Previous Next
Bağla

Rabitə və yüksək texnologiyalar sahəsində gəlirlər artıb

13-07-2015 16:57
Rabitə və yüksək texnologiyalar sahəsində gəlirlər artıb

 “Rabitə və yüksək texnologiyalar sahəsində gəlirlərin artımı 12 faiz təşkil edib  ki, bu da müvafiq ümumdünya orta göstəricisindən təxminən 1.5 dəfə yüksəkdir”.

Xeberler.az-ın məlumatına görə, bunu Rabitə və yüksək texnologiyalar  naziri Əli Abbasov Prezidentin rəhbərliyi ilə bu gün  keçirilən Nazirlər Kabinetinin 2015-ci ilin birinci yarısının sosial-iqtisadi inkişafının yekunlarına həsr olunmuş iclasında deyib.

Nazir bildirib ki,telekommunikasiya sektorunda mobil rabitə xidmətləri göstərən üç operatorun ümumi gəlirləri ötən ilin uyğun dövrünə nisbətdə təxminən 6 faiz artıb,  bütün ölkə üzrə 3-cü, Bakı və Abşeron yarımadasında isə 4-cü nəsil texnologiyasının tətbiqi genişləndirilib.

Əli Abbasov vurğulayıb ki, beynəlxalq telekommunikasiya İttifaqının hesabatına əsasən, ölkəmiz ərazisinin 100 faizli  3-cü nəsil örtüyünə malik olan 40 ölkə sırasındadır:

“ Stasionar rabitə xidmətlərinin genişləndirilməsi istiqamətində, hesabat dövründə, əsasən kəndlərdə optik rabitə infrastrukturunun inkişafına diqqət verilib. Son altı ayda 100-dən çox kəndin bu sistemə çıxışı təmin olunmuş və beləliklə, Azərbaycan kəndlərinin 80%-i müasir standartlara cavab verən, həmçinin, genişzolaqlı xidmətlərə çıxışı olan stasionar telekommunikasıya şəbəkəsinə qoşulub”.

Nazir qeyd edib ki,  ölkə üzrə genişzolaqlı İnternet infrastrukturu, həm stasionar, həm də mobil internet xidmətlərinin göstərilməsi genişləndirilib.

“ Bu gün ölkəmizdə İnternet istifadəçilərinin sıxlığı təxminən 75 faiz genişzolaqlı internet istifadəçilərinin sıxlığı isə 65 faizdir.  Əksər beynəlxalq təşkilatlar və özəl reytinq şirkətləri bu göstərici və internet azadlığına görə Azərbaycanı Mərkəzi Asiya və MDB ölkələri regionunda lider kimi qiymətləndirirlər”.

 “Rabitə və yüksək texnologiyalar sahəsində gəlirlərin artımı 12 faiz  təşkil edib  ki, bu da müvafiq ümumdünya orta göstəricisindən təxminən 1.5 dəfə yüksəkdir”.

Xeberler.az

 
ŞƏRHLƏR
OXŞAR XƏBƏRLƏR

İnternetdən istifadəyə görə 34-cü yerdəyik

10-10-2018

Rabitə və Yüksək Texnologiyalar Nazirliyində kollegiya iclası keçirilib

15-07-2015

Əli Abbasov: “2010-cu ildə Azərbaycanda İKT sektorunda gəlirlərin artım tempi 30 faiz təşkil edəcək”

08-12-2010

70 faiz internet xidmətləri fiber-optik kabel üzərindən göstərilir

07-03-2024

Azərbaycanda əhalinin 73%-i internetdən istifadə edir

17-01-2015

Bakıda İnternet istifadəçilərinin sayı 72 faiz artıb

30-07-2015

Əli Abbasov yüksəksürətli genişzolaqlı interneti təmin edəcək 103 milyonluq layihədən danışdı

16-01-2013

Analoq yayım üçün istifadə olunan tezliklər digər qurumlara veriləcək

13-07-2015

Bir ayda 134 milyon manata yaxın xidmət

17-02-2015

Rabitə xidmətlərinin həcmi artır

26-01-2009

İKT sektorunun gəlirləri artıb

23-10-2015

“Azərpoçt”da əmək haqqları qaldırılacaq

16-05-2015

Nazir İKT sektorundakı son göstəricini açıqladı

24-12-2014

Azərbaycan internet istifadəçiləri göstəricilərinə görə öndədir

22-10-2015

Rabitə və Yüksək Texnologiyalar Nazirliyində kollegiya iclası keçirilib

22-10-2015

Azərbaycanda rəqəmli TV-nin əhatə dairəsi 99 faizə çatdırılıb

18-01-2015

İKT sahəsinin gəlirləri 10 faiz artıb

27-07-2015

“Azərbaycan əhalisinin yarısından çoxunun evində kompüter var”

06-05-2015

“Kəndlərin 75 faizi optik xətlərlə təmin olunub”

10-07-2015

Ucqar yaşayış məntəqələri sürətli internetlə təmin edilir

05-11-2015

RİTN-də 2009-cu ilin 9 ayın yekunlarına dair kollegiya iclası keçirilib

19-10-2009

Nazirlik ötən ilin yekunları ilə bağlı hesabat verdi

17-01-2015

Azərbaycana daxil olan beynəlxalq internet trafikin həcmi artıb

08-01-2015

Rabitə xidmətlərinin gəlirləri artıb

14-08-2019





sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə