƏBƏRLƏR

Dilmanc proqramından istifadə sayı açıqlanıb

23-11-2015

Televiziyalara informasiyaları işarət dilinə tərcümə etmə tələbi qoyulub

25-04-2025

Dilmanc mobil telefonlarda!

13-12-2013

“WhatsApp”a tərcümə funksiyası əlavə olunub

24-09-2025

Skype Translator-a 2 yeni dil əlavə olundu

10-04-2015

Skype Translator-a 2 yeni dil əlavə olundu

10-04-2015

Google Translate-in süni intellekti öz dilini yaradıb

08-12-2016

Yeni qulaqlıq dil baryerini aradan qaldıracaq

24-04-2017

Dilmanc Translator tərcümə proqramının yeni versiyası istifadəyə verilib

11-07-2014

“Azərbaycanda “internet media” anlayışı öz əksini tapmayıb”

03-12-2009

“Google” yeni xidmətlər hazırlayır

26-01-2015

Aeroportda meqafon nitqi müxtəlif dillərə tərcümə edəcək

19-11-2015

Bakı Tərcümə Forumu (Baku Translation Forum) keçiriləcək

19-09-2024

Xarici dil öyrənmək istəyənlərə şad xəbər

14-06-2017

IBM tətbiqləri 9 dilə tərcümə edəcək

26-11-2015

www.tercume.asan.az-onlayn tərcümə saytı fəaliyyət göstərir

14-04-2020

Rəqəmsal transformasiyalarla bağlı açıqlama

24-02-2023

Neyroşəbəkə əsasında ilk oflayn tərcüməçi

23-04-2018

PowerPoint təqdimatları real vaxt rejimində tərcümə edəcək

11-05-2017

“Coursera”da bir sıra kurslar ana dilinə dublyaj olunub

01-08-2025

“Orfoqrafiya sözünün özünün düzgün yazılışına ehtiyac var”

07-03-2018

«Google Translate» sisteminə türk dili də əlavə edilib

18-02-2009

Qazaxıstan şirkəti Azərbaycan dilində mobil oyun hazırlayıb

10-10-2019

Dilimizin proqramlarda tətbiq edilməsi ilə bağlı işlər aparılır

01-12-2015





sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə