Ramazan bayramında “Nar”dan hər kəsə 1GB hədiyyə

20-04-2023 / 15:45

“Nar” xalqımızın Ramazan bayramını təbrik edir və abunəçilərinə bu bayram münasibətilə 1GB internet hədiyyə edir. “Ramazan sevincini dostunla paylaş” kampaniyası ilə “Nar” abunəçiləri öz yaxınlarına pulsuz internet meqabaytları göndərə bilərlər.

Xeberler.az məlumat  verir ki, 1GB hədiyyə yollamaq üçün dostunun nömrəsini SMS-lə 760-a göndərmək və ya *760#nömrə#YES şifrəsini yığmaq kifayətdir. Hədiyyə olunmuş internet trafikinin istifadə müddəti 5 gündür. Qeyd edək ki, abunəçi kampaniya müddətində yalnız bir dəfə hədiyyə göndərə bilər, lakin alına biləcək hədiyyələrin sayı məhdudlaşdırılmır.

Hər zaman müştəri yönümlülük strategiyasına əsaslanan layihələri ilə abunəçilərini sevindirən “Nar”ın cari kampaniyaları ilə buradan tanış ola biləriniz.

“Nar” hal-hazırda 2,2 milyon abunəçiyə yüksək keyfiyyətli rabitə xidmətləri göstərməkdədir. “Nar” son 4 ildə Müştəri Loyallığı İndeksinə görə ölkədə lider mobil operatordur. Mobil operator müştəriyönümlülük strategiyasına sadiq qalaraq sərfəli qiymət qarşılığında üstün xidmət təqdim edir.


ŞƏRHLƏR






sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə