Previous Next
Bağla

İKTA operator və provayderlərin fəaliyyətinin uyğunluğunu nəzərdən keçirib

04-03-2026 15:04
İKTA operator və provayderlərin fəaliyyətinin uyğunluğunu nəzərdən keçirib

İnformasiya Kommunikasiya Texnologiyaları Agentliyi (İKTA) tərəfindən internet telekommunikasiya xidmətləri göstərən bir qrup operator və provayderlə görüş keçirilib.

Xeberler.az bildirir ki, görüşdə telekommunikasiya sektorunda fəaliyyət göstərən subyektlərin qanunvericilikdən irəli gələn öhdəlikləri ətraflı izah edilib və son dövrlərdə aparılan monitorinqlərin nəticələri əsasında mövcud vəziyyət diqqətə çatdırılıb.

Bildirilib ki, bəzi provayderlər artıq yalnız telekommunikasiya operatorunun şəbəkəsindən istifadə edərək internet telekommunikasiya xidmətinin pərakəndə satışı ilə kifayətlənməyərək, xidmətlərini mülkiyyətlərində olan telekommunikasiya şəbəkəsi, vasitə və qurğuları, o cümlədən kanalları vasitəsilə təqdim edirlər.

İnternet provayderlərin bu fəaliyyəti telekommunikasiya operatorlarının fəaliyyətinə, “Telekommunikasiya haqqında” və “Lisenziyalar və icazələr haqqında” Azərbaycan Respublikasının qanunları ilə irəli sürülmüş məcburi tələblərə uyğun təşkil edilməlidir.

Nəzərə almaq lazımdır ki, telekommunikasiya operatorlarının fəaliyyətində irəli sürülmüş tələblərə riayət edilməməsi qanunvericiliyin pozuntusu hesab olunur və inzibati məsuliyyət yaradır. Bu səbəbdən də telekommunikasiya operatorlarına aid müvafiq fəaliyyəti həyata keçirən internet provayderlər qanunvericiliyə uyğun tədbirlər görməlidir.

Görüşdə, həmçinin internet provayderlərin fəaliyyətinin digər mühüm aspekti olan abunəçilərə dair məlumatlar olan fərdi məlumat informasiya sistemlərinin yaradılması, saxlanılması və istifadəsi məsələləri də xüsusi diqqətə çatdırılıb.

Qeyd olunub ki, operator və provayderlər tərəfindən abunəçilərin şəxsiyyət və əlaqə məlumatları, müqavilə, hesablaşma və ödəniş məlumatları, xidmətlərdən istifadə statistikası, eləcə də digər fərdi məlumatlar toplanılır və müvafiq informasiya sistemlərində emal olunaraq saxlanılır.

“Fərdi məlumatlar haqqında” Azərbaycan Respublikası Qanununa əsasən, fərdi məlumatların informasiya sistemləri Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2010-cu il 17 avqust tarixli, 149 nömrəli qərarı ilə təsdiq edilmiş “Fərdi məlumatların informasiya sistemlərinin dövlət qeydiyyatının aparılması Qaydası”na müvafiq olaraq dövlət qeydiyyatına alınmalıdır.

İKTA tərəfindən bildirilib ki, bu tələb məlumat təhlükəsizliyinin təmin edilməsi, fərdi məlumatların qanuni, təhlükəsiz və məqsədyönlü şəkildə emalı, texniki və təşkilati mühafizə tədbirlərinin tətbiqi baxımından mühüm əhəmiyyət daşıyır.

Görüşdə qanunvericiliyin tələblərinə əməl olunmamasının inzibati məsuliyyət yaratdığı vurğulanıb, zəruri hallarda qanunazidd fəaliyyətin dayandırılması ilə bağlı aidiyyəti səlahiyyətli orqanlarla birlikdə tədbirlərin də tətbiqinin mümkünlüyü qeyd edilib.

İKTA rəsmiləri, həmçinin bildiriblər ki, uyğunluğun formalaşdırılmasında məqsəd bazarda hüquqi müəyyənliyi və bərabər rəqabət mühitini təmin etməkdir. Agentlik sektorun bütün iştirakçılarını qanunvericiliyin tələblərinə uyğun fəaliyyət göstərməyə, telekommunikasiya, lisenziya və icazə, fərdi məlumatların qorunması sahəsində normativ tələblərə uyğunluq prosedurlarını həyata keçirməyə dəvət edir.

ŞƏRHLƏR
OXŞAR XƏBƏRLƏR
İKTA-da internetdən təhlükəsiz istifadə məsələləri müzakirə edilib

İKTA-da internetdən təhlükəsiz istifadə məsələləri müzakirə edilib

18-09-2025
ETX fərdi məlumatların mühafizəsi sahəsində layihəyə start verib

ETX fərdi məlumatların mühafizəsi sahəsində layihəyə start verib

26-05-2026
İnternet istifadəçilərilə bağlanan müqavilə şərtlərinə yenidən baxılır

İnternet istifadəçilərilə bağlanan müqavilə şərtlərinə yenidən baxılır

16-02-2024
İKTA: “Premiumnetaz”ın uçotu ləğv edilib

İKTA: “Premiumnetaz”ın uçotu ləğv edilib

13-01-2026
Azərbaycanda internet provayderlərinin uçotuna başlanılıb

Azərbaycanda internet provayderlərinin uçotuna başlanılıb

28-03-2023
Taksi sifarişi operatoru fəaliyyətinə icazələrin verilməsinə başlanılıb

Taksi sifarişi operatoru fəaliyyətinə icazələrin verilməsinə başlanılıb

16-10-2023
İnternet provayderi seçmək hüququnun pozulması ilə bağlı 17 müraciət həllini tapıb

İnternet provayderi seçmək hüququnun pozulması ilə bağlı 17 müraciət həllini tapıb

05-06-2025
İKTA: Çoxmənzilli bina sakinlərinin operator və provayderləri sərbəst seçmək hüququ təmin edilməlidir

İKTA: Çoxmənzilli bina sakinlərinin operator və provayderləri sərbəst seçmək hüququ təmin edilməlidir

20-02-2025
İKTA operator və provayder əməkdaşları üçün təlim təşkil edib

İKTA operator və provayder əməkdaşları üçün təlim təşkil edib

27-05-2025
CityNet Azərbaycanda ilk dəfə 10 Gbit/s internet sürəti təqdim edir

CityNet Azərbaycanda ilk dəfə 10 Gbit/s internet sürəti təqdim edir

29-07-2023
Bəzi İnternet provayderlər rəqibləri haqqında əsassız məlumatlar yayırlar

Bəzi İnternet provayderlər rəqibləri haqqında əsassız məlumatlar yayırlar

04-07-2023
Hesabatlılıqdan yayınan provayderlər cərimələnib

Hesabatlılıqdan yayınan provayderlər cərimələnib

16-04-2024
Provayderlərə xəbərdarlıq edildi

Provayderlərə xəbərdarlıq edildi

28-02-2024
İKTA operator və provayderlərə düzgün hesabatlılığın aparılması ilə bağlı təlim keçib

İKTA operator və provayderlərə düzgün hesabatlılığın aparılması ilə bağlı təlim keçib

05-02-2024
İnternetin keyfiyyətini necə qaldırmaq olar?

İnternetin keyfiyyətini necə qaldırmaq olar?

02-03-2024
“Ookla”nın saytında İKTA haqqında məqalə dərc olunub

“Ookla”nın saytında İKTA haqqında məqalə dərc olunub

08-10-2025
İnternet operator və provayderlərinin fəaliyyəti müzakirə olunub

İnternet operator və provayderlərinin fəaliyyəti müzakirə olunub

22-05-2023
İKTA: İnternet provayderlərin rəsmi saytları olmalıdır

İKTA: İnternet provayderlərin rəsmi saytları olmalıdır

02-04-2026
Qeydiyyatdan keçməyən fərdi məlumatların işlənilməsinə görə cərimə tətbiq ediləcək

Qeydiyyatdan keçməyən fərdi məlumatların işlənilməsinə görə cərimə tətbiq ediləcək

12-09-2013
Kritik informasiya infrastrukturu obyektlərinin reyestrinin strukturu təsdiqlənib

Kritik informasiya infrastrukturu obyektlərinin reyestrinin strukturu təsdiqlənib

20-07-2023
Uçota alınan internet provayderlərin sayı artdı

Uçota alınan internet provayderlərin sayı artdı

23-02-2024
İKTA internet xidməti göstərən provayder nümayəndələri ilə görüş keçirib

İKTA internet xidməti göstərən provayder nümayəndələri ilə görüş keçirib

06-02-2025
Azərbaycanda internet provayderi cərimələnib

Azərbaycanda internet provayderi cərimələnib

23-01-2026
Prezident İlham Əliyev fərdi məlumatların informasiya sistemlərinin dövlət reyestrinin aparılması qaydalarını təsdiq etdi

Prezident İlham Əliyev fərdi məlumatların informasiya sistemlərinin dövlət reyestrinin aparılması qaydalarını təsdiq etdi

05-10-2010





sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə